“TikTok” şirkətinin nümayəndə heyəti ilə ANAMAda görüş keçirilib
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “TikTok” şirkətinin Şərqi Avropa regionu üzrə dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov və şirkətin dövlət qurumları üzrə məsləhətçisi Emin Axundovla görüş keçirib.
Görüş zamanı nümayəndə heyətinə ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, ərazilərin nizamsız minalanması və bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verilib.
Görüşdə mina təhlükəsi ilə mübarizə sahəsində təbliğatın genişləndirilməsi, mövzu üzrə geniş auditoriyanın məlumatlandırılması məqsədilə “TikTok” şirkəti ilə əməkdaşlığın qurulması və bu istiqamətdə aktual məzmunların yaradılması ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 21 Noyabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















