Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ticarət savaşları qızışır: Azərbaycan qlobal təhdidlərdən necə qorunur?

Ticarət savaşları qızışır: Azərbaycan qlobal təhdidlərdən necə qorunur?

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Dünya ticarət sistemində qızışan tarif müharibələri, rəqəmsal vergi böhranları və iqtisadi qeyri-müəyyənliklər fonunda inkişaf etməkdə olan ölkələrin iqtisadi dayanıqlılığının qorunması ən aktual məsələyə çevrilib. Yeni beynəlxalq ticarət reallıqları Azərbaycan qarşısında da mühüm vəzifələr qoyur: aqrar sektoru modernləşdirmək, iqtisadiyyatı şaxələndirmək və idxalı əvəzləmək strategiyasından aqressiv ixracın stimullaşdırılmasına keçid etmək. Bəs qlobal iqtisadi dalğalanmalara qarşı ölkəmizin daxili istehsal potensialı və sahibkarlıq mühiti necə gücləndirilməlidir?

“Yeni ticarət reallıqları…”

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən millət vəkili Zaur Şükürov qeyd edib ki, qlobal tarif müharibələri fonunda Azərbaycanın iqtisadi dayanıqlılığı mühüm üstünlükdür: “Son dövrlərdə ABŞ tərəfindən həyata keçirilən gömrük-tarif siyasəti qlobal ticarət münasibətlərinə ciddi təsir göstərməkdədir. Xüsusilə ABŞ-Avropa İttifaqı və ABŞ-Çin iqtisadi münasibətlərində müşahidə olunan gərginlik dünya ticarət sistemində yeni çağırışlar yaradıb. Bəzi ölkələr bu proseslərin mənfi təsirlərini azaltmaq üçün xarici ticarət əlaqələrini genişləndirməyə və alternativ bazarlar axtarmağa çalışırlar. Qısa müddətdə bu yanaşma müəyyən iqtisadi üstünlüklər yaratsa da, uzunmüddətli perspektivdə tarif maneələrinin artması həm böyük iqtisadiyyatlara əlavə maliyyə yükü yarada, həm də qlobal iqtisadi dəyişkənliyə daha həssas olan ölkələrin istehsal və ixrac imkanlarına mənfi təsir göstərə bilər”.
Z. Şükürov bildirib ki, ABŞ və Fransa arasında rəqəmsal vergi məsələsi ətrafında yaranmış fikir ayrılığı bunun konkret nümunəsidir: “Fransanın qlobal texnologiya şirkətlərinin gəlirlərinə vergi tətbiq etməsi ABŞ tərəfindən diskriminativ addım kimi qiymətləndirilib və cavab olaraq Fransa məhsullarına yüksək idxal rüsumlarının tətbiqi gündəmə gətirilib. Bu kimi qarşılıqlı addımlar nəticə etibarilə yalnız ayrı-ayrı sektorları deyil, bütövlükdə beynəlxalq ticarət zəncirini təsir altına sala bilər.Xüsusilə qida və kənd təsərrüfatı məhsulları sahəsində tətbiq olunan məhdudiyyətlər istehsalçılar, ixracatçılar və istehlakçılar üçün əlavə risklər yaradır. Tarif siyasətlərinin sərtləşməsi istehsal xərclərinin artmasına, bazarlarda rəqabət imkanlarının dəyişməsinə və iqtisadi qeyri-müəyyənliyin dərinləşməsinə səbəb ola bilər.
Belə bir qlobal şəraitdə ölkələrin iqtisadi dayanıqlılığını təmin edən əsas amillərdən biri daxili istehsal potensialının artırılması, ixrac imkanlarının genişləndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən iqtisadi strategiya məhz bu hədəflərə xidmət edir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və yeni istehsal sahələrinin yaradılması istiqamətində mühüm addımlar atılıb. Bu siyasətin nəticəsidir ki, Azərbaycanın iqtisadi və maliyyə dayanıqlılığı son illərdə daha da güclənib. Xüsusilə aqrar sektorun inkişafı qarşıdakı dövrdə strateji əhəmiyyət daşıyır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, rəqəmsallaşmanın genişləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə və məhsuldarlığın artırılması ölkəmizin iqtisadi təhlükəsizliyinin mühüm istiqamətlərindəndir. Kənd təsərrüfatı sahəsinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin müəyyən etdiyi prioritetlər aqrar sektorun yeni inkişaf mərhələsinə keçidi baxımından mühüm əhəmiyyət kəsb edir. Torpaqların elektron pasportlaşdırılması, süni intellekt və peyk texnologiyalarından istifadə, müasir suvarma sistemlərinin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılmasına imkan verəcək. Eyni zamanda, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm strateji sənəddir”.
Zaur Şükürov sonda qeyd edib ki, bugünkü dünyada tarif maneələri və iqtisadi rəqabətin artdığı bir şəraitdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni ticarət tərəfdaşlıqlarının qurulması xüsusi əhəmiyyət daşıyır: “Azərbaycanın ABŞ və Çin kimi qlobal iqtisadi güclərlə əlaqələri inkişaf etdirməsi, strateji tərəfdaşlıq istiqamətində atılan addımlar ölkəmizin beynəlxalq iqtisadi mövqelərinin möhkəmləndirilməsinə xidmət edir. Ümumilikdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl iqtisadi və xarici siyasət Azərbaycanın qlobal çağırışlara daha hazırlıqlı olmasını təmin edir. Bu siyasət ölkəmizin iqtisadi gücünün artırılmasına, siyasi-iqtisadi müstəqilliyimizin və suverenliyimizin daha da möhkəmləndirilməsinə mühüm töhfə verir”.

“İxracın stimullaşdırılması”

İqtisadçı ekspert Xalid Kərimli diqqətə çatdırıb ki, Azərbaycan idxalı əvəzləməkdən daha çox ixracın stimullaşdırılması siyasətinə üstünlük verməlidir.
Ekspert bildirib ki, qlobal ticarətdə baş verən dəyişikliklər fonunda kiçik ölkələr üçün əsas prioritet rəqabətqabiliyyətli ixrac iqtisadiyyatı qurmaq olmalıdır: “Azərbaycan kimi kiçik ölkələr böyük dövlətlərlə iqtisadi şərtlər müəyyənləşdirə bilməz. Ona görə də əsas hədəf ixrac imkanlarını genişləndirmək olmalıdır. Hazırda ölkə neft-qaz məhsulları ixrac edir, gələcəkdə elektrik enerjisinin ixracı da nəzərdə tutulur. Lakin qeyri-neft sektorunda da ixrac yönümlü siyasətin gücləndirilməsinə ehtiyac var.
Sahibkarlığın inkişafı üçün biznes mühitinin daha da yaxşılaşdırılması vacibdir.
İdarəetmənin təkmilləşdirilməsi, kapitalın sərbəst hərəkəti, müqavilə hüququnun qorunması, rəqabət mühitinin yaxşılaşdırılması, məhkəmə sisteminin müstəqilliyinin gücləndirilməsi, kredit resurslarına çıxış imkanlarının artırılması, vergi və gömrük yükünün azaldılması istiqamətində addımlar atılmalıdır”.
Ekspert vurğulayıb ki, yalnız güclü sahibkarlıq mühiti yaradılacağı halda ixrac potensialını artırmaq mümkün olacaq: “Böyük dövlətlərin şirkətləri belə xarici bazarlarda rəqabət aparmaq üçün dövlət dəstəyinə ehtiyac duyursa, kiçik ölkələrin şirkətləri üçün bu dəstək daha vacibdir. Sahibkarlığın inkişafı nəticə etibarilə ixracın artmasına gətirib çıxaracaq”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 İyun 2026 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri