Icma.az
close
up
RU
Təzminatımı ödəməyəcəkləri təqdirdə, Azərbaycan Respublikasının qanunlarını pozmuş olacaqlar Karvan Yevlax ın baş məşqçisi

Təzminatımı ödəməyəcəkləri təqdirdə, Azərbaycan Respublikasının qanunlarını pozmuş olacaqlar Karvan Yevlax ın baş məşqçisi

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Karvan-Yevlax"dan ayrılsa da, hələ də Peşəkar Futbol Liqasının rəsmi saytında baş məşqçisi kimi qeydiyyatda olan Azər Həşimov Sportal.az saytına müsahibə verib.  

- "Karvan-Yevlax"la məsələniz həll olundu, klub sizə istədiyiniz təzminatı ödədi?

- Xeyr, məsələ hələ ki həll olunmayıb. Heç bir təzminat da ödəməyiblər. 

- Bəs, klub rəsmiləri ilə danışmısız, nə deyirlər sizə?Təzminatınızı ödəyəcəklərini bildiriblər?

- Klubdan heç kəs mənimlə əlaqə saxlamayıb. 2025-ci il dekabrın 1-də poçt vasitəsi ilə məktub gəlmişdi ki, məşqlərə niyə gəlmirsən? Halbuki noyabrın 24-də iclas keçirərək, Füzuli Məmmədovu baş məşqçi postuna təyin etmişdilər. Özüm də dekabrın 2-də Yevlax şəhər stadionunda olmuşam. Dekabrın 3-də "Qarabağ"la kubok görüşündə "Azərsun Arena"da canlı olaraq matça baxmışam. Ondan sonra heç kəslə danışmamışam, mənimlə də əlaqə saxlamayıblar.

- Təzminatı ödəməyəcəkləri təqdirdə, AFFA-ya və ya FİFA-ya şikayət etməyi planlaşdırırsınız?

- Təzminatımı ödəməyəcəkləri təqdirdə, Azərbaycan Respublikasının qanunlarını pozmuş olacaqlar. Yəni müqavilənin şərtlərinə riayət etməmiş olurlar. Vəkilim olan Elcan Həsənli də bu işlə məşğuldur.

- Peşəkar Futbol Liqasının rəsmi saytında "Karvan-Yevlax"ın baş məşqçi postunda hələ də sizin adınız gedir. Halbuki komanda sizdən sonra nə qədər oyuna çıxıb. Bunu qeyri-peşəkarlıqdan başqa bir şey adlandırmaq olmur. Siz klubda çalışanda da qeyri-peşəkarlıqların olduğunu sezirdiz?

Bu suala məncə "Karvan-Yevlax" klubunun direktoru cavab versə, daha yaxşı olardı.

- "Karvan-Yevlax"ın Premyer Liqadakı yerini qoruyub-saxlayacağına inanırsız? Sizin vaxtınızda komanda daha yaxşı görünürdü, yoxsa Füzuli Məmmədovun başçılığı altında kollektiv daha yaxşıdır?

- İnanın, çox istəyirəm ki, "Karvan-Yevlax" yüksək liqada qalsın. Ona görə ki, futbolçular əmək sərf edir, hansı şəraitdə, hansı zəhmət qarşılığında oyunlara hzırlaşdıqlarını bilirəm. Ona görə çox istəyərdim ki, çəkdikləri zəhmət, sərf etdikləri əməkləri boşa getməsin, istədiklərinə nail olsunlar. "Karvan-Yevlax" komandasına uğurlar arzulayıram. Qaldı ki, müqayisəyə, cəmi 1 oyuna baxmışam. O da canlı olaraq, "Qarabağ"la kubok görüşünə, "Azərsun Arena"da. Qalan heç bir matçı izləməmişəm. Baxmayaraq ki, PFL-də rəsmi olaraq komandanın baş məşqçisi mənim adım gedir.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sportal.az
archiveBu xəbər 12 Yanvar 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri