Icma.az
close
up
RU
“Tibb və hüquq prizmasından orqan transplantasiyası” mövzusunda Tibb Tələbələrinin I Forumu keçirilib

“Tibb və hüquq prizmasından orqan transplantasiyası” mövzusunda Tibb Tələbələrinin I Forumu keçirilib

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

24 yanvar 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin, eləcə də “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin dəstəyi ilə “Tibb və hüquq prizmasından orqan transplantasiyası” mövzusunda Tibb Tələbələrinin I Forumu keçirilib.

Mərkəzi Gömrük Hospitalında təşkil olunan forumun açılışında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev çıxış edib. O, Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədovun və Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudovun salamlarını iştirakçılara çatdıraraq, ölkəmizdə orqan transplantasiyası sahəsində son illərdə əldə olunan mühüm nailiyyətləri yüksək qiymətləndirib. İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi ilə davamlı və səmərəli əməkdaşlıq etdiyini, Hospitalda transplantasiya əməliyyatlarının beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı peşəkar komanda tərəfindən həyata keçirildiyini vurğulayıb.
Daha sonra söz Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d., anestezioloq-reanimatoloq Yeganə Abbasovaya verilib. O, 2025-ci ildə ölkəmizdə meyitdən ilk orqan transplantasiyasının uğurla icra edildiyi tibb müəssisəsi kimi Mərkəzi Gömrük Hospitalının fəaliyyətini xüsusi qeyd edib və “Meyitdən orqan transplantasiyası: beyin ölümünün təyini kriteriyaları” mövzusunda geniş təqdimatla çıxış edib.
Forum çərçivəsində Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkim-transplantoloqu, t.ü.f.d. Mircəlal Kazimi “Transplantasiya və insan həyatı: elmi nailiyyətlər, bu günün reallıqları və gələcəyin perspektivləri”, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim-koordinatoru Mehriban Əliyeva “Həyatı hədiyyə verməyin gücü: mən niyə donor olmalıyam?” və həmin Mərkəzin hüquqşünası Səyyarə Haqverdiyeva “Donorluq və transplantasiya: hüquqi çərçivə və sosial təsirlər” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələr tələbələr tərəfindən böyük maraqla qarşılanıb, mövzular ətrafında interaktiv müzakirələr aparılıb və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Tədbirin sonunda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə Tibbi Xidmət İdarəsi tərəfindən həyata keçirilən elmi-təcrübi fəaliyyətlər barədə məlumat verib, tələbələri tədbirlərdə aktiv iştirakçılığa dəvət edib və 2025-ci ildə təşkil olunmuş elmi və sosial tədbirləri əks etdirən slayd-şou təqdim edilib.
Forumun bağlanış hissəsində “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin prezidenti Gülay Novruzova çıxış edərək, tədbirin təşkilində əməyi olan bütün qurum və şəxslərə təşəkkürünü bildirib, Mərkəzi Gömrük Hospitalı ilə əməkdaşlığın növbəti mərhələlərdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Forum müzakirələrdə fəal iştirak edən tələbələrə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən hazırlanmış hədiyyələrin təqdim olunması və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Yanvar 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri