Gömrükdə “təzə soğan” yükündən 25,5 kq marixuana çıxdı Video
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Biləsuvar” gömrük postunda külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Yeniavaz.com DGK-nın yaydığı məlumata istinadla xəbər verir ki, Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirləri nəticəsində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “təzə soğan” yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.
“Yoxlama zamanı üzərinə yük yığılan taxta paletlərin alt hissəsində kustar üsulla düzəldilən saxlanc yerində gömrük nəzarətindən gizlədilən 80 bağlamada xalis təmiz çəkisi 25 kiloqram 570 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:Rusiyaya gedən "təzə soğan" yükündən 25 kq narkotik çıxdı
04 Sentyabr 2026 10:02
“Təzə gül kələmi” yükündən 90 kq narkotik çıxdı
25 İyun 2026 21:15
Gömrükdə “meyvə şirəsi” yükündən külli miqdarda metamfetamin çıxdı Video
13 Noyabr 2026 16:47
Alma yükündən 36 kq marixuana çıxdı Foto
03 Dekabr 2024 11:38
Alma yükündən 78 kq marixuana çıxdı FOTOLAR
09 Dekabr 2024 11:26
Baxış sayı:109
Bu xəbər 04 Sentyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















