Icma.az
close
up
RU
TikTok 32 milyondan çox canlı yayımı bloklayıb

TikTok 32 milyondan çox canlı yayımı bloklayıb

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aparıcı qısa video platforması olan TikTok istifadəçilərinin təhlükəsizliyini əsas prioritet kimi qorumaqda davam edir və yaradıcılıq üçün rahat mühitin formalaşmasına töhfə verir. Platformanın 24/7 rejimində fəaliyyət göstərən moderasiya sistemi İcma Qaydalarını pozan video məzmunları silir.

Dünya üzrə hər il 10 fevralda qeyd olunan Təhlükəsiz İnternet Günü münasibətilə platforma İcma Qaydalarının pozulmasına görə silinmiş məzmunun sayını növbəti dəfə açıqlayır.

LIVE yayımların təhlükəsizliyi

TikTok LIVE yayımları bütün dünyada getdikcə daha çox populyarlıq qazanır, kontent yaradıcılarına auditoriya ilə birbaşa ünsiyyət imkanı yaradır və platforma bu format çərçivəsində icmanın təhlükəsizliyinə xüsusi diqqət yetirir. Belə ki, 2025-ci ilin üçüncü rübündə İcma Qaydalarının pozulmasına görə dünya üzrə bloklanan LIVE yayımların sayı 32 milyondan çox olub.

Keçən rübdən etibarən TikTok, həmçinin platforma tələblərini pozan məzmunun Monetizasiyasının qarşısını almağa yönəlmiş canlı yayımların monetizasiya qaydalarına əməl olunmasının təmin edilməsi üzrə görülən tədbirlərlə bağlı məlumatları açıqlamağa başlayıb. İlkin mərhələdə yaradıcıların məzmununun qaydalara zidd ola biləcəyini anlamaqlarına kömək edən və dəyişiklik etmək imkanı yaradan xəbərdarlıqlar göndərilir. Pozuntular davam edərsə, TikTok müəllifin LIVE yayımlarda monetizasiya funksiyalarına çıxışını məhdudlaşdıra bilər.

Belə ki, 2025-ci ilin ikinci rübündə TikTok monetizasiya qaydalarını pozan 2.321.813 canlı yayım və 1.040.356 strimerə münasibətdə xəbərdarlıq və demonetizasiya da daxil olmaqla müxtəlif tədbirlər tətbiq edib. 2025-ci ilin üçüncü rübündə isə tədbir görülmüş canlı yayımların sayı ikinci rüblə müqayisədə 69% artaraq 3.914.684 yayım təşkil edib, təsirə məruz qalan strimer hesablarının sayı isə iki dəfədən çox artaraq 2.107.177 nəfərə çatıb. Bu göstəricilər platformanın LIVE yayımlara münasibətdə nəzarət və tədbirlərin tətbiqinə diqqətinin əhəmiyyətli dərəcədə artdığını göstərir.

Platforma dünya üzrə nə qədər məzmun silib

İcma Qaydalarına əməl olunması üzrə Hesabata əsasən, 2025-ci ilin üçüncü rübündə dünya üzrə İcma Qaydalarının pozulması ilə əlaqədar olaraq:

200 milyondan çox video silinib. Video məzmunun 99,3%-i proaktiv şəkildə — yəni kimsə şikayət etməzdən əvvəl silinib. Videoların 94,8%-i paylaşıldıqdan sonra 24 saat ərzində silinib.

Platforma Azərbaycanda nə qədər məzmun silib

2025-ci ilin üçüncü rübündə eyni dövr üçün Azərbaycanda:

İcma Qaydalarının pozulmasına görə 1.051.646 video silinib. Silinən videoların 99,6%-i platforma tərəfindən proaktiv şəkildə, yəni şikayət daxil olmadan əvvəl aradan qaldırılıb. Videoların 95,8%-i paylaşıldıqdan sonra 24 saat ərzində silinib ki, bu da qlobal orta göstəricilərdən yüksəkdir.

2025-ci ilin ikinci rübündə isə platforma 880 mindən çox video silib.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:453
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Fevral 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri