TikTok yetkinlik yaşına çatmayanlara gözəllik filtrlərindən istifadəni qadağan edəcək
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"TikTok" platforması yetkinlik yaşına çatmayan istifadəçilərin psixoloji rifahını qorumaq məqsədilə video çəkilişi zamanı gözəllik filtrlərindən istifadəyə qadağa qoymağı planlaşdırır.
Oxu.Az-ın "The Guardian"a istinadən verdiyi məlumata görə, bu filtrlər üz cizgilərini dəyişdirərək istifadəçiləri daha cazibədar göstərə bilər. Xüsusilə göz və dodaqların ölçüsünün artırılması, dəri rənginin dəyişdirilməsi bu filtrlərin əsas funksiyalarındandır.
"TikTok" rəhbərliyi hesab edir ki, gözəllik filtrlərinin istifadəsi yeniyetmələrdə narahatlıq və özünəinamın azalmasına səbəb ola bilər. Buna görə də, sosial şəbəkə bu funksiyaya yeniyetmələrin girişini məhdudlaşdırmağı nəzərdə tutur. Bununla belə, gənc istifadəçilər hələ də dovşan qulağı, it burnu kimi virtual heyvan maskalarını istifadə edə biləcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 28 Noyabr 2024 01:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















