Icma.az
close
up
RU
Tibb Festivalı çərçivəsində ATU ilə Əqli Mülkiyyət Agentliyi maarifləndirici tədbir keçirib

Tibb Festivalı çərçivəsində ATU ilə Əqli Mülkiyyət Agentliyi maarifləndirici tədbir keçirib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Əqli Mülkiyyət Agentliyinin mütəxəssislərinin iştirakı ilə panel sessiyası keçirilib. Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və Tibb Universitetinin 95 illik yubileyinə həsr olunmuş Tibb Festivalı çərçivəsində baş tutub.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Tədbiri açan ATU-nun Əqli mülkiyyətin inkişafı, qrant, patent və elmi ekspertiza şöbəsinin müdiri tibb üzrə fəlsəfə doktoru Aygün Kazımlı universitetdə elmi fəaliyyətin inkişafı və əqli mülkiyyət hüquqlarının əhəmiyyəti barədə danışıb. O, əqli mülkiyyətin innovasiya və elmi-tədqiqat fəaliyyətindəki rolunu vurğulayaraq, bu sahədə maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin mütəxəssisləri patent hüququ, sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və mühafizəsi, həmçinin kimya və tibb sahəsində ixtiralar barədə təqdimatlar ediblər. Mərkəzin İxtira və faydalı modelin ekspertizası şöbəsinin müdiri Sevinc Zeynalova “Patent alınması proseduru və müraciət qaydaları”, İlkin ekspertiza və sənaye nümunələrinin ekspertizası şöbəsinin müdiri Afət Qasımova “Tibb sahəsində sənaye mülkiyyəti obyektləri: ixtira, faydalı model və patentlər” mövzularında çıxış ediblər. İlkin ekspertiza və sənaye nümunələrinin ekspertizası şöbəsinin baş-məsləhətçi eksperti Nazilə Cahangirova ixtira sənədlərinin Avrasiya Patent Təşkilatına təqdim edilməsi və müraciət formaları barədə ətraflı məlumat verib.

ATU-nun Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, bir neçə ixtira müəllifi professor Məhbubə Vəliyeva “Yeni dərman formalarının yaradılması və onların patentləşdirilməsi” mövzusunda çıxış edib.

Tədbirdə I Cərrahi Xəstəliklər kafedrasının assistenti Azər Hümmətov və Ümumi cərrahiyyə kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Elnur Qasımov “Cərrahi praktikada ixtira və patent: təcrübədən hüquqa” mövzularında danışıblar. A. Hümmətov ixtira və patentləşdirmə proseslərinin cərrahi praktikada necə tətbiq olunduğunu, həkimlərin bu sahədə hüquqi və elmi biliklərinin əhəmiyyətini vurğulayıb. E.Qasımov patentləşdirmə prosesinin hüquqi tərəflərini, ixtiraçıların hüquqlarının qorunması və patentin tibbi praktikada tətbiqinin faydalarını izah edib.

İxtiralara dair tələblər, patentlərin alınması və tanınması şərtləri barədə tədbir iştirakçılarının sualları Agentliyin nümayəndələri tərəfindən cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri