Icma.az
close
up
RU
The Telegraph: Aldanmayın, Putin zəifdir və ümidsiz şəkildə sülhə can atır

The Telegraph: Aldanmayın, Putin zəifdir və ümidsiz şəkildə sülhə can atır

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kreml qəfildən Donald Trampın müharibəni bitirmək ideyasını dəstəkləməyə başlayıb, çünki Putin üçün bu müharibə fəlakətə çevrilib. Cəbhədə uğursuzluqlar, sanksiyalar və beynəlxalq təcrid Moskvanı çıxış yolu axtarmağa məcbur edir.  

Qaynarinfo xəbər verir ki, bu barədə The Telegraph-ın məqaləsində deyilir.

"Kremlin təbliğat maşını Avropanın Tramp administrasiyasının keçmiş müttəfiqlərinə münasibətindən narahatlığını lağa qoyur. Lakin bu, yalnız Rusiyanın Ukraynaya qarşı dağıdıcı müharibəsinə görə üzləşdiyi real təzyiqləri gizlətmək cəhdidir", - məqalədə qeyd edilir.   

The Telegraph qəzetinin müdafiə və beynəlxalq məsələlər üzrə redaktoru Kon Koflinin fikrincə, Rusiyanın təbliğat mediası Trampın Moskvanın baxışlarını dəstəklədiyini iddia etsə də, əslində, Kreml onun Ağ Evə qayıdacağı təqdirdə müharibənin bitəcəyinə ümid edir.  

"Özünüzü aldatmayın, Putin zəifdir və ümidsiz şəkildə sülhə can atır", – deyə Koflin vurğulayır.  

Müharibənin Rusiya iqtisadiyyatına dağıdıcı təsiri getdikcə daha açıq görünür:  

- Faiz dərəcələri artıq 21 faizə çatıb,  

- Suveren rifah fondu sürətlə tükənir,  

- Kreml müharibəni davam etdirmək üçün maliyyə mənbələrindən məhrum olur.  

Bu şəraitdə Putin Trampın sülh təşəbbüslərini dəstəkləməyə həvəslidir.  

Qəzet Moskvanın ABŞ və İran arasında nüvə danışıqlarında vasitəçilik etməyə hazır olduğunu elan etməsini Kremlin münaqişədən çıxış yolu axtarmasının əlaməti kimi dəyərləndirir.  

Bundan əlavə, Koflin bildirir ki, Avropa sülhməramlılarının Ukraynaya yerləşdirilməsi, xüsusilə Böyük Britaniya qoşunlarının gəlməsi Putin üçün əsl fəlakət olardı.  

Putinin əsas məqsədi Qərbin Rusiyanın sərhədlərinə daha da yaxınlaşmasının qarşısını almaqdır. Bu səbəbdən Avropa qoşunlarının Rusiya təcavüzünü cilovlamaq üçün Ukraynada yerləşdirilmə ehtimalı Kremldə ciddi narahatlıq yaradır.  

Bunu nəzərə alaraq, Kreml Fransa prezidenti Emmanuel Makronun Avropa qoşunlarının Ukraynaya göndərilməsinə dair bəyanatına sərt reaksiya verib. Rusiya rəhbərliyi bunu "konfrontasiya" kimi qiymətləndirib.  

Koflin vurğulayır ki, Tramp administrasiyası anlamalıdır: əgər sülh danışıqlarına "güc mövqeyindən" getməsə, Putin bunu "tam zəiflik mövqeyindən" edəcək.  

Xatırlatma:  

- ABŞ prezidenti Donald Tramp 6 martda bəyan edib ki, Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində son günlərdə əhəmiyyətli irəliləyiş əldə edilib.  

- Eyni gün Rusiya XİN başçısı Sergey Lavrov Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsinin NATO-nun münaqişəyə birbaşa müdaxiləsi olacağını bildirib.  

- 7 martda Kreml sülhməramlıların Ukraynada yerləşdirilməsi ideyasını rədd edib və atəşkəs üçün heç bir güzəştə getməyəcəklərini açıqlayıb.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Mart 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri