“The Economist” 2027 ci ilin 10 əsas mövzusunu açıqladı
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Britaniyanın “The Economist” jurnalı gələn ilin əsas siyasi, iqtisadi və texnoloji proseslərinə dair proqnozların yer aldığı “The World Ahead 2027” xüsusi buraxılışını təqdim edib.
Modern.az nəşrin açıqlamasına istinadən xəbər verir ki, jurnalda 2027-ci ildə siyasi və maliyyə sarsıntıları, süni intellektin yaratdığı risklər və İran müharibəsinin nəticələri əsas çağırışlar sırasında göstərilib.
Buraxılışın redaktoru Tom Stendicin fikrincə, dünya Trampdan sonrakı dövrə hazırlaşmağa başlayır. Bununla belə, nəşr ABŞ prezidentinin təsirini qorumaq üçün daha sərt və gözlənilməz addımlar atacağını proqnozlaşdırır.
Jurnal gələn ilin gündəmini müəyyənləşdirəcək 10 əsas mövzunu belə sıralayıb:
1. Trampdan sonrakı dövrə keçid. ABŞ-də növbəti prezidentlik uğrunda mübarizə fonunda Donald Trampın yeni fərmanlar, hüquqi qarşıdurmalar və hərbi addımlarla təsirini qorumağa çalışacağı gözlənilir.
2. İran müharibəsinin nəticələri. Müharibənin regional siyasəti və enerji axınlarını dəyişəcəyi, gübrə çatışmazlığının isə ərzaq təhlükəsizliyinə təhdid yaradacağı proqnozlaşdırılır.
3. Yeni temperatur rekordları. Quraqlıq, meşə yanğınları və isti hava dalğalarının davam edəcəyi, enerji bazarlarındakı qeyri-sabitliyin bərpaolunan enerjiyə marağı artıracağı bildirilir.
4. Süni intellektə qarşı narazılığın artması. Bu sahədə şirkətlərin mürəkkəb və qeyri-şəffaf sövdələşmələrlə borclanması maliyyə sarsıntısı riskini yüksəldən amil kimi qiymətləndirilir.
5. Avropada sağ populistlərin güclənməsi. Marin Le Penin Fransada mümkün qələbəsinin Avropa İttifaqında ciddi siyasi dəyişikliklərə və maliyyə bazarlarında narahatlığa səbəb ola biləcəyi qeyd olunur.
6. İstiqraz bazarında təzyiq. Bir sıra zəngin ölkələrdə dövlət xərclərinin imkanları üstələməsi və istiqraz gəlirliliyinin yüksəlməsi risk kimi göstərilir.
7. Tayvan ətrafında təhlükə. Çin ordusunun adanı ələ keçirməyə hazırlığı ilə bağlı iddialar fonunda yeni hərbi texnologiyaların mümkün qarşıdurmaya təsiri təhlil edilir.
8. “Ozempic” effekti. Arıqlama dərmanlarının istehlak vərdişlərini dəyişəcəyi, geyim, kosmetika və fitnesə xərcləri artıracağı gözlənilir.
9. Kosmosa çıxışın ucuzlaşması. “Starship” vasitəsilə müntəzəm peyk buraxılışları və ilk özəl kosmik stansiyanın orbitə göndərilməsi proqnozlaşdırılır.
10. Hollivudun yenilənməsi. Böyük kino franşizalarının yeni auditoriya axtarışı və aşağıbüdcəli filmlərin uğuru kino sənayesinin əsas mövzuları sırasında
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 17 Noyabr 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















