Icma.az
close
up
RU
Tibb işçilərinə yanvar ayının əməkhaqqı ödənilməyib? Nazirlikdən və agentlikdən açıqlama

Tibb işçilərinə yanvar ayının əməkhaqqı ödənilməyib? Nazirlikdən və agentlikdən açıqlama

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

“Fevral ayının yarısına az qalmasına baxmayaraq əksər dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin yanvar ayı üçün əmək haqları hələ də verilməyib. Tibb işçilərinin qəpik-quruşlarını verin, onları incitməyin!”

“AzPolitika” xəbər verir ki, bunu tanınmış həkim Aydın Əliyev “Facebook” hesabında yazıb. Tibb işçilərinin həmkarlarının postuna maraqlı reaksiyalar veriblər.

Həkim Fizzə Kərimli maaşlarını bu gün (dünən-red) aldıqlarını yazıb: “Səhiyyə Nazirliyi, deməyə utandığımız 478 manat maaşımızı artımla verdilər, nəhayət 500 manatı keçib oldu 569 manat”.

Sevinc Dadaşzadə isə bonusların “ölə-ölə verilməsindən gileylənib: “Hələ noyabr, dekabr, yanvar aylarının bonusları ödənilməyib”.

Gülnarə Yusifqızı isə Nizami rayonunda yerləşən tibb müəssisələrində çalışanların əməkhaqqı almadıqlarını bildirib.

Həkim Miryusif Əliyev də narazılar sırasındadır: “Gündə 30 pasiyenti müayinə edib 1000 manat əməkhaqqı alasan, onu da 2 ay gözləməlisən”.

Elsevər Kərimov isə biabırçı vəziyyətin hökm sürdüyünü vurğulayıb: “Bakı Baş Səhiyyə idarəsinin tabeliyində çalışanlar hələ də maaşlarını ala bilməyiblər. Bəhanələr müxtəlifdir, hər ay kələklərlə maaşımızdan 50-150 manat tuturlar”.

Həkimlərdən Mübariz Yusifov isə maaşlarını fevralın 3-də aldıqlarını yazıb. Daha bir həkim də rayonlarda yerləşən dövlət tibb müəssisələrində əmək haqlarının verildiyini bildirib.

Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsindən “AzPolitika”-ya bildirilib ki, nazirliyin tabelyində olan bütün tibb müəssisələrində çalışan əməkdaşların maaşları köçürülüb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən də “AzPolitika”nın sorğusuna cavab olaraq TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan səhiyyə işçilərinə yanvar ayı ərzində aylıq vəzifə (tarif) maaşı və aylıq sabit həvəsləndirici əlavələrin verildiyi bildirilib.

“Ekspertiza planına əsasən son reyestrlər tamamlandıqdan sonra işin nəticəsinə görə həkimlərə verilən həvəsləndirici əlavələr (bonuslar) ödəniləcək”, - açıqlamada qeyd olunub.

Rasim Əliyev

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Fevral 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri