Icma.az
close
up
RU
TikTok ilk dəfə Azərbaycan dilində rəqəmsal savadlılıq mövzusunda maarifləndirici layihəyə start verib

TikTok ilk dəfə Azərbaycan dilində rəqəmsal savadlılıq mövzusunda maarifləndirici layihəyə start verib

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

TikTok Azərbaycanda rəqəmsal təhlükəsizlik üzrə ilk maarifləndirici layihə olan #ÖncəTəhlükəsizlik kampaniyasına start verir. Layihənin məqsədi istifadəçilərə rəqəmsal savadlılığın əsaslarını öyrətməkdir. Həmçinin, cəmiyyətin rəqəmsal rifahını davamlı şəkildə dəstəkləmək çərçivəsində TikTok bütün istifadəçilər üçün istirahət etməyə və yuxuya hazırlaşmağa kömək edən meditasiya fasilələrini istifadəyə verib.

Qısa videolar üçün aparıcı platforma olan TikTok, Azərbaycanda yerli istifadəçilərin təhlükəsizliyini əsas prioritet kimi görür və yaradıcı fəaliyyət üçün dost mühitin formalaşmasına töhfə verir. Təhlükəsizliyi təmin etmək məqsədilə TikTok ən son innovativ texnologiyalardan və dünyanın müxtəlif ölkələrində çalışan on minlərlə peşəkar mütəxəssislərin əməyindən istifadə edir. Xüsusilə, platformada 24/7 rejimində aparılan moderasiya prosesi İcma Qaydalarını pozan videoməzmunu silir.

Onlayn təhlükəsizlik barədə maarifləndirici videolar

Platforma təkcə təhlükəli məzmunu proaktiv şəkildə silməklə kifayətlənmir, həm də istifadəçilər üçün risklərin qarşısını almağa çalışır və bu məqsədlə öz istifadəçilərinin maarifləndirilməsinə investisiya yatırır. TikTok Azərbaycanda rəqəmsal savadlılığın və təhlükəsiz məzmunun yaradılmasının əsaslarını təşviq etmək üçün ilk təşəbbüsünü - məşhur məzmun yaradıcılarından Azərbaycan dilində #ÖncəTəhlükəsizlik adlı maarifləndirici videolar silsiləsini təqdim edir. Bu videolar istifadəçilərə platformada davranış qaydalarını və faydalı alətləri xatırlatmağı hədəfləyir:

@donmazhussein potensial olaraq İcma Qaydalarını poza biləcək məzmunlar barədə necə şikayət etmək lazım olduğunu izah edib. @qarajda platformada nifrət və ayrı-seçkilik təzahürlərinə qəti qadağa qoyulduğunu vurğulayıb. @rusmaster.rusdili istifadəçiləri ayıq-sayıq olmağa və dələduzların tələlərinə düşməməyə çağırıb. @dailybaku valideynlərə yeniyetmələrin təhlükəsizlik parametrlərini idarə etməsinə imkan verən “Ailə Parametrləri” funksiyasını xatırladıb. @myvan_life TikTok-un yalnız 13 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulduğunu qeyd edib. @rufan_amiraslanov platformada təhlükəli hərəkətlərin nümayişinə icazə verilmədiyini bildirib. @haciseferov isə internetdə rast gəlinən məlumatların yalnız etibarlı mənbələrdən yoxlanılmalı və təsdiqlənməmiş informasiyaların yayılmamalı olduğunu vurğulayıb.

Canlı yayım qaydaları haqqında vebinar

Bundan əlavə, ötən il TikTok həm streamer, həm də canlı yayım izləyiciləri üçün daha pozitiv və təhlükəsiz təcrübə təmin etmək məqsədilə canlı yayımların monetizasiyası üzrə yeni qaydalar təqdim edib. Bu qaydalara əsasən, bəzi hallarda kontenti aşağı keyfiyyətli və ya kontenti real olmayan istifadəçilər TikTok LIVE zamanı qazanc əldə edə bilməzlər. #ÖncəTəhlükəsizlik layihəsi çərçivəsində TikTok LIVE istifadəçiləri üçün platformanın İcma Qaydaları və canlı yayımın monetizasiya qaydaları barədə məlumat veriləcək xüsusi vebinar təşkil ediləcək. Maarifləndirici canlı yayıma 2 iyul, saat 17:00-da @tiktoklive_eecca hesabında qoşulmaq mümkün olacaq. Xatırladaq ki, TikTok platforması canlı yayım aparan istifadəçilərə öz sahələri üzrə ən ciddi tələblərdən birini qoyur: canlı yayıma başlamaq üçün istifadəçinin yaşı minimum 18 olmalı və hesab kriteriyalara uyğun olmalıdır.

Meditasiya fasilələri: tətbiqdən uzaqlaşmaq üçün yeni funksiya

TikTok istifadəçilərin təhlükəsizliyi və rəqəmsal rifahı üçün alətləri daim təkmilləşdirir. Yaxın zamanda platforma yeniyetmə istifadəçilər üçün yeni bir funksiyanı – “meditasiya fasilələri”ni təqdim edib. Bu funksiya onları gecə saatlarında tətbiqdən fasilə verməyə təşviq edir. Testlərin nəticələrinə görə, yeniyetmələrin 98%-i bu funksiyanı aktiv saxlayaraq, tətbiqdən yuxularına mane olmayacaq şəkildə istifadə etməyi seçib. Araşdırmalar göstərir ki, meditasiya bütün yaş qruplarında yuxunun keyfiyyətini yaxşılaşdıra bilər. Bu səbəbdən TikTok meditasiya fasilələrini bütün istifadəçilər üçün əlçatan edib. 18 yaşdan kiçiklər üçün bu funksiya avtomatik aktiv olacaq: əgər onlar saat 22:00-dan sonra tətbiqdən istifadə etsələr, onların tövsiyə lentində meditasiya məşqi təklif edən xüsusi video görünəcək. Böyüklər isə bu funksiyanı ekran vaxtı parametrlərində özləri tənzimləyə bilərlər.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 İyun 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see282

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see185

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see165

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see153

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see144

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see141

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see138

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see137

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see137

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see136

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see136

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see134

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see132

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see129

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri