Icma.az
close
up
RU
Tibb Universitetində görüş keçirilib

Tibb Universitetində görüş keçirilib

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Özbəkistan Respublikası Daşkənd Dövlət Tibb Universitetinin (DDTU) ATU-da akademik fəaliyyətdə olan nümayəndə heyəti ilə görüşüb.SİA xəbər verir ki, görüşdə dövlətlər və xalqlarımız arasında yüksəksəviyyəli əlaqələrin hər müstəvidə böyük uğurla, artan dinamika ilə inkişafından söz açan Gəray Gəraybəyli ortaq mədəniyyətə sahib iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə söykəndiyini diqqətə çatdırıb.Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi görüşünə də diqqət çəkən rektor bu səfərin yaxın münasibətlərin əsas göstəricisi olduğunu, eyni zamanda ölkələr arasında əməkdaşlığın hərtərəfli gücləndirilməsi və dərinləşdirilməsinə daha da təkan verdiyini vurğulayıb.Özbəkistanla Azərbaycanın ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişafını, əməkdaşlığın təhsil, xüsusən də tibbi təhsil sahəsində dərinləşdirilməsi üçün geniş imkanlar oldğunu və bu aspektdə də ATU ilə DDTU arasında imzalanmış anlaşma memorandumunu xatırladan rektor qarşılıqlı səfərlər, eləcə də mütəmadi görüşlərin münasibətlərin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdiyini nəzərə çatdırıb.DDTU nümayəndə heyətinə rəhbərlik edən Özbəkistan Respublikasının Əməkdar tibb işçisi, Elm və texnika sahəsi üzrə Dövlət Mükafatı laureatı, professor, Otorinolarinqologiya kafedrasının müdiri, "Happy Life" klinikasının direktoru Şavkat Amonov da iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə böyük maraq göstərildiyini, universitetlərarası akademik mübadilə proqramının bu baxımdan xüsusi rolu olduğunu bildirib. Proqram çərçivəsində ATU ilə tanışlıq zamanı burada yaradılan şəraiti yüksək dəyərləndirən və səmimi qarşılanmaya görə minnətdarlığını ifadə edən qonaq Azərbaycanla bağlı xoş təəssüratlarını da paylaşıb.Görüşdə özbəkistanlı mütəxəssislərin otorinolarinqologiya sahəsi üzrə rezidentlərə mühazirələri, kafedralararası aprobasiya, praktik məşğələ və cərrahi əməliyyatlarda iştirakı haqda da ətraflı məlumat verilib.Qeyd edək ki, Özbəkistan nümayəndə heyətinin (kafedranın dosentləri - Firuza Nurmuxamedova, Jamol Erqaşev, kafedranın assistentləri - Maftuna Omonova, Zarina Eqamberdiyeva və DDTU-nun I kurs magistri Jasmin Turaeva) ATU-nun Qulaq, burun, boğaz xəstəlikləri kafedrasında akademik fəaliyyəti 12 iyun 2026-cı il tarixinə qədər davam edəcək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 May 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri