Icma.az
close
up
RU
Ticarət dövriyyəsinin artımı əməkdaşlıq imkanlarının genişləndiyini göstərir Malayziya səfiri

Ticarət dövriyyəsinin artımı əməkdaşlıq imkanlarının genişləndiyini göstərir Malayziya səfiri

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ötən il Malayziya ilə Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəmiz 26 milyon ABŞ dollarına çatıb. Bu rəqəm xüsusilə əhəmiyyətlidir, çünki qısa müddət ərzində əldə etdiyimiz effektiv artımı əks etdirir".

525.az xəbər verir ki, bunu Malayziyanın Azərbaycandakı səfiri Əhməd Kamrizamil Bin Mohd Rza “İqtisadi və turizm əməkdaşlığı vasitəsilə  Malayziya-Azərbaycan  əlaqələrinin gücləndirilməsi” mövzusunda ticarət, biznes və turizm seminarında və "2026: Malayziyaya səyahət ili" kampaniyasının rəsmi açılışı mərasimində deyib.

O bildirib ki, 2022-ci ildə ölkələrimiz arasında ümumi ticarət dövriyyəsi 9.5 milyon ABŞ dolları təşkil edirdisə, bu iki il ərzində 173.7 faiz artım qeydə alınıb: "Eyni zamanda, 2024-cü ildə Malayziyanın Azərbaycana ixracı 24.9 milyon ABŞ dolları təşkil edib. Əsas ixrac məhsullarına qurğu və avadanlıqlar, elektrik və elektron məhsullar, palma yağı məhsulları, rezin məmulatları, optik və elmi avadanlıqlar daxil olub. Paralel olaraq, 2024-cü ildə Malayziyanın Azərbaycandan idxalı 1 milyon ABŞ dolları həcmində olub. İdxal olunan əsas məhsullar sırasında qurğu və avadanlıqlar, bitki yağları, emal olunmuş qida məhsulları, metal məmulatları, optik və elmi avadanlıqlar yer alır. Bu nailiyyətlər sadəcə rəqəmlər deyil, əksinə, ikitərəfli ticarətimizin uzun bir yol qət etdiyini və tədricən inkişaf etməkdə olduğunu göstərir.

Bu artım əməkdaşlıq imkanlarının genişləndiyini, işgüzar dairələrimiz arasında etimadın getdikcə artdığını və iqtisadi əlaqələri gücləndirmək məqsədilə birgə həyata keçirdiyimiz təşəbbüslərin uğurlu olduğunu nümayiş etdirir.

Gələcəyə baxdıqda, bu müsbət dinamika daha geniş əməkdaşlıq üçün möhkəm bir təməl yaradır. Biz ticarət, investisiya və müxtəlif sahələr üzrə əməkdaşlıq istiqamətində yeni imkanları araşdırmağa davam etməli və Malayziya ilə Azərbaycan arasında əlaqələri daha da möhkəmləndirməliyik.
Bu məqamda mən Azərbaycan şirkətlərini bu ilin sentyabr ayında Kuala Lumpurda keçiriləcək, dünyanın ən böyük və nüfuzlu halal sənaye üzrə tədbirlərindən biri olan 21-ci Malayziya Beynəlxalq Halal Sərgisi (MIHAS)-da iştirak etməyə və məhsullarını nümayiş etdirməyə dəvət edirəm.
MIHAS-ın 21-ci buraxılışı dünyanın ən böyük halal sərgisi olacaq və əvvəlkilərlə müqayisədə daha böyük və daha möhtəşəm keçəcəyi gözlənilir. Bu ticarət sərgisində 2,000-dən çox yerli və beynəlxalq iştirakçının iştirakı nəzərdə tutulur.

MIHAS 2025 çərçivəsində on dörd klaster təqdim olunacaq. Bunlara qida və içki məhsulları, halal inqrediyentlər, dəb və həyat tərzi, media və əyləncə, e-ticarət, İslam maliyyəsi və fintex, təhsil, kosmetika və şəxsi qulluq məhsulları, pərakəndə satış və françayzinq, müsəlman yönümlü qonaqpərvərlik və turizm, qida texnologiyası və qablaşdırma, xidmətlər və vasitəçilər, dərman və tibbi məhsullar, İslam incəsənəti və sənətkarlıq daxildir.

2024-cü ildə, dünyanın müxtəlif ölkələrindən 40,000-dən çox ticari ziyarətçi MIHAS sərgisində iştirak edib və sərgi zamanı ümumi satış həcmi təxminən 1 milyard ABŞ dolları təşkil edib.

Şübhəsiz ki, MIHAS Cənub-Şərqi Asiya və digər regionlar üzrə gəlirli halal bazarına çıxış üçün mühüm bir görüş nöqtəsinə və başlanğıc platformasına çevrilib.

Bundan əlavə, MIHAS sərgisi çərçivəsində mən Azərbaycanlı alıcıları, idxalçıları və distribyutorları MATRADE tərəfindən təşkil olunan Beynəlxalq Təchizat Proqramı (INSP)-da iştirak etməyə dəvət edirəm.

INSP, xüsusi olaraq MIHAS üçün MATRADE tərəfindən yaradılmış bir təşəbbüsdür və iştirakçılara pulsuz yerləşmə və biznes uyğunlaşdırma xidmətləri təqdim edir. Bu proqram Malayziyada ixraca hazır və potensiallı şirkətlərlə görüşərək, Azərbaycanla əməkdaşlıq qurmaq istəyən firmalar üçün dəyərli imkan yaradacaq".

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 02 İyul 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri