Icma.az
close
up
RU
Təyyarə qəzasından 3 gün sonra səs gəldi: “Mən burdayam...”

Təyyarə qəzasından 3 gün sonra səs gəldi: “Mən burdayam...”

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aqşin Evrən yazır…

Azərbaycan dövləti Rusiya-Ukrayna müharibəsində ilk şəhidlərini verdi…

Təəssüf, bu haqsız müharibədən yan keçə bilmədik.

Pilotlarımız Xəzər dənizi üzərində ölüm-dirim mübarizəsində şəhid oldu, amma onlarla insanı həyatda saxlamağı bacardı.

Qarabağ müharibəsində şəhidlərimizin bu xalqı həyatda saxlamaq üçün etdiyi fədakarlıq kimi.

Yox eyniləşdirmirəm: bilirəm, rakurs fərqlidir, amma mahiyyət, məzmun eyni.

Hökümə Əliyevanın səsi qulaqlarımdan getmir. Yəqin, getməyəcək də.

O səs bizim “səma himnimizə” çevrildi artıq.

Sağ əlimiz ürəyimizin üstündə, göy üzünə baxaraq dinləyəcəyik o himni.

O göy üzündə ki, şəhidlərimizin müqəddəs ruhları qərar tutub.

O göy üzü ki, üçrəngli bayrağı ora qaldırmaq üçün minlərlə qəhrəman canından keçib.

Bir vaxtlar Zaur Nudirəliyev, Təbriz Musazadə, Urfan Vəlizadə kimi qəhrəmanlarımızın daimi və əbədi məkanı olan göy üzü daha üç qəhrəmanı – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə Əliyevanı özünə çəkdi.

Dünya mediası təyyarə qəzasında böyük qəhrəmanlıq göstərən pilotlarımızdan yazır.

Bu, işin mənəvi tərəfidir.

Gələk siyasi tərəfinə…

Məlum: Qarabağ müharibəsindən sonra Rusiya ilə münasibətlərimiz görünməmiş dərəcədə yaxşılaşıb. Bu baxımdan təyyarənin qəsdən vurulduğunu düşünmürəm.

Amma əgər Rusiya məsuliyyəti üzərinə götürüb üzr istəməsə, bu artıq qəsd versiyasının təsdiqi hesab oluna bilər.

İctimaiyyətdə Rusiyanın məsələni ört-basdır etmək istəməsi ilə bağlı haqlı qənaət formalaşıb. Açığı, Rusiyanın üzərinə düşəni edəcəyini düşünürəm. Amma gözləyək, görək şimal müttəfiqimiz hansı qərarı verəcək.

İndi isə keçək qərb müttəfiqimiz Türkiyəyə…

Həmişə olduğu kimi, qardaş ölkə yenə Azərbaycanın yanında olduğunu göstərdi.

Türkiyə mülki təyyarəmizin vurulmasını araşdırmaq üçün 8 nəfərlik peşəkar istintaq qrupunu Azərbaycana göndərib. Bu, təkcə kadr dəstəyi deyil, həm də Rusiyaya konkret mesajdır: “Mən burdayam…”

Yəni Ankara Rusiyanın təyyarəmizin vurulmasını ört-basdır etməsi ehtimalına qarşı hərəkət keçib.

İnanıram ki, həqiqəti batırmaq mümkün olmayacaq – Təyyarəmizi Xəzərdə batırmağın mümkün olmadığı kimi.

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:451
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri