Təyyarədə dəhşətli anlar: Güclü burulğan KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hindistanın “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş zamanı kəskin hava burulğanına (turbulentliyə) düşüb.
KONRKET.az xəbər verir ki, gözlənilmədən baş verən güclü sarsıntı nəticəsində göyərtədə olan sərnişinlər və heyət üzvləri arasında xəsarət alanlar var.
İnsident baş verən anda təyyarədə 3-ü körpə olmaqla ümumilikdə 137 sərnişin və 8 ekipaj üzvü olub. Anidən yaranan kəskin burulğan zamanı 17 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlardan 13-ü sərnişin, 4-ü isə ekipaj üzvüdür.
Enişdən dərhal sonra təyyarəni tibb heyəti qarşılayıb və xəsarət alan şəxslərə ilk tibbi yardım göstərilib, ehtiyacı olanlar yaxınlıqdakı tibb müəssisələrinə təxliyə olunublar.
Mütəxəssislər hava burulğanının qəfil baş verdiyini, bu səbəbdən bəzi sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamağa imkan tapmadığını bildirirlər. Faktla bağlı müvafiq aviasiya qurumları tərəfindən araşdırma aparılır.\\musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 Avqust 2026 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















