Ticarət Nazirliyində Suriya toplantısı
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xalqcebhesi.az Türkiyənin “haberglobal.com.tr” saytına istinadən xəbər verir ki, Türkiyənin ticarət naziri Ömər Bolatın sədrliyi ilə yeni dövrdə Suriya ilə iqtisadi və ticarət əlaqələri ilə bağlı palata və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.
Nazirlikdən verilən yazılı açıqlamada bildirilib ki, görüşün əsas gündəmi yeni dövrdə qardaş ölkə Suriyanın yenidən qurulması, tikintisi, iqtisadiyyatı və ticarətinin gücləndirilməsi üçün iş dünyasının və Türkiyənin edə biləcəyi məsələlər olub və sözügedən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə həmçinin Suriyada yeni dövrdə əsas prioritetlərdən biri ölkənin ən qısa zamanda təhlükəsizlik və sülhü bərqərar edən davamlı milli birlik və dövlət quruluşunun ən yaxın zamanda yaradılması olduğu vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 07 Yanvar 2025 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















