Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Tikanı özünə batan gül

Tikanı özünə batan gül

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Uilyam Folknerin “Emili üçün qızılgül” hekayəsi haqqında

“Mənim ona ürəyim yanır. Onun faciəsi ailənin tək övladı olmasındadır. Özünə adaxlı seçmək, ərə gedib şəxsi həyatını qurmaq imkanına yiyələndiyi bir zamanda atası barmaq silkələmişdi ki, yox, sən evi tərk etməməli, mənim qayğımı çəkməlisən. Xeyli sonradan o özünə adaxlı tapsa da, görünür, adamları yaxşı tanımadığından seçimi də uğursuz alınmışdı - adaxlısı onu atıb getmək qərarı vermişdi...”

Bu fikirləri nöqtə-vergülünə toxunmadan Yevgeniya Qrandeyə də aid eləmək olar, ancaq misal gətirdiyim sözlər Balzakın personajı haqqında deyilməyib; bu sözləri Folkner öz məşhur hekayəsinin qəhrəmanı miss Emili barəsində söyləyib. Hər iki qızın gəncliyi ata zəhminin ağırlığı altında əzilib puça çıxır, hər ikisinin gələcəyə - qadınlığa, analığa uzanan yolu özcə atalarının əliylə qapanır, zavallı qızlar övladlıq boyunduruğundan qurtulub valideynlik rütbəsinə yetişə bilmirlər.

Balzak Folknerin ən çox təsirləndiyi, dönə-dönə oxuduğu yazıçılardan biriydi, odur ki, bu iki böyük sənətkarın yaratdığı obrazlar arasındakı doğmalıq da təəccüb doğurmamalıdır. Sənətdəki varislik bağları həyatdakı genetik bağlılıqdan qat-qat möhkəm, çox-çox uzunömürlüdür. Müsahibələrinin birində “Balzakda sizi özünə cəlb eləyən nədir?” sualına Folkner belə cavab vermişdi: “Balzakda məni özünə çəkən onun şəxsi, özünəməxsus dünyasının olmasıdır. Balzakın personajları təkcə elə kitabın səhifələri boyunca gəzişmirlər, bu personajlar arasında ilk səhifəylə son səhifəni calaşdıran cərəyan kimi bir vərəsəlik var. Onların hamısını eyni qan, eyni əzələ, eyni canlı toxumalar birləşdirir”.

“Emili üçün qızılgül” hekayəsini ilk dəfə ötən əsrin səksəninci illərinin sonunda mərhum Tehran Vəliyevin - elə həmin illərdə Selinceri Azərbaycan oxucusuna tanıtmaqla ədəbi mühitimizə yeni bir hava gətirmiş görkəmli tərcüməçinin çevirməsində oxumuşdum. İndi o versiya əlimdə yoxdur, internet resurslarında axtarsam da, təəssüf ki, tapa bilmədim. Sonralar daha bir görkəmli söz adamımız - yazıçı-tərcüməçi Mahir N. Qarayev də Folknerin eyni hekayəsini dilimizə çevirdi. Əsərdən misal gətirəcəyim parçalarda da məhz onun tərcüməsinə istinad olunacaq.

***

1930-cu ildə işıq üzünə çıxarılmış “Emili üçün qızılgül” hekayəsi dünya nəsri tarixində janrın örnəyi sayılan əsərlərdəndir. Hekayə dərc olunanda Folknerin otuz üç yaşı vardı, ədəbiyyat aləmində hələ çox tanınmırdı, ancaq sonralar ona böyük şöhrət qazandıracaq romanlarından ikisini - “Sartoris”lə “Səs-küy və hiddət”i artıq yazıb bitirmişdi. Dünya ədəbiyyatı səltənətində daha çox romançı kimi tanınsa da, Folkner heç vaxt kiçik janra xor baxmamışdı, o tipli yazıçı təkəbbürü ona qətiyyən xas deyildi. Odur ki, adı çəkilən mürəkkəb romanlardan sonra belə bir sadə hekayəyə bəzək-düzək vuran qələmini də qısqanmamışdı.

Hekayənin üslubu, təhkiyəsi də yarandığı dövrün ədəbi tapıntıları kontekstində çox maraqlı, deyərdim hətta unikaldır. Burada təhkiyəçi nə müəllif, nə də onun mərkəzə qoyduğu obrazdır. Təhkiyə şəhər camaatının (söhbət Folknerin yaratdığı ədəbi səltənətin - xəyali Yoknapatofa ölkəsinin paytaxtı Cefferson şəhərindən gedir) dilindən aparılır, üstəlik baş qəhrəmanın mənhus, acı taleyinə təkcə bir nəslin də yox, bir neçə nəslin gözündən baxılır. Özünü “biz” kimi təqdim eləyən, yəni birinci şəxsin cəmində danışan bu kollektiv təhkiyəçiyə sonralar Alber Kamünün “Taun”, Qabriel Qarsia Markesin “Patriarxın payızı” romanında yenidən rast gələcəyik. Hər üç əsərdə o “biz”in yaşı-başı bilinmir, hadisələr kütlənin nəzəriylə izlənir. Kamünün romanında narrator bəlli olsa da (söhbət, əlbəttə, baş qəhrəman doktor Riedən gedir), o da “kollektiv mən”in adından danışır, özünü kütlənin ortasına atıb bir yad kimi üçüncü şəxsin təkində kənardan izləyir. Markesin romanında, eləcə də Folknerin hekayəsində isə kollektiv təhkiyəçinin müşahidə məntəqəsindən, tamaşaçı kütlənin dərinliyindən müəllifin təvazökar sədası gəlir...

“Emili üçün qızılgül” hekayəsinin haradan, necə yarandığı haqda suala müəllif belə cavab vermişdi: “Şüurumda bir mənzərə canlanmışdı - tozlu balış üzərində insan teli. Bu əsər əsasında məhz belə bir obrazın - əldən-ayaqdan uzaq unudulmuş otaqda yastığa yaprıxmış bir çəngə telin durduğu qarabasmalardan doğan hekayətdir”. Burası da maraqlıdır ki, hekayədə əsərin başlığına çıxarılmış qızılgüldən-filandan söhbət getmir. Bəs onda hekayənin xanım qəhrəmanına gül bağışlamaq hansı zərurətdən irəli gəlib? Bu suala isə müəllif 1955-ci ildə Yaponiyada keçirdiyi görüşlərin birində cavab vermiş, başlıqdakı qızılgülün rəmzi mahiyyət daşıdığını bildirmişdi: “Burada söhbət bir qadının faciəsindən gedir. Faciənin qarşısını almaq, qadının taleyini dəyişmək mümkün deyil. Mən bu qadının halına yanıram, taleyinə acıyıram, ona görə də hekayənin adıyla onu salamlayır, uzaqdan-uzağa ona hörmət-ehtiram bildirib təzim göstərirəm. Belə hallarda kişinin şərəfinə badə qaldırar, qadına gül bağışlayarlar”.

***

Hekayə yetmiş dörd yaşlı qarımış qızın ölüm xəbəriylə açılır: “Miss Emili Qrirson vəfat edəndə mərhumənin dəfninə bütün şəhər axışıb gəlmişdi: kişiləri - qəhr olmuş abidəyə sonsuz ehtiram və rəğbət qarışıq anlaşılmaz bir duyğu çəkib gətirmişdi; qadınlar isə bu evdə həm aşpazlıq, həm də bağbanlıq eləyən qoca xidmətçi istisna olunmaqla azı on ildən bəri bir allah bəndəsinin ayağı dəyməmiş qədim imarətə baş soxmaq həvəsindən korun-korun yanırdılar”.

Şəhər əhli böyük maraqla Qrirsonların evinə axışır. Evdən çox əlçatmaz qalaya, ünyetməz qəsrə bənzəyən bu mülkün qapısı illər uzunu onların üzünə qapalı qalıb. Malikanə şəhərin göbəyində vətəndaş müharibəsindən əvvəl cənub ştatlarında hökm sürən quldarlıq quruluşunun havası hələ də başından getməmiş aristokrat əsilli Qrirson ailəsinin təkəbbür heykəli, keçmiş əyyamın yeni dövrə istehzayla baxan xatirəsi kimi yüksəlir: “Yetmişinci illərin dəmdəməki ruhunda - eyvanları şəbəkə, damı günbəz və millərlə bəzədilmiş, neçə vaxtdı ağardılmadığından əhəngi büsbütün solub-saralmış kvadratşəkilli nataraz bina şəhərimizin bir vaxtlar barmaqla göstərilən ən kübar küçəsində tikilmişdi. Zaman ötdükcə qarajlar, pambıqəyirmə müəssisələri bu məhəllədə qərarlaşan mötəbər ailələri bircə-bircə sıxışdırıb aradan çıxartmışdı; yalnız Qrirsonların köhnə dəbli imarətləri pambıq furqonlarının, benzindoldurma stansiyalarının başı üzərindan inadkar bir vüqarla boylanmaqda davam edir, sanki hamısına meydan oxuyurdu. Lakin budur, indi miss Emilinin də Cefferson civarındakı döyüşlərdə həlak olan federal ordu əsgərlərinin, konfederatların qəbirlərindən salınmış (aralarında adsız məzarların da az olmadığı) panteonda, kol-kos basmış köhnə məzarlıqda öz yerini tutmaq növbəsi yetişdi”.

Aristokrat nəslinin sonuncu nümayəndələri - ata Qrirsonla miss Emili keçmiş əyyamdan qopa bilməyiblər, özlərini hələ də qul sahibi, plantator kimi aparırlar. Atayla qızı qəzəbli bir inadla vaxtı keçmiş əxlaqi normaların keşiyini çəkirlər, bu səbəbdən özlərindən aşağı saydıqları adamlarla məsafəli davranırlar: “Sağlığında miss Emili şəhərin mənəvi məsuliyyət daşıdığı mühafizəkar əski adətlərin, əxlaqi borcun bir növ mücəssəməsi hesab olunurdu; bu qayda 1894-cü ildən - miss Emilinin atasının ölümündən dərhal sonra Ceffersonun o zamankı meri polkovnik Sartorisin (həmin şəxs ki, zənci arvadların küçələrə önlüksüz çıxmasına fərmanla qadağa qoymuşdu) onu vergidən azad etdiyi vaxtdan şəhərə irsən keçmişdi. Miss Emili bunu heç də xeyriyyəçilik saymırdı; polkovnik Sartoris nəsə dolaşıq bir şey düzüb-qoşmuşdu ki, guya miss Emilinin atası haçansa şəhərin büdcəsinə pul ödəyibmiş və guya bu üsul borcu qaytarmağın ən münasib yolu idi. Belə nağılı yalnız polkovnik Sartoris nəslinin adamı uydura bilərdi və bu cür uydurmaya elə yalnız arvad xeylağını inandırmaq olardı”.

Vətəndaş müharibəsindən sonra Qrirsonların ağır günləri başlansa da, əlbəttə, miss Emili heç kimdən sədəqə götürməzdi. Həmin əski çağların havasıyla böyümüş mərhum polkovnik Sartoris məhz bunu bildiyindən belə bir nağıl uydurub. Nəticədə Emili hökumətə yox, hökumət Emiliyə borclu qalıb. Ancaq şəhər bələdiyyəsində yeni nəslin nümayəndələri iş başına keçəndə məlum olur ki, miss Emilinin vergi ödəməmək üçün heç bir tutarlı əsası, əlahiddə imtiyazı yoxdur. Onun evinə əvvəlcə vergi bəyannaməsi, ardınca da bir neçə bələdiyyə işçisi göndərilir, di gəl, miss Emili vergi ödəməkdən qəti surətdə imtina eləyib çağırılmamış qonaqlara qapını göstərir, onları polkovnik Sartorisin üstünə göndərir. Sartoris isə on il bundan qabaq ölüb. Emili bu müddətdə rahibə kimi zamansız yaşayıb.

davamı növbəti sayımızda

F.Uğurlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Noyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see429

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see260

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see206

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see204

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see203

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see193

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see193

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see192

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see190

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri