BMU ilə Gürcüstanın nüfuzlu universitetləri arasında memorandumlar imzalanıb
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı Mühəndislik Universiteti (BMU) ilə Gürcüstanın iki nüfuzlu ali təhsil müəssisəsi – İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universiteti arasında anlaşma memorandumları imzalanıb.
Sənədləri BMU-nun rektoru Yaqub Piriyev, Tbilisi Dövlət Universitetinin rektoru Caba Samuşia və Gürcüstan Texniki Universitetinin rektoru David Qurqenidze imzalayıblar.
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən I Azərbaycan-Gürcüstan Rektorlar Konfransı çərçivəsində imzalanan memorandumlar universitetlər arasında təhsil, elmi-tədqiqat və akademik əməkdaşlığın genişləndirilməsini, qarşılıqlı təcrübə mübadiləsinin təşviqini və birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.
Razılaşmaya uyğun olaraq bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələrin, eləcə də professor-müəllim və inzibati heyətin qarşılıqlı mübadiləsi planlaşdırılır. Sənədlərə əsasən, tərəflər birgə elmi-tədqiqat layihələri hazırlayacaq, elmi-metodiki nəşrlər mübadiləsi aparacaq, ömürboyu təhsil proqramları həyata keçirəcək, simpozium, konfrans, qısamüddətli kurs və görüşlər təşkil edəcəklər. Bununla yanaşı, innovativ tədris və inzibati idarəetmə təcrübələrinin paylaşılması, ətraf mühitin idarə olunması sahəsində birgə tədbirlərin keçirilməsi də əməkdaşlığın istiqamətləri sırasındadır.
Qeyd edək ki, Gürcüstan Texniki Universitetində təşkil olunan konfrans iki ölkənin ali təhsil müəssisələri arasında elmi-akademik əlaqələrin genişləndirilməsinə və birgə layihələrin təşviqinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 17 Noyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















