Icma.az
close
up
RU
Tibb bacısı 6 ildir əsirlikdədir: ƏşŞəbab onun üçün nə tələb edir?

Tibb bacısı 6 ildir əsirlikdədir: ƏşŞəbab onun üçün nə tələb edir?

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniya Qızıl Xaç Cəmiyyətinin əməkdaşı Sonya Nientiet 3 may 2018-ci ildə Somalidə vətəndaş müharibəsinin təsiri altında olan bölgədə iş yerindən çıxdığı zaman qaçırılıb. 

Qaynarinfo xəbər verir ki, silahlı şəxs onu zorla avtomobilə mindirib və hadisə yerindən uzaqlaşıb. Bir neçə saat sonra maşın Moqadişo şəhərinin kənarında yanmış vəziyyətdə tapılıb.

Bir neçə gün sonra "Əş-Şəbab" adlı islamçı qruplaşma əsir alınmış Sonya Nientietin azad olunması üçün 20 milyon ABŞ dolları tələb edib. Əks halda, onun öldürüləcəyi və ya İŞİD-ə "satılacağı" ilə hədələyiblər.

Bu kimi hadisələr humanitar təşkilatların əməkdaşları üçün ciddi təhlükə yaradır. BMT-nin məlumatına görə, yalnız 2024-cü ildə dünyada 300-ə yaxın humanitar işçi qaçırılıb.

Hadisədən iki il sonra Almaniya kəşfiyyatı Sonya Nientietin saxlanıldığı yeri müəyyən edə bilib. Almaniya xüsusi təyinatlı qüvvələri onun xilas olunması üçün genişmiqyaslı əməliyyat hazırlayıblar. Plan 2012-ci ildə ABŞ xüsusi təyinatlılarının Somali əsirliyindən iki girovu uğurla azad etdiyi əməliyyata əsaslanıb.

ABŞ hərbçiləri o vaxt yeddi "Navy SEAL" desantçısını paraşütlə düşürərək, əsir saxlanılan ərazidə yatan silahlıları zərərsizləşdirmişdi. Alman hərbçiləri də oxşar üsulla hərəkət etməyi planlaşdırıbılar. ABŞ əməliyyatı dəstəkləmək üçün peyk məlumatları və "Sikorsky UH-60/Black Hawk" vertolyotları təqdim etməyə hazır idi.

Lakin əməliyyat başlamaq ərəfəsində Almaniyanın o zamankı xarici işlər naziri Hayko Maas əməliyyatı ləğv edib. Maas əməliyyatın qanlı qarşıdurma və girovun həyatını itirməsi ilə nəticələnəcəyindən ehtiyat edib.

Bunun ardınca Almaniya xüsusi xidmət orqanlarının bütün səylərinə baxmayaraq, Sonya Nientietin azad edilməsi mümkün olmayıb. O, hələ də qruplaşmanın əsirliyində qalır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri