Ermənistan parlamentində katolikosla bağlı qalmaqal yarandı Video
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan parlamentində hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatlarının Erməni Apostol Kilsəsinin katolikosu II Qareginə qarşı sərt ifadələr işlətməsindən sonra “Güclü Ermənistan” fraksiyasının deputatları iclas zalını tərk ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qalmaqala hakim fraksiyanın deputatı Asmik Akopyanın çıxışı səbəb olub. O, müxalif “Ermənistan” fraksiyasının ötən gün keçirilən parlament dinləmələri zamanı nümayiş etdirdiyi davranışı ələ salmağa çalışıb.
Belə ki, dinləmələrə dəvət olunan qonaqlardan bəziləri hakim partiyanı “şər qüvvə” kimi təqdim edərək tribunanın ətrafında nümayişkaranə şəkildə sarımsaq gəzdiriblər.
Buna münasibət bildirən Akopyan onların bu hərəkəti kimdən öyrəndiyini soruşaraq II Qareginin əsil adı olan Ktriç Nersisyana eyham vurub.
Bundan sonra müxalifət deputatları əlləri ilə masalara döyməyə başlayıblar.
Parlamentin sədri Ruben Rubinyan da müzakirəyə qoşularaq Erməni Apostol Kilsəsinin rəhbəri haqqında sərt ifadələr işlədib.
Nəticədə “Güclü Ermənistan” fraksiyasının deputatları və müxalifətdən olan parlament sədrinin müavini Aram Vardevanyan etiraz əlaməti olaraq iclas zalını tərk ediblər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 17 Noyabr 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















