Icma.az
close
up
RU
Tibb işçiləri ən böyük hörmətə layiqdirlər

Tibb işçiləri ən böyük hörmətə layiqdirlər

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev: “Yorulmadan, fədakarlıqla insanların sağlamlığı üçün mübarizə aparan tibb işçilərimiz ən böyük hörmətə layiqdirlər. Azərbaycan həkimlərinə eşq olsun”.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu günün mənbəyi Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçdü. Səhəri gün hökumətin kabinəsində ilk Səhiyyə və Sosial Təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırıldı.

Müstəqilliyimizin səhiyyəyə töhfəsi

Müstəqillik illərində ölkəmizdə tibb işçiləri üçün hərtərəfli şərait yaradılmışdır. Müstəqilliyimizin bərpası illərindən bu günədək yüzlərlə hospital, xəstəxana, klinika, həkim ambulatoriyası və tibb məntəqəsi tikilib istifadəyə verilmişdir. Əgər sovet imperiyasının əsarətində olduğumuz illərdə ölkəmizdə baxımsız, bu səbəbdən də geridə qalmış sahələrdən biri səhiyyə sistemi idisə, bütün tibb ocaqları köhnəlikdən miskin vəziyyətə düşmüşdüsə, müasir avadanlıqlar səhiyyəmizdən çox uzaqlarda qalmışdırsa, müstəqilliyimizin bərpasından sonra bütün bunların da bərpasını gördük. Ən ucqar kəndlərimizdən tutmuş şəhərlərimizədək səhiyyənin inkişafı diqqətdə saxlanıldı. İnsanların sağlamlığı ön plana çıxarıldı. Müstəqil dövlətimiz öz vətəndaşlarının sağlamlığını bütün digər məsələlərdən üstün tutdu. Çünki onlar sağlam olardılarsa, cəmiyyətimiz inkişaf edə, müstəqil dövlət quruculuğumuz irəliləyə bilərdi. Buna görə də insan sağlamlığı dövlətimizin siyasi xəttinin əsasını təşkil etdi.

Bu gün ölkəmizdə səhiyyənin inkişafı hər bir tibb ocağında açıqca görünür. Əvvəlki illərdə hansısa bir xəstəlik üçün xarici ölkələrə üz tutan vətəndaşlarımızın bu gün tibb ocaqlarında yüksəkixtisaslı həkimlər tərəfindən müayinə-müalicəsi aparılır və uğurlu nəticələr əldə olunur. İndi ölkəmizin səhiyyə ocaqlarında dünyanın ən müasir tibbi aparat və avadanlıqları var ki, onların əksəriyyəti keçmiş SSRİ ölkələrində hələ də yoxdur. Yaradılan şərait həkim və tibb işçiləri qarşısında böyük məsuluyyət qoyur. Onlar dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğıya öz əməli işləri ilə cavab verməyə çalışırlar.

Tibb işçilərimiz pandemiya dövründə

Biz onların vəzifələrini böyük məsuliyyətlə həyata keçirdiklərinin, gecəli-gündüzlü böyük məsuliyyətlə çalışdıqlarının pandemiya dövründə şahidi olduq. Həkim və tibb işçilərimiz, sözün həqiqi mənsında, həmin dövrdə əllərinə “silah” alıb bu gözəgörünməz müharibə ilə mübarizə apardılar. Şahidi olduq ki, onlar günlərlə evlərinə gedə bilmədilər, günün bütün saatlarını çalışdıqları xəstəxanalarda insanların həyatda qalmasına həsr etdilər. Şahidi olduq ki, onları evlərində azyaşlı övladları gözləyir, lakin onlar evə getməyə vaxt tapmırdılar. Çünki xəstəxanalardakı nəfəs darlığı yaşayan insanların hər birinin son ümid yeri həkimlər idi. Onların gözləri həkimlərin gözlərində idi, bu gözlər ümid diləyirdi, şəfa istəyirdi...

Günlərlə, aylarla tibbi maskanı çıxara bilməyən həkim və tibb işçilərimizin üzündə onun iz saldığının şahidi olduq. İzlər sonralar da onların üzlərində qalmışdı. Həmin görüntülərin özü bu peşə sahiblərinin öhdələrinə düşən işi böyük məhəbbətlə yerinə yetirdiklərinə, insanlara olan sevgisinə, onların yaşaması üçün mücadilə aparmalarına bariz nümunə idi.

Biz onlarla həkim və tibb işçilərimizi itirdik pandemiya dövründə. Onlar “Covid-19”dan əziyyət çəkən xəstələri bu bəladan xilas edərkən özləri bu bəlaya düçar oldular. Onları xilas etmək mümkün olmadı. Günlərlə bu xəstəliyi daşıyan insanların arasında olmaları həyatlarını sona yaxınlaşdırdı. İnsanlara şəfa verənlər iş başındaca həyatlarını itirdilər.

Həkim və tibb işçilərimizin pandemiya dövründə fəaliyyətləri təqdirəlayiqdir. Onların hər biri həmin ağır dövrlərdə əllərindən gələni əsirgəmədi. Bu əsnada peyvəndləmə işlərini uğurla, sistemli şəkilədə həyata keçirən həkim və tibb işçilərinin də fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Onlar arasında bu iş üçün ayrılmış xüsusi tibb ocaqlarında dayanmadan çalışanlar da var idi, səyyar şəkildə şəhərbəşəhər, kəndbəkənd gəzib vəzifəsini yerinə yetirənlər də.

Tibb işçilərimiz İkinci Vətən Müharibəsi dövründə

Bu gözəgörünməz müharibə bitməmiş ölkəmizdə İkinci Vətən Müharibəsi başladı. 2020-ci ilin 27 sentyabrında Qarabağa yollandı igid oğullarımız. Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə yanaşı, yüzlərlə könüllülər də vardı onların arasında. Həmin könüllülər içərisində isə həkimlərimiz vardı. Onlar gülləbaran yağışı altında yaralılarımızın köməyinə çatır, onların yaralarına şəfa bəxş edirdilər. Öz vəzifə borcunu yerinə yetirərkən yaralanan və həyatını itirən neçə-neçə həkim və tibb işçilərimiz də oldu.

Müharibə dövründə çalışdıqları səhiyyə ocaqlarında da gecəli-gündüzlü vəzifələrini layiqincə yerinə yetirən həkimlərimiz var idi. Hər gün cəbhədən gətirilən ağır yaralılarımızı gecənin yarısında da, sübh çağında-günün bütün saatlarında dərhal əməliyyatlara alıb onları həyata qaytardılar, təcili müdaxilələri ilə onların orqanlarının itirilməsinin qarşısını aldılar. Həkimlərimizin bu əməkləri unudulmazdır.

Əgər əsgər əlində silah cəbhədə döyüşürdüsə, həkimlərimiz də əllərindəki tibbi alətlərlə həm ön, həm də arxa cəbhədə döyüşürdülər. Hər bir Azərbaycan vətəndaşı kimi, onların da tarixi Zəfərimizdə böyük payları var.

Həkim və tibb işçlərimiz arasında Qarabağdan olanlar da var. Onlar da digər həmyerliləri kimi illərlə köçkün, qaçqın, didərgin statusu ilə yaşayıblar. Onlar da Qarabağın ayrı-ayrı rayonlarında, kəndlərində qurulu evlərini, həyət-bacalarını qoyub zorla dədə-baba ocaqlarından çıxarılanlardandır. Onlar arasında da doğma torpaqlarına bir daha qayıtmadan gözlərini bu dünyaya yumanlar oldu.

Qarabağdan olan tibb işçilərindən artıq o torpaqlara qayıdanlar var. Dövlətimizin azad edilmiş torpaqlarda apardığı quruculuq işləri ilə yaxın gələcəkdə onların hamısı doğma yurduna qayıdacaq, üzləri güləcək. Necə ki, Qarabağ Zəfəri ilə qürur duydular, yaxında evlərinə dönmələri ilə ikinci Zəfəri yaşayacaqlar.

Bir həkim yüzlərlə sağlam insandır

Bu gün onlardan söhbət açdıq. 17 iyunda bayramlarını qeyd edən tibb işçilərindən. Bu gün onlarındır, böyük bir ordu olan tibb işçilərimizin. Hər birimizin ümid yeri, şəfa diləyimiz olan tibb işçilərinin. Gecə-gündüz müraciət etdikdə hətta evlərinin qapılarını belə üzümüzə açan, nazımızı çəkən, bizə min bir nəvazişlə yanaşan, yeri gələndə əlləri qanımıza bulaşan, yaralarımıza toxunan, lakin bundan heç də narahat olmayan tibb işçilərimizin. Həqiqətən də onlar arasında öz peşəsinin əsl sahibi olanlar saysızdır. Belələrinin haqqı hər birimizin üstündə çoxdur.

Onların fədakar əməyi dövlətimiz tərəfindən daim qiymətləndirilir. Həkim və tibb işçiləri yüksək adlara, mükafatlara layiq görülür. Tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir, səhiyyə ocaqlarına yeni tibbi texnologiyalar tətbiq olunur. Kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb.

Vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Ölkəmizdə 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub.

Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur. Bütün bunlar isə səhiyyənin nüfuzunu artırıb, həkimlərə qarşı böyük inam hissini formalaşdırıb.

Həkimlərin fəaliyyətinin daha da səmərəliliyi üçün onlar xarici ölkələrdə təcrübə, peşə kurslarına göndərilirlər. Müsqəqilliyimizin bərpasından sonra tibb işilərinin əmək haqları dəfələrlə artırılıb. Elə iki il öncə həkimlərin əmək haqlarına xüsusi artımların əlavə edilməsini müharibədən yeni çıxmış bir ölkənin bu sahəyə göstərdiyi böyük dəyər kimi qiymətləndirildi.

Bir həkim yüzlərlə sağlam insandır. Nə qədər yerində söylənmiş bir fikirdir. Bəzən yüz nəfər bir yerə yığışıb bir işin öhdəsindən gələ bilmədiyi təqdirdə, bir həkim yüzlərlə insana öz qəlbindən, əllərindən şəfa bəxş edir. Belə isə onları qorumaq da, onlara böyük dəyər vermək, hörmətlə yanaşmaq da hər birimizin borcudur.

Bayramınız mübarək, əziz tibb işçiləri. Sizə çətin və məsuliyyətli işinizdə uğurlar arzulayır, həmişə sizə ümid edən, şəfa diləyən insanlara sağlamlıq bəxş etməyinizi, bununla qürur duymağınızı arzulayırıq.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 İyun 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see519

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see398

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see395

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see360

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see259

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see255

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see247

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see215

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see210

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see210

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see197

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see189

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see186

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see185

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see181

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see174

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see172

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see163

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see158

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri