Icma.az
close
up
RU
Təyyarə qəzası ilə bağlı mühüm gəlişmə Rusiya bu dəfə fəlakət qarğalarını vura bilər

Təyyarə qəzası ilə bağlı mühüm gəlişmə Rusiya bu dəfə fəlakət qarğalarını vura bilər

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aktauda qəzaya uğrayan AZAL-a məxsus “Embraer 190” sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb. Prezidentin görüş zamanı çıxışı bir çox baxımdan diqqət çəkib.

Ölkə başçısı bir daha bildirdi ki, təyyarə qəzasına görə məsuliyyət Rusiya hakimiyyət rəsmilərinin üzərindədir. Moskvanın isə hələ də bu ittihamlara rəsmi və ətraflı şəkildə cavab verməməsi diqqət çəkir. Rusiya Prezidenti Vladimir Putinin timsalında üzrxahlıq edilsə də, günahkarların məsuliyyətə cəlb olunması və kompensasiyanın ödənilməsi ilə bağlı hər hansı məlumat yoxdur.

Bakı təzyiqi artırdıqca, Moskva hansı mövqeyi tutacaq? Təyyarənin “qara qutusun”dakı məlumatlar açıqlandıqdan sonra da Rusiyanın susqunluğu, məsuliyyətdən yayınması mümkün olacaqmı?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, “qara qutu” ilə bağlı məlumatlar, artıq Qazaxıstanın istintaq orqanlarına təqdim olunub:

“Düşünürəm ki, Azərbaycan təyyarəsinin Rusiyanın hava məkanında vurulması ilə bağlı bütün məqamlar, hadisənin baş verdiyi ilk gündən ən qaranlıq nüanslarına kimi dövlət başçısına bəllidir. “Qara qutu”nun açılması nəticəsində əldə olunan təfərrütlar, sadəcə daha öncə bəlli olan məlumatları təsdiqləyib. Həmçinin insanlıq adına ləkə olacaq başqa məqamları da ortaya çıxara bilər. Şübhəsiz ki, Rusiya tərəfi də elə ilk gündən Azərbaycan təyyarəsinin vurulması ilə bağlı bütün məqamlar barədə məlumatlıdır və şimal qonşumuzun bəzi media resurslarında hələ də qarıldamağa davam edən “fəlakət qarğaları”nın canfəşanlığı, ənənəvi yalanlarını daha mübaliğəli şəkildə təqdim etməyə çalışmaları da bunu sübuta yetirir.


Elçin Mirzəbəyli

Onu da qeyd edim ki, Rusiyanın, tərəfdaş və müttəfiq münasibətlərdə olduğu ölkələrlə vaxtaşırı yaşadığı problemlərin müəyyən bir qismi səltənətçilik (velikoderjava) ədası ilə əlaqəlidirsə, əhəmiyyətli hissəsi, erməni diasporunun fitnəkar təmsilçilərinin və onların yemlədikləri “fəlakət qarğaları” ilə – boşboğaz propoqandaçılarla bağlıdır.

Deputatın sözlərinə görə, Rusiya tərəfi dolayısıyla istintaq başa çatdıqdan sonra məsələyə yekun münasibət bildirəcəyini açıqlayıb:

“Qara qutu” açıldığı və daha öncə də qeyd etdiyim kimi, hadisənin təfərrüatları bəlli olduğu üçün, zənnimcə, rəsmi Moskva, ilk növbədə “fəlakət qarğaları”nın ağzını yummalıdır. Daha sonra isə həm rəsmi şəkildə üzr istəməli, təzminat ödəməli, həm də təyyarənin vurulmasında, enişinə icazə verilməməsində, cinayətin gizlədilməsinə cəhd göstərilməsində iştirak edənləri məsuliyyətə cəlb etməlidir”.

Rövşən Rza
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see397

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see247

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see172

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see146

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri