Icma.az
close
up
RU
Tibb Universitetində şübhəli tender Şamaxıda yerləşən MMC necə qalib olub?

Tibb Universitetində şübhəli tender Şamaxıda yerləşən MMC necə qalib olub?

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Azərbaycan Tibb Universitetinin nəzdində Tədris Terapevtik Klinikası 08.08.2025-ci ildə dövlət satınalmalarının portalında elan yerləşdirirb.

Elanda deyilir: "Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası tərəfindən 26.05.2025-ci il tarixində elan olunmuş “Laboratoriya xidməti” ilə bağlı açıq tender elanın qalibi “Medlab Şamaxı” Məhdud Məsuliyyətli Cəmiyyəti (Ünvanı- Şamaxı şəhəri, Gənclər küçəsi 15, .) müəyyən edilmişdir. Qalib təşkilatla dəyəri 411.471,70 AZN (dörd yüz on bir min dörd yüz yetmiş bir manat 70 qəpik) olan müqavilə bağlanmışdır".
Reyting.az xəbər verir ki, Aktualinfo.org bu elan ətrafında geniş araşdırma aparıb.
Məlum olub ki, “Medlab Şamaxı” MMC 2023-cü ildə TƏBİB-ə tabeli 3 xəstəxanada laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədi ilə keçirilən tenderlərin qalibi olub və 700 min manat dəyərində sifariş alıb.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MEDLAB ŞAMAXI” (VÖEN- 8401382041) Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Ərazi Vergilər İdarəsində 29.04.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının ŞAMAXI RAYONU, GƏNCLƏR, ev.15, qanuni təmsilçisinin isə İskender Karaltı olduğu göstərilir.
Reyestr məlumatlarına edilən dəyişiklikdə MMC-nin təsisçisi və ilk qanuni təmsilçisinin Türkmən Hüseyn olduğu göstərilir. Bədəlov Emil Veysəl oğlu (hazırda, 23.01.2025-ci il tarixdən Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi daşıyır), Soltanov Rüstəm Vaqif oğlu, Qarayev Vüsal Bəybala oğlu MMC-yə müxtəlif vaxtlarda qanuni təmsilçilik etmişlər.
MMC-yə vergi öhdəlikləri üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı günə MMC-nin 6641.19 manat vergi borcu var. Açıq məbələrdə şirkət haqqında məlumatlar bu qədərdir.
Apardığımız ətraflı araşdırma zamanı məlum oldu ki, MMC-nin hazırki qanuni təmsilçisi İskender Karaltı həm də Azərbaycan Tibb Universitetində laboratoriya müdiri kimi fəaliyyət göstərir. Açıq internet resusrslarında onun “Sağlam Ailə” Tibb Mərkəzinin ötən il İnstaqram sosial şəbəkəsində yaydığı məlumatda bildirilir ki, “Sağlam Ailə olaraq, akademik konsultantımız və tanınmış mütəxəssis Dos. Dr. İskender Karaltı ilə məhsuldar bir görüş keçirdik. Dr. Karaltı, Azərbaycan Tibb Universitetində laboratoriya müdiri kimi fəaliyyət göstərir və 70-dən çox elmi məqaləyə imza atmışdır. Görüşün əsas məqsədi laboratoriyamızda davamlı və dayanıqlı keyfiyyəti təmin etmək, yeni xidmət çeşidlərinin aktivləşdirilməsi ilə bağlı təklif və imkanları dəyərləndirmək idi.”
Göründüyü kimi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetində laboratoriya müdiri kimi fəaliyyət göstərən və “Medlab Şamaxı” Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi olan İskender Karaltı ilə satınalma müqaviləsi bağlayıb. Amma gəlin görək qanun buna yol verirmi.
“Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1. maddəsində göstərilir ki, Təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativi olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir: 6.1.1. təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda; 6.1.2. təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda; 6.1.3. təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;
Belə olan halda, “Medlab Şamaxı” Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi İskender Karaltı Azərbaycan Tibb Universitetində laboratoriya müdiri, yəni sözügedən universitetin idarəetmə orqanının üzvü olduğu halda satınalmalarda iştirakına necə yol verilib?
Burada maraqlı bir məqam da var. Məlum olduğu kimi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası ən son,müasir tibbi avadanlıqlarla təchiz olunmuş bir tibb müəssisəsidir. Şamaxı şəhərində fəaliyyət göstərən “Medlab Şamaxı” MMC-nin ən son,müasir tibbi avadanlıqlarla təchiz olunmuş Tədris Terapevtik Klinikasına labaratoriya xidmətinin göstərməsi bir az müəmmalı görsənmirmi?(Aktualinfo.org)
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:290
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 Avqust 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri