Təzyiqi olanlar kəsmiyi ehtiyatla yeməlidir
Icma.az, Azpost saytına istinadən bildirir.
Faydalı xüsusiyyətlərinə və yüksək protein tərkibinə baxmayaraq kəsmikdə bir çatışmamazlıq ola bilər. Bu, yüksək duz tərkibidir.
Azpost.info bildirir ki, bu barədə dietoloq Rob Hobson The Independent-ə verdiyi müsahibədə izah edib.
O, istehsal prosesinə görə kəsmiyin qatıqdan daha çox natrium ehtiva edə biləcəyini deyib. Çünki bişirmə prosesi zamanı duz əlavə olunur.
Mütəxəssis qeyd etdi ki, bir standart kəsmik porsiyasında təxminən 300-400 milliqram natrium var. Bu miqdar sağlam insanlar üçün təhlükəsiz hesab olunur, lakin duz qəbulunu məhdudlaşdırmaq istəyənlər, xüsusən də yüksək təzyiqi olanlar üçün arzuolunmaz ola bilər.
Hobson vurğulayıb ki, hipertoniyası olan insanların kəsmikdən tamamilə imtina etmələri vacib deyil. Lakin pəhrizlərini planlaşdırarkən duz tərkibini nəzərə almaq vacibdir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 12 Mart 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















