“Təzə gül kələmi” yükündən 90 kq narkotik çıxdı
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri nəticəsində iri həcmdə narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
"Ölkə.az" xəbər verir ki, komitənin məlumatına görə, "Astara" gömrük postunda İrandan Rusiyaya tranzit qaydada "təzə gül kələmi" daşıyan yük avtomobili yoxlamadan keçirilib. Nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və xidməti itlərin iştirakı ilə ətraflı müayinəyə cəlb olunub.
Yoxlama zamanı yükün içərisindəki paletlərdən birində yerləşən 160 bağlamada gizlədilmiş narkotik maddə aşkarlanıb. Görünüşcə gül kələminə bənzədilən bağlamalarda ümumi xalis çəkisi 90 kiloqram 945 qram olan qurudulmuş marixuana müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 25 İyun 2026 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















