Icma.az
close
up
RU
“Təxribatlara uymayaq, əzizlərim!” Röya Ayxan

“Təxribatlara uymayaq, əzizlərim!” Röya Ayxan

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Hamımız bu Vətənin övladlarıyıq, ona sahib çıxaq, təxribatlara uymayaq”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

Müğənni son günlər ölkədə vətəndaş birliyi ətrafında yaranan müzakirələrə münasibət bildirib.

"Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir.

Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam- intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərqli davranmamağı aşılamışam. Əminəm ki, çox valideynlər də övladlarını bu yöndə yetişdirməyə çalışır. Nəticədə biz bu Vətənin övladıyıq. Gələcəyə bir ana, bir əsgər yetişdiririk. Həyatımızdakı bütün çətinliklərə rəğmən onların gələcəyini parlaq, işıqlı görmək istəyirik. İllərlə basqı altında böyüyən neçə-neçə valideynlər var ki, bu gün travma saydıqları keçmişdən qurtulmaq istəyirlər. Ancaq biz bunları yaşayıb nəticə çıxarmışıqsa, onları zorla istəmədikləri bir işə alət etməyimiz düzgün deyil. Qoy övladlarımız rahat böyüsün, gələcəyini seçmə şansı olsun. Bundan gözəl nə var?

Təbii ki, valideyn kimi hər zaman onları yanlış yoldan döndərməli, onları təhsilə, elmə, biliyə yönləndirməliyik. Qoy, bütün balalarımız savadlı olsun, istədiyi peşəyə yönəlsin, Vətəninə, dövlətinə yararlı insan olsun.

Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz. Necə ki, zamanında sərhədlərin bağlı qalmasına etiraz edirdiniz, halbuki o bağlı sərhədlər qonşuluğumuzdakı müharibələrin bizə sıçramasının qarşısını aldı.

Əziz həmkarlarım, bu məsələdə heç birimiz susmamalı, azərbaycanlı mövqeyimizi ortaya qoymalıyıq. Azərbaycan dövlətini və onun qanunlarını dəstəkləməliyik. Heç bir linç kampaniyasına, kənar müdaxilələrə baxmamalıyıq, bilməliyik ki, dövlətimizin mövqeyini müdafiə edirik və onun yanındayıq!

Hamımız bu Vətənin övladlarıyıq, ona sahib çıxaq, təxribatlara uymayaq, əzizlərim”, - deyə Röya Ayxan qeyd edib.

Fəridə Əsədzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 13 Oktyabr 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri