Yüksək təzyiqi olanlar səhər yeməyini nə vaxt yeməlidir?
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Yüksək arterial təzyiqi olan şəxslərə səhər yeməyini oyandıqdan 30-60 dəqiqə sonra qəbul etmək məsləhət görülür. Mütəxəssislərin fikrincə, bu vərdiş qanda şəkərin səviyyəsinin sabit qalmasına kömək edir və ürək-damar sisteminə düşən yükü azalda bilər.
BAKU.WS xəbər verir ki, bu barədə Fransanın "Top Santé" nəşri dietoloqların tövsiyələrinə istinadən məlumat yayıb.
Mütəxəssislər səhər yeməyinin əhəmiyyətini orqanizmdə səhər saatlarında kortizol hormonunun səviyyəsinin təbii şəkildə yüksəlməsi ilə əlaqələndirirlər. Stress hormonu kimi tanınan kortizol arterial təzyiqə də təsir göstərir.
Dietoloqların sözlərinə görə, səhər yeməyini mütəmadi olaraq ötürmək orqanizmin hormonal ritminə təsir edə və yüksək təzyiq göstəriciləri ilə əlaqəli ola bilər.
Bununla belə, mütəxəssislər oyandıqdan dərhal sonra yemək yeməyə özünü məcbur etməyi düzgün hesab etmirlər. Səhər saatlarında iştahı olmayan şəxslərə qidalanma rejimini tədricən formalaşdırmaq və ilk yemək üçün özlərinə uyğun vaxt müəyyənləşdirmək tövsiyə olunur.
Əsas məqam səhər yeməyini tamamilə buraxmamaq və müntəzəm qidalanma vərdişi yaratmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 23 Noyabr 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















