Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

İran rejimi legitimliyini itirir ŞƏRH

Nəhənglərin savaşı: FIFA nın texnoloji yeniliyi nələr vəd edir?

Nəhənglərin savaşı: FIFA nın texnoloji yeniliyi nələr vəd edir?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bu il ABŞ-də keçirilən və ilk dəfə genişləndirilmiş formatda baş tutan FIFA Klublararası Dünya Çempionatı futbolda qloballaşmanın yeni mərhələsi oldu. Təşkilati baxımdan ambisiyalı, iqtisadi cəhətdən böyük əhəmiyyət daşıyan bu turnir, eyni zamanda çoxsaylı suallara və tənqidlərə yol açdı. ABŞ-də keçirilən yarış futbolun universal dil kimi qavranılmasını bir daha təsdiqləsə də, səhnənin parlaq işıqları arxasında gözə görünməyən çatlar da müzakirələrə səbəb oldu.

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Yeni formatda ilk turnir

Klublararası dünya çempionatı ilk dəfə 32 komandanın iştirakı ilə baş tutdu. Bu baxımdan ABŞ-dəki turnir tarixə düşdü. Daha əvvəl məhdud dairədə keçirilən və konfederasiyaların az sayda təmsil olunduğu yarış bu dəfə genişmiqyaslı olması ilə fərqləndi. Lakin yenə də Avropa və Cənubi Amerika klubları Asiya və Afrika təmsilçilərini bir baş üstələdilər. Finalda "köhnə qitə"nin iki komandası - PSJ və "Çelsi" üz-üzə gəldi. İngiltərə klubu 3:0 hesablı parlaq qələbə ilə genişləndirilmiş formatda ilk turnirin qalibi adını qazandı.

Turnirin ABŞ-də keçirilməsi gələn il milli komandalar arasında baş tutacaq dünya çempionatının məşqi kimi də qeyd oluna bilər. Futbol sferasında o qədər də böyük olmayan dünya nəhənginin ümumi təşkilatçılığı qaydasında olsa da, bəzi problemlər diqqətdən yayınmadı.

Futbolçular robot deyil

Turnirin ən çox tənqidlərə məruz qalan tərəfi, şübhəsiz, oyun yükünün həddindən artıq olmasıdır. Çempionat Avropada futbol mövsümü başa çatdıqdan cəmi iki həftə sonra start götürdü. Futbol mütəxəssisləri bu məsələni dəfələrlə qabartsalar da, FIFA əhəmiyyət vermədi. Matçlarda ən çox meydana çıxan oyunçular artıq 60-dan çox rəsmi oyun keçirmişdi. Bu isə onların zədələnmə ehtimalını artırdı. Nəticədə bir çox məşhur futbolçu bu turniri ya zədə səbəbilə buraxdı, ya da tam formada deyildi. Məhz bu səbəbdən bəzi oyunlar gözlənilən keyfiyyəti vermədi. "Bavariya"nın ulduzu Camal Musialanın zədələnib uzun müddətə sıradan çıxması da bir növ tənqidçilərin əlini gücləndirdi.

İqlim və məkan çətinlikləri

ABŞ-nin qızmar yay günlərində keçirilən turnir oyunçuların dözümlülüyünü də sınağa çəkdi. Florida, Texas, Kaliforniya kimi ştatlarda havanın temperaturu 35 dərəcəyə qədər yüksəlirdi. Bəzi oyunlar gecə saatlarında keçirilsə də, bir çoxu Avropa auditoriyasına görə daha erkən saatlara salınırdı ki, bu da əlavə çətinliklər yaradırdı. ABŞ iqliminin qeyri-sabitliyi, fırtına və qasırğa ehtimalları oyunların davamlılığına maneə yaratdı. Tez-tez matçlar dayanır, təxirəsalmalar olurdu. Hətta "Çelsi" ilə "Benfika"nın oyununda bir neçə saatlıq fasilə yarandı ki, bu da tənqidlərə səbəb oldu.

Digər tərəfdən, ABŞ kimi böyük ölkədə qısa müddətdə şəhərlərarası səfərlər komandalara əlavə çətinliklər yaratdı. Avropa və Cənubi Amerika azarkeşləri üçün isə bu turnir həm maliyyə, həm də coğrafi baxımdan əlçatmaz oldu. Turnirdə iştirak edən klubların fanatları oyunları əsasən ekran qarşısından izləyir, stadionlar isə bəzi hallarda yarıboş qalırdı. Orta hesabla tribunalar təxminən 60 faiz dolurdu ki, bu da dünya çempionatı üçün aşağı göstərici hesab olunur.

Böyük gəlir

Klublararası dünya çempionatı maliyyə baxımından olduqca səmərəli layihə kimi nəzərə çarpır. Təkcə yayım hüququnun satışından bir milyard dollardan artıq vəsait əldə edildi. Turnirin ümumi gəlirləri iki milyard dollara yaxın oldu. Beləliklə, FIFA klublar üçün böyük mükafat məbləğləri təyin etdi. Təxminən bir milyard dolların yarısı ümumi iştiraka görə paylandısa, qalan hissəsi performans əsaslı bölündü. Turnirin qalibi "Çelsi" 114 milyon dollar əldə etdi. Bu, hətta Avropada klub turnirlərinin ən böyüyü olan Çempionlar Liqasının ən güclüsünün qazandığından artıqdır. İkinci yerin sahibi PSJ 106 milyon dollar qazandı. Hətta Yeni Zelandiyadan qatılan həvəskar oyunçulardan təşkil olunmuş "Oklend Siti" belə 4,5 milyon dollara sahib çıxdı. Bu da onlar üçün çox böyük məbləğdir. Lakin ümumi gəlirlərin bölüşdürülməsində FIFA və UEFA arasında müəyyən anlaşılmazlıqlar oldu. Bu da turnirin gələcək maliyyə perspektivlərinə mənfi təsir göstərə bilər.

Yaxşı vitrin, texnoloji yeniliklər

Klublararası Dünya Çempionatı bir çox gənc oyunçuya beynəlxalq səviyyədə özünü göstərmək üçün unikal bir platforma kimi qəbul olunmalıdır. Digər tərəfdən, "Benfika", "Boka Xuniors", "Zalsburq", "Palmeyras", "Fluminense", "Flamenqo", "Botafoqo", "River Pleyt" kimi fəaliyyətini istedadlı oyunçuları üzə çıxarıb böyük məbləğlərə satmaq üzərində quran klublar üçün yaxşı fürsət demək idi. Beləliklə, turnirdən həm futbolçular, həm də klublar müəyyən mənada qazanc əldə etməyi bacardılar.

Dünya çempionatında bir sıra texnoloji yeniliklər tətbiq edildi. Oyunun hakimləri 10 sm-dən çox ofsaydda olan oyunçu topa toxunarsa, oyunu dərhal dayandırmağı bildirən sürətləndirilmiş yarı avtomatlaşdırılmış ofsayd texnologiyasından istifadə etdilər. Bu, lüzumsuz gecikmələrin azalmasına səbəb oldu. Digər tərəfdən, ilk dəfə hakimin gözündən epizodlar göstərilməyə başlandı. Bu da azarkeşlərin ciddi marağına səbəb oldu.

Balans tapılmalıdır

Ümumilikdə Klublararası Dünya Çempionatı futbol tarixində inqilabi bir dəyişiklik idi. Qloballaşma, texnologiya, yeni istedadlar, iqtisadi imkanlar baxımından əhəmiyyətli addımlar atıldı. Lakin idman ədaləti, oyunçu rifahı, ədalətli iştirakçı seçimi və azarkeş məmnuniyyəti kimi fundamental prinsiplər qorunmadıqda bu, sadəcə bir kommersiya məhsuluna çevrilə bilər. Qarşıdakı illərdə FIFA bu balansı qurmaq və qorumaq kimi tarixi bir missiyanı öz öhdəsinə götürməli və çatışmazlıqları həll etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 İyul 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see144

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri