Təzyiqi sabitləşdirən, əsəb gərginliyini aradan qaldıran bitki çayları
Icma.az, Saglamolun saytına istinadən bildirir.
Bitki çayları, valerian, kalendula və ya itburnu həlimləri insana qan təzyiqini sabitləşdirməyə kömək edə bilər.
Bundan əlavə, bu sadə və zərərsiz içkilər yuxunun keyfiyyətinə və sinir sisteminə yaxşı təsir göstərir.
Saglamolun.az publika.az-a istinadla bildirir ki, bu sözləri kardioloq, Rusiyanın əməkdar həkimi Yuri Serebryanski deyib.
“Valerian kökündən həlim hazırlaya, ya da kalenduladan çay dəmləyə bilərsiniz. Bunlar zərərsiz, eyni zamanda faydalı içkilərdir. Hamısı sinir sistemi və qan təzyiqini sabitləşdirir, yuxunu yaxşılaşdırır və əsəb gərginliyini azaldır”, - mütəxəssis “Moskva 24” telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, qızılgül çayı da çoxşaxəli təsir göstərir. O, nəinki təzyiqi sabitləşdirir, həm də damarlara, immunitetə və sinir sisteminə faydalı təsir göstərir. Serebryanski əlavə edib ki, nanə, qarağat və limon balzamı ilə çaylar da sağlamlıq üçün faydalıdır.
Saglamolun.Az
Baxış sayı:72
Bu xəbər 15 Oktyabr 2026 02:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















