Icma.az
close
up
RU
Təyyarəmizi Rusiya əsilli “yadplanetlilər” vurublar

Təyyarəmizi Rusiya əsilli “yadplanetlilər” vurublar

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

“Şimal”ın informasiya manipulyasiyasına dair düşüncələr

Deyəsən, Rusiyadakı bəzi dairələrin yenə “knopka”ları basılıb. Bu simasızlar Azərbaycanın, Azərbaycan xalqının ünvanına təhqir və böhtanlarını sıralamağa keçiblər. Çoxdandır ortalıqda yox idilər və belə qənaətə gəlirik ki, murdar təbiətlərinə xas elementləri üzə çıxarmaq üçün əmr gözləyirmişlər. 

“Knopka” söhbətini təsadüfən etmədik. Məlumdur ki, Rusiyadakı anti-Azərbaycan ritorikasının daşıyıcıları hakimiyyət dairələrinin razılığı olmadan üzə çıxmır, qınına çəkilmiş tısbağaya dönürlər. Görünür, indi susma zamanı deyil. Niyə? Səbəblər çoxdur. Hələlik ən başlıca səbəbin AZAL-ın ötən il dekabrın 25-də Rusiya səmasında vurulmuş təyyarəsinin olduğuna dair təəssürat var. 

Məlumdur ki, təyyarənin “qara qutu”sunun oxunması başa çatıb. Tezliklə əsl həqiqətlər tam təfsilatı ilə aşkara çıxacaq. Hələlik mövcud istiqamətdə, Rusiyanın, bir növ, dezinformasiya mühiti yaratmaq cəhdlərini görürük. Bu, nə deməkdir, məsələyə aydınlıq gətirəcəyik. Ancaq əvvəlcə bir neçə sualmız var: Rusiya özünə düşmən axtarır? Yoxsa azsaylı dostlarını da itirmək istəyir? 

Əlbəttə, suallarımız ritorikdir, çünki onlara cavab verəcək kimsə yoxdur. Əvəzində, “knopka”sı basılmışların ortaya düşmələri əlavə suallar doğurur: Rusiyada kimsə, yaxud kimlərsə təyyarə olayına görə ölkənin daşıdığı məsuliyyəti danmaqmı istəyirlər? Bəlkə kimlərsə özünü bunun mümkünlüyünə inandırıb? Əgər belə deyilsə, haqqında söz açdığımız informasiya kirliliyi nə üçündür? Bu gedişlə təyyarəmizin yadplanetlilər tərəfindən vurulduğunu iddia edənlərin də tapılması mümkündür! 

...Guya, biz bilmirdik təyyarə pilotları nədən danışıblar? Pitotların ağlına gələ bilərdimi ki, hansısa əbləh sərnişin daşıyan hava gəmisinə yerdən atəş açar?! Əlbəttə ki, yox! Buna görə də onlar təyyarənin göydə quşlarla üzləşdiyini zənn edib və söhbətləri bu barədə olub. Qeyri-adi nə isə varmı? Bəlkə deməli idilər ki, Qroznuda kimsə onları atəşə tutub? Yoxsa, raketin gəlib təyyarəyə dəydiyini görməli idilər? O zaman niyə Rusiya mediası pilotların danışıqlarını yayaraq iz azdırmaq yolunu tutur? Bundan böyük primitivlik varmı? 

Prezident İlham Əliyev mediaya müsahibəsində təyyarənin vurulmasına görə məsuliyyət daşıyanların cəzalandırılmasını, ədalətli istintaqın aparılmasını, zərərçəkənlərə kompensasiyanın ödənilməsinin vacibliyini vurğulayıb. Bəlkə belə olmamalıdır? Bəs vicdan? Lap yadımızdan çıxmışdı ki, Rusiyanın anti-Azərbaycan dairələrində vicdanın heç “v” hərfi də yoxdur. Vicdanları yoxdur ki, yaratdıqları informasiya kiri ilə Azərbaycanı günahkar çıxarmağa çalışırlar. Nəticə etibarilə ortada olan mənzərə budur: Rusiya dost və qonşu dövlət kimi davranmaq, suallara cavab vermək, təyyarə olayının təfərrüatlarını obyektiv araşdırmaq və üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, oyun oynamağa üstünlük verir. Üstümüzə ölkənin “media sürüsü” özünün sərsəm arqumentləri ilə gəlirsə, düşünmək üçün başqa heç nə qalmır.  

Axı məsələnin mahiyyəti Azərbaycan təyyarəsinin idarəetməni itirdikdən sonra hansı hava limanına enmə qərarında, bu qərarın kim tərəfindən qəbul edilməsində deyil! Başlıca məqam hava gəmisinin vurulmasıdır. Niyə kimsə kor gözlərini açıb görməmişdi ki, gələn sərnişin təyyarəsidir, Ukrayna PUA-sı yox?! Həmin o kimsə nədən qorxurdu? Rusiyada belə qorxaqlar varsa, daha nə deyəsən? 

Rusiyanın baş diplomatı, Xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında 2020-ci ilin 44 günlük müharibəsinin son günündə Rusiyanın hərbi helikopterinin Azərbaycan tərəfindən vurulmasını yada salır. Görəsən, bu yadasalma nə deməkdir? Lavrov nəyə görə, faktiki olaraq, indiki olayla 4 il əvvəlki hadisəni eyniləşdirir? Ümumiyyətlə, bu eyniləşdirmə nə dərəcədə düzgündür? Birincisi, 4 il əvvəl vurulan hərbi helikopter idi, bu isə sərnişin təyyarəsi. İkincisi, 4 il əvvəl hərbi helikopter Azərbaycan sərhədinə yaxın ərazidə uçmuşdu, həmin vaxt erməni hərbi birləşmələrinin də Naxçıvana hücum planlarına dair ehtimallar var idi. Yəni, müharibə davam edirdi. Üçüncüsü, dörd il əvvəl Azərbaycan məsuliyyəti üzərinə götürdü, üzrxahlıq elədi, təzminat ödədi və bu gün eyni alicənablığın göstərilməsini tələb edir. 

Bəli, Azərbaycan və Rusiya arasındakı əlaqələrin yüksək dinamikasından söz açan Lavrovun birdən-birə helikopter olayına gedib çıxması fərqli ovqat yaradır. Görəsən, XİN rəhbəri nə demək istəyir? Əlaqələrimizin yaxşı olması səbəbi ilə təyyarənin vurulmasına görə məsuliyyət məsələni bir kənara qoyaq? Bu nə yanaşmadır? Bu nə məntiqdir? 

Lavrovun anlaşılmaz fikirləri ilə yanaşı, əvvəldə də bildirdiyimiz kimi, Rusiyadan Azərbaycana ünvanlanmış söyüş və təhqirləri görürük. Bəlkə bu nalayiq hərəkətlərə yol verənlər təyyarə olayı ilə bağlı boş və mənasız versiyaları ictimai rəyə sırımaq üçün bizi şantaj edirlər? Yaxşı olar ki, Rusiyanın hakim dairələri qulbeçələrinin, necə deyərlər noxtasını çəksinlər. Düşünməsinlər ki, onların köməyi ilə əsl həqiqətləri dana, təyyarə olayını başqa səmtə yönləndirə biləcəklər! Bunu ağıllarının ucundan belə keçirməsinlər! Məsələ pilotların danışıqlarındadırsa, o zaman Rusiyanın əlaqədar qurumları onların iki oturacağın partlamasına dair dediklərini araşdırsınlar. Təyyarənin füzelyajında, sərnişinin bədənində aşkar olunmuş “Pansır” hava hücumundan müdafiə sisteminin qəlpələrinə izahat versinlər. Durub bizə iyrənc sovet “propaqandası”na xas nağıllar danışmasınlar! Ən əsası, ümumən Azərbaycana qarşı əndazəni aşmasınlar. Həm də ona görə ki, biz bunu etmirik. Hə, bir də nəzərə alsınlar ki, dost dedikləri Azərbaycanın ictimaiyyəti Rusiya tərəfinin məsuliyyətli davranmasını, təyyarənin atəşə tutulması ilə bağlı ədalətli istintaqın həyata keçirilməsini, cinayətkarların cəzalandırılmasını və kompensasiyaların ödənilməsini gözləyir və tələbində israrlıdır. Əsl dost kimi davransınlar. Əlbəttə, dostluğa dəyər verirlərsə...

R.ƏVƏZ 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Yanvar 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri