Icma.az
close
up
RU
Menu

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

The Economist in yeni il manşetinin şifrələri: 2026 cı ildə dünyada nələr olacaq?

The Economist in yeni il manşetinin şifrələri: 2026 cı ildə dünyada nələr olacaq?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Londonda yerləşən "The Economist" jurnalı artıq ənənəyə çevrilmiş yeni il proqnozları ilə dolu 2026 üzlüyünü yayımlayıb. 

Qaynarinfo xəbər verir ki, sətir aralarında isə dünyanın taleyini dəyişəcəyi iddia olunan fırtınanın adı gizlənir: "Trumpnado"

Jurnalın redaktoru Tom Standic 2026-cı ilə damğasını vuracaq inkişafları təhlil etdiyi yazıda bir cümləni mərkəzə qoyur:

2025 boyunca beynəlxalq siyasətin ritmini müəyyən edən əsas aktorun ABŞ prezidenti Donald Tramp olduğu xatırladılır. Ticarətdən təhlükəsizliyə, Orta Şərqdən Avropa müdafiəsinə qədər bir çox sahədə onun qeyri-adi üslubu mövcud nəzarət mexanizmlərini dəyişdirib. Standic bu dövrü təsvir etmək üçün yeni bir termin də işlədib: "Trumpnado". Bu fırtınanın 2026-cı ildə döndərəcəyi 10 kritik proqnoz isə belə sıralanır:

1. ABŞ 250-ci ilində tarixi parçalanmaya doğru

Proqnozlara görə, ABŞ quruluşunun 250-ci ildönümünə gedərkən siyasi qütbləşmə tarixinin ən kəskin nöqtəsinə çatıb. Respublikaçılar və Demokratlar ölkənin keçmişini tamamilə fərqli hekayələrlə izah edir. 2026-cı ilin noyabrındakı ara seçkilər təkcə səsvermə deyil — ölkənin gələcək vizyonunun harada çiziləcəyini müəyyən edəcək.

Mütəxəssislərə görə, Demokratlar Nümayəndələr Palatasını qazansa belə, Trampın idarəetmə tərzi — gömrük tarifləri, sərt təhdidlər və ardıcıl prezident fərmanları — fasiləsiz davam edəcək.

2. Yeni bir soyq savaş, yoxsa yeni ticarət balansı?

Bəzi analitiklər dünyanın ABŞ və Çin başda olmaqla iki qütb arasında sərtləşən rəqabətə sürükləndiyini düşünür. Digərləri isə Trampın instinktə əsaslanan diplomatiyasının dünyanı ABŞ, Rusiya və Çin arasında bölünən təsir dairələrinə ayıracağını iddia edir.

"The Economist" isə hər iki nəzəriyyəni səthi sayır. Çünki Tramp geniş strategiyalara deyil, anlıq maraqlara və ikitərəfli pazarlıklara inanır. Bu da qaydalara əsaslanan köhnə qlobal düzənin dağılması deməkdir. Onun yerinə "istəkli koalisiyalar” — yəni müvəqqəti, çevik, məqsəd yönümlü birliklər gələcək.

3. Müharibə və sülh arasında incə sis pərdəsi

Proqnozlara görə 2026-cı ildə dünya müharibə ilə sülh arasındakı xəttin heç olmadığı qədər qeyri-müəyyən olduğu bir dönəmə girəcək. Qəzzada kövrək atəşkəslin qorunması mümkündür; lakin Ukrayna, Sudan və Myanmarda qarşıdurmaların davam edəcəyi gözlənilir.

Rusiya və Çinin "boz zona” taktikaları Baltik sahillərindən Cənubi Çin dənizinə qədər ABŞ müttəfiqlərini test etməyə davam edəcək. Gərginlik yalnız quru və dənizdə deyil, Arktik buzullarında, kosmos orbitində, dəniz dibində və kibersahədə də genişlənəcək.

4. Avropa üçün zaman daralır

2026 proqnozlarına görə, Avropa uzun illərdir rastlaşmadığı ölçüdə bir imtahanla üz-üzədir. Müdafiə xərclərini artırmalı, eyni zamanda ABŞ ilə münasibətləri qoruyub saxlamalı, iqtisadi artımı canlandırmalı və sürətlə genişlənən büdcə açığını nəzarətdə saxlamalıdır.

Kəmərsıxma siyasətlərinin ifrat sağ qüvvələrin əlini gücləndirmə ehtimalı Brüsseli narahat edir. Yaşıl keçid, sərbəst ticarət və müdafiə sərmayələrini eyni anda yürütmək isə Avropanın gücünü aşır.

5. Çin qarışıqlıqda öz səssiz gücünü artırır

Daxildə deflyasiya, iqtisadi yavaşlama və istehsal artıqlığı kimi struktur problemlərlə üzləşən Çin, buna baxmayaraq Trampın "Əvvəlcə Amerika” siyasətinin açdığı boşluğu doldurmağa hazırlaşır. Öngörülərə görə Pekin xüsusilə qlobal cənubda ticarət razılaşmalarını sürətləndirərək özünü "daha etibarlı tərəfdaş” kimi təqdim edəcək.

Çin Tramp ilə çiplər və soya kimi mövzular üzrə taktiki anlaşmalardan narahat deyil. Esas məqsəd, münasibətləri gərginlikdən uzaq, ticarət mərkəzli saxlamaqdır.

6. Yeni FED sədri bazarların taleyini müəyyən edə bilər

ABŞ iqtisadiyyatı Trampın tariflərinə gözləniləndən daha güclü dirənsə də, qlobal artım üzərində təzyiq yüksələcək. Varı dövlətlərin borc yükü davamolunmaz səviyyəyə yaxınlaşarkən, may ayında Cerom Pauellin yerinə keçəcək yeni Fed sədri dünya bazarlarının taleyini dəyişə bilər. Fed-in siyasiləşməsi qlobal maliyyə sistemində sərt toqquşmaya yol aça bilər.

7. Süni intellekt şarı partlama astanasındadırmı?

ABŞ-da süni intellekt infrastrukturlarına edilən nəhəng sərmayələr hələlik iqtisadiyyatda zəif nöqtələri kölgədə saxlayır. Ancaq böyük sual budur: balon partlasa nə olacaq? Tarixi nümunələr — dəmiryolları, elektrik, internet — texnologiyanın yox olmadığını, lakin böyük iqtisadi çalxantılar yaratdığını göstərir. 2026-da süni intellektin xüsusilə orta təbəqə və universitet məzunları üzərində məşğulluq təsiri ən mübahisəli mövzulardan biri olacaq.

8. İqlimdə reallıqlar acı, amma açıqdır

Qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq artıq real görünmür. Trampın bərpa olunan enerjiyə maraqsızlığı da mənzərəni daha qaranlıq edir. Bununla belə jurnal emissiyaların yəqin ki, zirvəyə çatdığını və təmiz texnologiyaların xüsusilə qlobal cənubda sürətlə yayıldığını bildirir. Öngörülərə görə, 2026-da geotermal enerji diqqətlə izlənməsi lazım olan sahələrdən biri olacaq.

9. İdmanda sığınacaq axtaran dünya məyus ola bilər

İdmanın hər zaman siyasətdən qaçış olduğu deyilir, lakin 2026-da bu mümkün görünmür. ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi Dünya Kuboku diplomatik gərginliklərin kölgəsində gözlənilən marağı görməyə bilər.

"The Economist"ə görə Las Veqasdakı və dopinqi sərbəst buraxan "Enhanced Games” isə idman dünyasında etik qaydaları kökündən sarsıdacaq.

10. Arıqlama dərmanlarında qlobal dönüşüm başlayır

Daha güclü, daha əlçatan və həblə qəbul edilən yeni nəsil arıqlama dərmanları bazara çıxmaq üzrədir. Proqnoza görə bu inkişaf 2026-cı ildə yalnız səhiyyə sektorunu deyil, sosial həyatı, sığorta sistemlərini və istehlak vərdişlərini də yenidən formalaşdıracaq.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see187

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see141

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see129

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see128

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see127

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see127

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see126

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see126

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see125

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see124

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see123

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see122

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see121

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see119

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri