Icma.az
close
up
RU
Tikilən hər yeni binada bağça... Ekspert təklifi dəyərləndirdi

Tikilən hər yeni binada bağça... Ekspert təklifi dəyərləndirdi

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bu təklif həyata keçirilərsə, uşaqların məktəbəqədər təhsilə əlçatanlığı yüksələcək, bu da sonrakı dövrlərdə ibtidai və ümumi təhsildə nəticələrə müsbət təsir edəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Milli Məclisin deputatı Siyavuş Novruzovun yeni tikilən hər binada məktəbəqədər təhsil müəssisəsinin yaradılması təklifinə münasibət bildirərkən deyib. Ekspert Azərbaycanda məktəbəqədər təhsilin mövcud vəziyyətinin sosial ədalət və cəmiyyətin rifahı baxımından ciddi narahatlıq doğuran problemlərdən biri olduğunu vurğulayıb:

"Statistik göstəricilər açıq şəkildə göstərir ki, 3-5 yaşlı uşaqların yalnız təxminən 28-30 faizi məktəbəqədər təhsil müəssisələrinə cəlb olunub. 2024-cü ilin sonuna olan məlumata görə, ölkədə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin sayı 1685-dir. Bu müəssisələrin təxminən 75 faizi dövlətə, qalanı isə özəl sektora aiddir. Lakin son illərdə əhali artımı, urbanizasiya və gənc ailələrin şəhər mərkəzlərinə köçü fonunda bu müəssisələrin sayı nə əhali artımına, nə də tələbatın miqyasına adekvat şəkildə artıb. Hər il təxminən 140-150 min uşaq məktəbəqədər yaş dövrünə daxil olur, lakin onların yalnız 40-45 mini bu müəssisələrə daxil ola bilir. Məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığı daha çox böyük şəhərlərdə – xüsusilə Bakı və Abşeron yarımadasında hiss olunur. Yeni tikilən çoxmərtəbəli yaşayış binalarında uşaq bağçalarının nəzərdə tutulmaması valideynləri ya uzaq məsafədə yerləşən müəssisələrə müraciət etməyə məcbur edir, ya da övladlarını ümumiyyətlə evdə saxlamağa vadar edir. Bu vəziyyət bir tərəfdən uşaq inkişafını ləngidir, digər tərəfdən isə qadınların əmək bazarına daxil olmasına əngəl törədir. UNESCO, UNICEF və Dünya Bankının ortaq hesabatlarında məktəbəqədər təhsilin məhz qadın məşğulluğuna birbaşa təsiri vurğulanır”.

Ekspertin fikirincə, yeni tikilən hər binada məktəbəqədər təhsil müəssisəsinin yaradılması təklifini bu kontekstdə dəyərləndirmək lazımdır:

"Bu təklifin həyata keçirilməsi həm təhsil infrastrukturunun genişləndirilməsi, həm də sosial rifahın artırılması baxımından strateji addım ola bilər. "Təhsil haqqında” Qanunun 7.1.3-cü maddəsinə əsasən, dövlət təhsil sahəsində əlçatanlığı və keyfiyyəti təmin etməyi öhdəsinə götürür. Bundan başqa, "Məktəbəqədər təhsil haqqında” Qanunun 5.2-ci maddəsində məktəbəqədər təhsilin inkişafı üçün infrastrukturun genişləndirilməsi birbaşa dövlətin və bələdiyyələrin vəzifəsi kimi göstərilir. Lakin reallıqda bu məsuliyyət özəl sektorun – tikinti şirkətlərinin üzərinə ötürülmür və nəticədə yeni yaşayış massivlərində təhsil müəssisələri olmadan yüzlərlə mənzil sahibi sosial xidmətlərdən məhrum qalır”.


Kamran Əsədov təklif edib ki, qanunvericilikdə boşluqların aradan qaldırılması üçün Mənzil Məcəlləsinə müvafiq dəyişiklik edilməlidir:

"Bu Məcəllədə "yaşayış komplekslərində sosial infrastruktur obyektlərinin – məktəb, bağça, poliklinika – məcburi olaraq layihələndirilməsi və istifadəyə verilməsi” normativ tələb kimi təsbit edilməlidir. Əks halda, vəziyyət daha da pisləşəcək və bu məsuliyyətsizlik növbəti nəsillərin inkişafına mənfi təsir göstərəcək. Dünyada bu sahədə aparıcı təcrübə təqdim edən ölkələrdən biri olan Finlandiyada 2015-ci ildən etibarən hər bir yaşayış massivində məktəbəqədər təhsil müəssisəsinin olması şəhərsalma qanunvericiliyində məcburi norma kimi əks olunub. İsveçrədə və Norveçdə isə yeni tikinti icazəsi yalnız o halda verilir ki, layihədə müvafiq sayda uşaq üçün təhsil müəssisəsi nəzərdə tutulmuş olsun. Paris və Berlin kimi şəhərlərdə bələdiyyələr özəl tikinti şirkətləri ilə sosial öhdəlik müqaviləsi imzalayır və müəyyən sayda mənzil müqabilində bağça sahəsinin ayrılmasını tələb edir. Bu, sosial məsuliyyətin kommersiya maraqları ilə tarazlaşdırılması üçün vacib mexanizmdir”.

Ekspert təklifin müsbət tərəflərindən də danışıb:

"İş yerləri artacaq. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hazırda məktəbəqədər təhsil müəssisələrində 20 minə yaxın tərbiyəçi və müəllim çalışır. Əgər hər yeni binada bağça yaradılarsa, bu rəqəm azı 10-15 min nəfər artacaq. Bu da həm pedaqoji kadr hazırlığına təkan verəcək, həm də əmək bazarının genişlənməsinə xidmət edəcək. Xüsusilə gənc müəllimlər üçün iş imkanlarının artması regional qeyri-bərabərliyi aradan qaldırmaq baxımından da əhəmiyyətlidir”.

Ekspert təklifin riskli tərəflərini də izah edib:

"Risk onun kommersiya sektoru tərəfindən ciddi müqavimətlə qarşılanması ehtimalıdır. Çünki mağaza və ya kommersiya sahəsi kimi istifadə edilə biləcək sahələrdə uşaq müəssisəsinin yerləşdirilməsi gəliri azaldan amildir. Bu zaman dövlət tikinti şirkətlərinə stimullaşdırıcı mexanizmlər – vergi güzəştləri, subsidiya proqramları və ya kredit dəstəyi – təqdim etməlidir. Əks halda bu tələb formallıq səviyyəsində qalacaq. Azərbaycanın demoqrafik və urbanizasiya göstəriciləri nəzərə alındıqda, bu təklif sosial ədalətə, təhsil hüququna və iqtisadi inkişafın davamlılığına xidmət edən real və zəruri islahat kimi qiymətləndirilməlidir. Lakin bu islahat yalnız qanunvericilik dəyişikliyi ilə deyil, eyni zamanda icra mexanizmlərinin dəqiq qurulması ilə müşayiət olunmalıdır. Dövlət və özəl sektorun əməkdaşlığı bu məsələdə əsas açardır. Təklif yalnız konseptual deyil, həm də praktik addımlarla həyata keçirilməlidir ki, nəticə də arzu olunan səviyyədə olsun”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında "Təhsil haqqında” və "Məktəbəqədər təhsil haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təklif edib ki, Yeni tikilən hər binada məktəbəqədər təhsil müəssisəsi yaradılması tələbi qoyulsun. Deputat bu gün məktəbəqədər təhsil müəssisələrinin sayı az olduğunu bildirib:

"Hazırda 1700-ə qədər məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, bunun da bir hissəsi özəldir. Mənzil Məcəlləsinə yeni maddə əlavə edilsin ki, hər bir yeni tikilən binada məktəbəqədər təhsil müəssisi yaradılsın. Yeni tikilən binalarda mağaza açmaq əvəzinə məktəbəqədər təhsil müəssisəsi açmaq tələbi qoyulsun”.

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 İyun 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see859

Lionel Messi MLS in bütün ulduzlarının heyətinə daxil edilməyib

26 İyul 2026 05:13see365

“Ukraynanın yeni taktikası Kreml üçün təhlükəli ola bilər“ “The Sun“

26 İyul 2026 12:42see351

“Yuventus” yoldaşlıq oyununda Standard”ı minimal hesabla məğlub edib

26 İyul 2026 00:33see306

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see232

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see230

İmmunitetinizi gücləndirəcək üç giləmeyvə

26 İyul 2026 03:20see220

İnternetdə dələduzluq dalğası: Kibertəhlükələrin qarşısı necə alınır?

26 İyul 2026 15:10see218

FIFA Meksikada tarixi qalada ziyafət təşkil etdi: Prokurorluq araşdırmalara başladı

26 İyul 2026 07:15see216

Dəriyə qulluq vasitəsi alarkən yalnız reklam və ya brendə inanmayın

26 İyul 2026 06:24see214

Azərbaycan və Türkiyənin milli maraqları əleyhinə fəaliyyət göstərənlər FOTO

26 İyul 2026 22:05see186

Kiyevdə hava hücumu xəbərdarlığı elan edildi

26 İyul 2026 01:52see175

İsrail Qəzzada üç HAMAS komandirinin öldürüldüyünü açıqlayıb

26 İyul 2026 00:24see173

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see173

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see169

Messi heyətdən çıxarıldı

26 İyul 2026 02:01see168

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see165

Dollar, avro və qızıl

26 İyul 2026 10:32see164

“Qarabağ”ın sabiq qapıçısı “Qaziantep”ə keçməyə yaxındır

26 İyul 2026 16:59see164

Qaret Beyl karyerasını bitirdikdən sonra müflis olmaqdan qorxub

27 İyul 2026 00:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri