Icma.az
close
up
RU
Tikinti icazələri çətinliklə verilir, şikayətlər çoxalır ORXAN MƏMMƏDOV ETİRAF ETDİ

Tikinti icazələri çətinliklə verilir, şikayətlər çoxalır ORXAN MƏMMƏDOV ETİRAF ETDİ

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tikinti icazələri çətinliklə verilir, şikayətlər çoxalır – Azərbaycanda tikinti və istismar icazələrinin verilməsi prosesində sahibkarların üzləşdiyi müəyyən çətinliklər hələ də qalmaqdadır.

Azərbaycanda yeni tikilən çoxmərtəbəli binaların istismar müddəti azı 100 il olacaq

Hurriyyet.az xəbər verir ki, bu barədə KOBİA sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, cari il ərzində agentliyə tikinti sektoruna dair bir sıra müraciətlər daxil olub: "Onların böyük əksəriyyəti müvafiq icazələrin verilməsi ilə bağlıdır. Bundan əlavə, müraciətlər mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı yaranan çətinlikləri, tikinti aparılan sahədə ağacların köçürülməsi məsələlərini, tikinti materiallarının istehsalı üçün ‘Dağ-mədən ayırması" aktının əldə olunmasını, həmçinin sahibkarlara məxsus torpaq sahələrinin təyinatının dəyişdirilməsi ilə bağlı problemləri əhatə edib".

O.Məmmədov qeyd edib ki, icazə prosedurlarında dəyişikliklər sahibkarların fəaliyyətinə təsir baxımından əvvəlcədən ciddi təhlillər əsasında qiymətləndirilməli, müraciətlərin qəbulu və cavablandırılması üçün vahid elektron platforma tam funksional şəkildə tətbiq olunmalıdır: "Eyni zamanda, KOB-ların vaxt və vəsait itkilərinin azaldılması üçün rəqəmsal həllər, innovativ yanaşmalar və pilot layihələr dəstəklənməlidir".

Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev də tikniti icazələrinin alınmasında problemlərin olduğunu bildirib. Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda tikinti icazələrinin verilməsi üçün 18 prosedurun icrası orta hesabla 100-112 gün tələb olunurdu: "Hazırda bu göstəricilər əhəmiyyətli dərəcədə azaldılaraq 9 prosedur və 40 günə endirilib".

M.Musayev əlavə edib ki, 2025-ci ilin ilk yarısında bu müddət 98 günə qədər azaldılsa da, sahibkarlar prosedurların daha da sadələşdirilməsini və çevikliyin artırılmasını gözləyirlər: "Hazırda sahibkarlar tikinti və icazələrlə bağlı məsələləri müxtəlif dövlət qurumlarına yönləndirmək məcburiyyətində qalır ki, bu da prosesin uzanmasına və hüquqi qeyri-müəyyənliklərin yaranmasına səbəb olur".

Tikintiyə icazənin çətinliyinin səbəbləri açıqlanıb.

Tikinti icazələrinə cavabdeh qurumlar isə icazə prosesindəki yubanmaları texniki və keçid dövrü səbəbləri ilə izah edirlər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov bildirib ki, «Elektron tikinti» portalının müxtəlif dövlət qurumları ilə inteqrasiyası vaxt aparsa da, artıq sistem formalaşdırılıb və stabil işləyir: "Əvvəllər inteqrasiya olunmuş dövlət qurumlarının texniki imkanları və prosedur uyğunluqları səbəbindən müəyyən yubanmalar olunurdu. Lakin bu proses artıq yoluna düşüb. Əlavə olaraq, açıq rejimdə sənədlərdə çatışmazlıq aşkarlanarsa, həmin gün sifarişçiyə yönləndirilir və sənədin yenidən yüklənməsi təmin edilir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see227

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see181

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see150

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see147

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see145

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see142

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see140

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see136

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see135

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see132

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see131

Məlhəm hospitalından gənc yazarın iddialarına CAVAB

01 Oktyabr 2025 21:17see126

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see126

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see125

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see124

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see120

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see120

COP29 Prezidenti: Süni intellekt dövründə iqlimlə mübarizədə yeni texnologiyalardan istifadə vacibdir

01 Oktyabr 2025 21:16see118

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri