Icma.az
close
up
RU
Texnologiyanın ilk zərbəsi: 39 illik Çernobıl qiyaməti FOTOLARDA

Texnologiyanın ilk zərbəsi: 39 illik Çernobıl qiyaməti FOTOLARDA

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Texnologiyasız müasir həyat mümkünsüzdür. Texnologiyalı həyat isə böyük ehtiyatlılıq və məsuliyyət tələb edir.
Vay o gündən ki, texnologiya ilə məsuliyyətsiz davranasan! Bax elə, 39 il əvvəl baş vermiş bir faciənin özəyində də məsuliyyətsizlik olduğu elə faciə baş verən günü anlaşıldı.


Adalet.az xəbər verir ki, 1986-cı il aprelin 26-da Çernobıl atom-elektrik stansiyasında baş verən qəza bəşəriyyət tarixinin ən böyük texnogen fəlakəti hesab edilir.
Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasında güclü nüvə partlayışı baş verdi. Reaktorun fəaliyyəti nəticəsində yığılmış radioaktiv məhsulların bir hissəsi ətraf mühitə yayıldı. Radiasiyanın yayılması təxminən on gün ərzində davam etdi, sonrakı fəsadları isə illərlə sürdü. Həmin vaxt stansiya partlayandan sonra yaranmış radioaktiv bulud təkcə SSRİ-də qərar tutmayıb, Şərqi Avropaya da doğru hərəkət etmişdi. Nəticədə isə "ölüm bulud"u çoxsaylı insan dənizini radioaktiv şüalanmaya məruz qoydu.


Hadisənin baş vermə səbəbini yazar Şəfiqə Şəfa araşdıraraq belə bir məqalə yazır:

“Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli reaktorunda növbəti yoxlama işləri aparılırdı. Məqsəd elektrik cərəyanını dövrədən ayırandan sonra turbinlərin nə qədər dövr edəcəyini və bu yolla onun növbəti iş gününə hansı səviyyədə hazır olacağını müəyyən etmək idi. Bu olduqca təhlükəli bir sınaq idi. Lakin əvvəllər də belə bir sınağa əl atılmışdı və ortaya hər hansı bir problem çıxmamışdı. Nəhayət, texniki personal nəzərdə tutulanları həyata keçirməyə başladı.

Elektrik cərəyanı dövrədən çıxarıldı, 26 aprel saat 01.00-da turbinlərə gedən soyuducu su tədricən azalmağa başladı. 01.23-də operator aztəzyiqli reaktoru bağlamaq istədi. Amma artıq gec idi. Sınaq zamanı ilk anlardan özünü göstərən və olduqca cüzi bir təsir bağışlayan nasazlıq zəncirvari prosesə çevrilərək reaktorun sürətinin kəskin şəkildə artmasına gətirib çıxardı.

Bu isə, öz növbəsində, reaktorun daxilində güclü buxarlanma və ardınca da dəhşətli partlayışlarla müşayiət olundu. Partlayışlar reaktorun xarici aləmlə əlaqəsinə imkan verməyən və onu əhatə edən 1000 tonluq qoruyucu çəmbəri yerlə yeksan etdi. Bir andaca dəhşətli buxar və şüalanma, toz qatı onlarla kilometr məsafəni bürüdü. Partlayışla eyni zamanda yanğın da başladı. Yanğını onlarla kilometr məsafədən seyr etmək mümkün idi. İlk anda nələrin baş verdiyini heç kim anlaya bilmədi. Çünki bu, atom elektrik stansiyaları tarixində bu günə kimi rast gəlinməmiş bir qəza idi və onunla necə mübarizə aparılacağını heç kim bilmirdi.

Yanğını söndürmək və şüalanmanın qarşısını almaq məqsədi ilə dərhal vertolyotlar çağırıldı. 9 gün ara vermədən onlarla vertolyot partlayış baş verən 4-cü blokun üzərinə qum, çınqıl və digər maddələr tökdülər. Qısa müddətdə 4-cü blokun üzərində 5 min tondan ibarət qum və çınqıl dağı əmələ gəldi. Amma yenə də təhlükəli şüalanma davam etməkdə idi. Partlayış baş verən ilk anlardan isə heç bir sərhəd tanımayan radioaktiv şüalanma minlərlə kilometr məsafəni öz təsiri altına aldı və ətrafı radioaktiv tullantılarla çirkləndirdi.
 

Radioaktiv şüalanma hətta hadisə yerindən minlərlə kilometr uzaqlarda olan İsveçdə belə, öz təsirini büruzə vermişdi. Qəzanın aradan qaldırılmasına SSRİ-nin hər yerindən on minlərlə "könüllü" cəlb edilmişdi və onlara bu işin təhlükəli olmadığı barədə dönə-dönə izahat verirdilər. Bu da qəzanın aradan qaldırılmasında iştirak edən yüzlərlə adamın ilk günlərdən güclü şüalanmaya məruz qalmasına yol açdı. SSRİ-də hər vasitə ilə bu hadisənin üstünü ört-basdır etməyə çalışırdılar.

O dövrdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov hadisənin dəhşətləri barədə mətbuata məlumat sızdırılmaması və ictimaiyyətin bu fəlakətin dəhşətlərindən daha ətraflı şəkildə xəbər tutmaması barədə gizli göstəriş vermişdi. Bu məsələni nəzarətdə saxlamaq isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarına tapşırılmışdı. Qəza zonasına yaxın ərazilərdə yaşayan insanlar arasında kütləvi şəkildə müxtəlif xəstəliklərin yayılması əhalini təşvişə salmışdı. Nəhayət, əhalinin müəyyən hissəsi xarici radiostansiyaların vasitəsi ilə Çernobıl faciəsinin dəhşətlərindən xəbərdar oldular.

May ayının 7-də artıq bütün SSRİ əhalisi Çernobılda dünyanı dəhşətə gətirən bir qəzanın baş verməsindən xəbər tuta bilmişdi. Əhali Ukraynada baş verən hadisələrin gizlədilməsi ilə bağlı açıq narazılığını bildirməyə və qeyri-rəsmi şəkildə dövləti ittiham etməyə başlamışdı. Ukraynada xalqın ayağa qalxa biləcəyindən ehtiyat edən Qorbaçov, nəhayət ki, iki həftədən sonra əsl həqiqətləri, üstüörtülü şəkildə olsa da, etiraf etməyə məcbur oldu.
Onun bu etirafından sonra Çernobıl ətrafında yaşayan əhali kütləvi şəkildə ərazini tərk etdi. Bölgəni tərk edənlərin evləri isə müəyyən qrup adamlar tərəfindən talan edildi. Nəticədə, radioaktiv şüalanmaya məruz qalan məişət əşyaları satışa çıxarıldı və bu, əhali arasında xəstəliyə tutulanların sayının daha da artmasına səbəb oldu.

Qəzanın aradan qaldırılmasının ilk iki ilində 650 min insan xilasetmə işlərinə cəlb edildi. Onlardan 7000-dən çox azərbaycanlı olub. Hazırda onlardan 3500 nəfərdən çoxu dünyasını dəyişib. Rəsmi məlumatlara görə, qəzanın ləğvində iştirak edən minlərlə sovet insanının 15 mini bir neçə ildən sonra dünyasını dəyişdi. Qeyri-rəsmi məlumatlara görə, qəzanın aradan qaldırılmasında iştirak edən təxminən 95-100 min adam məruz qaldığı şüalanma nəticəsində öldü. Xilasetmə işlərində çalışan təxminən 500-550 min adam isə ağır xəstəliyə tutuldu. Onların bir hissəsi artıq dünyasını dəyişib, digər hissəsi isə şüalanmanın fəsadlarını ağır şəkildə yaşamaqda davam etməkdədir. Bu insanlar əslində ömürlük əzab çəkməyə məruz qoyulan faciə qurbanlarına çevriliblər.

Qeyd edək ki, qəza zonasında xilasetmə işlərində çalışan 650 min adamdan başqa, fəlakət bölgəsində və ona qonşu ərazilərdə təxminən 6-8 milyon insan da şüalanmaya məruz qalıb. Bu gün şüalanmaya məruz qalan insanlardan dünyaya gələn uşaqlar içərisində xərçəng və müxtəlif xəstəliklər tüğyan etməkdədir. Onların çoxunu labüd ölüm gözləyir və bu, yüz illər boyu zəncirvari şəkildə öz təsirini göstərəcək.

Çernobıl qəzası və qəzadan sonrakı şəhərin mənzərəsi illərdir dünyanın marağındadır. Bəli, məhz maraq insanı ən qorxunc səfərlərə belə sürükləyir. Bütünlüklə boşaldılmış, və "ruhlar şəhəri” adlandırılan bu şəhəri görmək istəyən xeyli insan var, maraq isə ildən-ilə artmaqdadır. Bir vaxtlar kütləvi ölümə yol açmış, ölkəyə maddi ziyan vurmuş bu qəza indi Ukraynaya əməlli-başlı gəlir gətirir, təbii ki turistlərin sayəsində… İnsanları bura çəkən şəhərin təkcə boz görüntüsü deyil, tarixin donub qalmış şəklidir.

Burda hər şey 30 il öncəki kimi qalıb. Sovet ideologiyasını tərənnüm edən şüarlar, tikililər, abidələr, hətta dəcəl uşaqların vaxtilə divarlara çəkdiyi rəsmlər belə turistlərdə "zaman maşını”nda səyahət etmək təəssüratı yaradır. 2010-cu ildən etibarən ərazi rəsmən turistlər üçün açıq elan edilib. Turların təşkili ilə onlarla yerli və xarici şirkətlər məşğul olur. Rəsmi məlumata görə, "donmuş zaman”ı görmək istəyənlərin sayı əvvəllər ildə 2-3 min nəfər idisə, 2015-ci ildə onların sayı 15 mini keçib. Turistlərin əksəriyyəti bir zamanlar qapalı SSRİ-ni görmək istəyən əcnəbilərdir”.

P.S. Hazırda hegemon dövlətlərin dünyanı nüvə silahı ilə hədələməsi nüvə fəlakətinin baş verməsi risqini çox artırıb. Hegemon dövlətlərin iddialı liderləri nüvə silahını son silah kimi istifadə edib etməyəcəyi isə hələ ki, qaranlıqdır.


Əntiqə Rəşid

(Yazarın arxivi -2024)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 Aprel 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri