Icma.az
close
up
RU
Tiflisdə ŞimalQərb küləyi: Tarixi seçkinin qalibi kim olacaq?

Tiflisdə ŞimalQərb küləyi: Tarixi seçkinin qalibi kim olacaq?

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elməddin Behbud

3 aprel 2024-cü ildə Gürcüstanın hakim partiyasının bir il əvvəl minlərlə insanın iştirak etdiyi etiraz aksiyalarının nəticəsində geri götürdüyü "Xarici agentlər" haqqında qanunu yenidən parlamentin gündəliyinə qaytarmasından sonra cəmiyyət şərti olaraq iki yerə parçalanıb.

Son altı ayda Gürcüstanın siyasi palitrasında artan ziddiyyətlər, kəskin qütbləşmələr 26 oktyabr seçkilərinin əhəmiyyətini daha da artırıb. Siyasi qüvvələrin ritorikasına, diskursda olan mövzulara diqqət yetirəndə belə təəssürat yaranır ki, parlament seçkilərinin nəticəsində ölkə vətəndaşlarından, siyasi partiyalardan çox Qərbin və Rusiyanın Gürcüstandakı taleyi həll olunacaq. Tərəflər sərt şəkildə bir-birini Rusiya və Qərbin marioneti olmaqda və Gürcüstanın mənafeyini satmaqda ittiham edir.

Müxalifət partiyaları Qərblə münasibətlərin kəsilməsinin Gürcüstanı dərin siyasi və iqtisadi uçruma yuvarlayacağını, hakim siyasi qüvvə isə əksinə, Qərbdən asılılığın azaldılmasının Çin və Rusiya investisiyalarının ölkəyə cəlb olunması ilə iqtisadiyyatın daha da inkişaf edəcəyini bildirir.

Doğrudur, gürcü cəmiyyəti sabahkı seçkidə qarşıdakı beş ildə dövlətlərinin hansı geosiyasi vektora yönəlməsi və sosial-iqtisadi şərtlərin hökm sürməsinə qərar verəcək. Bununla yanaşı Qərb institutlarının, Avropa İttifaqı və ABŞ-ın rəsmi şəxslərinin cari ilin aprel ayından etibarən verdiyi bəyanatlar, onların müxtəlif layihələr çərçivəsində Gürcüstana ayrılan maliyyə vəsaitlərini dondurması və İvanaşvili iqtidarına artan digər təzyiqləri, eyni zamanda Rusiyanın "Gürcü arzusu" hakimiyyətinin mövcud siyasi kursunu təqdir edərək Qərbi siyasi çevriliş cəhdində suçlaması, sərt şəkildə tənqid etməsi göstərir ki, 26 oktyabr seçkiləri geosiyasi qütblərin mübarizəsində həlledici mərhələdir.

Seçkidə qalib gələcəyi təqdirdə hazırki iqtidarın Gürcüstanı rəsmən provslav dövləti elan etmək istəyinin gerçəkləşməsinin ölkənin vətəndaşı olan qeyri-gürcü və qeyri-xristian xalqların mənafeyinə və multikultral mühitə təhlükə yaradacağı ilə bağlı narahatlıqlar da mövcuddur.

Seçicilər arasında keçirilmiş rəy sorğularının hamısında hakim "Gürcü Arzusu" partiyasının seçkinin fovoriti olduğu görünür. Ancaq bu üstünlüyün parlamentdə təkbaşına hökumət qurmağa yetəcək qədər deputat mandatı qazanmağa kifayət edəcəyi tam bəlli deyil.

Qanunvericiliyin tələbinə görə parlamentdə təmsil olunmaq üçün seçkidə iştirak edən siyasi təşkilatın 5% barajı keçməsi vacibdir.

Seçkidə 10-dan çox partiya və seçki bloku iştirak etsə də səslərin əsasən iqtidar partiyası və 4 müxalifət mərkəzi arasında bölünəcəyi şübhə doğurmur:

● "Gürcü arzusu - Demokratik Gürcüstan" (sorğuların çoxunda 35%, bəzilərində isə 59% nəticə)

● Birlik: "Milli Hərəkat, Quruculuq Strategiyası, Avropa Gürcüstanı" (təqribən 14%-20%)

● "Dəyişiklik naminə koalisiya - Qvaramia, Melia, Qirçi, Droa" (təqribən 10%-14%)

● Güclü Gürcüstan: "Lelo", "Vətəndaşlar üçün Aleko Elisaşvili", "Azadlıq Meydanı" (təqribən 10%-15%)

● "Qaxaria - Gürcüstan üçün" (təqribən 10%-12%)

Eyni zamanda "Leyborist Partiyası", Girçi (İago Xviçia) və "Vətənpərvərlər Alyansının da hər birinin seçkidə 1-5 faiz aralığında səs toplayacağı proqnozlaşdırılır.

Təbii ki, bu rəqəmlər müxtəlif sorğuların təqribi nəticəsini əks etdirir. Əsl nəticələr isə sabah saat 22:00-dan sonra aydın olacaq.

Gürcüstan vətəndaşı olan soydaşlarımızın 150 minə qədəri səsvermə hüququna malikdir. Bu say azərbaycanlıların 10 deputat mandatı ilə təmsil olunmasına imkan verir. Partiyaların proporsional siyahılarına və seçki nəticələri ilə bağlı proqnozlara baxdıqda isə ən yaxşı halda 4 azərbaycanlının qanunverici orqana seçilmək şansının olduğunu görürük. Deməli, hələ də soydaşlarımızın ölkənin ictimai-siyasi həyatında iştirak və təmsilçilik göstəriciləri əhali sayındakı yerlərinə adekvat deyil.

Azərbaycan dövlətinin mənafeyi ictimai-siyasi sabitliyin, tolerant gürcü cəmiyyətinin, rəsmi Bakı ilə yaxın tərəfdaşlıq əlaqələrini qoruyacaq və inkişaf etdirəcək sabit və xoşməramlı siyasi münasibətləri prioritet sayan iqtidarın mövcudluğunu tələb edir.

Milli mənsubiyyətindən asılı olmayaraq bütün Gürcüstan vətəndaşların bərabər hüquqlara malik olması da Azərbaycan üçün vacibdir. Ümid edək ki, sabahkı seçkinin nəticəsi iki qonşu və tərəfdaş dövlətin münasibətlərinə yalnız müsbət təsir göstərəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Noyabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri