Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

“TikTok”da “Daşqın əmlak ofisi” vətəndaşları necə aldadıb?

“TikTok”da “Daşqın əmlak ofisi” vətəndaşları necə aldadıb?

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində bir qrup vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Daşqın Məmmədovun cinayət işinin bəzi detalları məlum olub.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, 1996-cı il təvəllüdlü təqsirləndirilən şəxs "TikTok" sosial şəbəkəsində "Daşqın əmlak ofisi" adlı səhifədə ilkin ödəniş müqabilində kreditlə ev almaq və ev tikmək üçün vəsait ayıracağını bildirən videoelanlar yerləşdirib.

Elanlara inanıb ona müraciət edən vətəndaşlardan ilkin ödəniş adı ilə pul alıb, əvəzində vəd etdiyi kreditləri verməyib və evləri almayıb. Pulların bir qismi ofisdə nağd şəkildə, bir qismi notariat ofisində formal borc müqaviləsi ilə, bir qismi isə kart hesabına köçürmə yolu ilə qəbul edilib. Sonradan vətəndaşlar müxtəlif bəhanələrlə gözlədilib. Pepperoni pizza

İşdə 40 zərərçəkmiş şəxs var. Qaytarılmış hissələr çıxılmaqla vurulmuş ümumi ziyan 373 150 manat təşkil edib. Bunun 58 000 manatı bir epizodda, torpaq alıb ev tikmək vədi ilə alınmış vəsaitdir.

Məhkəmə iclasında Daşqın Məmmədov ittiham üzrə özünü təqsirli bilib və vurulmuş zərərlə bağlı zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri halları təsdiq edib.

Eyni zamanda o deyib ki, heç bir zərərçəkmiş şəxsi aldatmaq niyyəti olmayıb, bir neçə müştəridən ilkin ödəniş kimi pul alınıb. Daşqın qeyd edib ki, aldığı vəsait hesabına çoxsaylı şəxslərə ümumilikdə 24 ev alınaraq verilib. O, həbsdə olduğu üçün bu şəxslərin ona borclarını qaytarmadığını, hətta pullarını geri qaytardığı bəzi şəxslərin bunu inkar etdiyini iddia edib.

Təqsirləndirilən şəxs azadlığa çıxarsa, həmin evləri alıb verəcəyini və bununla bağlı sübutlarının olduğunu söyləyib.

Məhkəmə Daşqın Məmmədovu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (təkrarən, xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə təqsirli bilib və 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Əvvəlki hökmlə təyin edilmiş cəzalar nəzərə alınmaqla qəti cəza 8 il azadlıqdan məhrum etmə olaraq müəyyən edilib. Bundan əlavə, 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və kommersiya fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkiləcək, cəza müddəti 2025-ci ildəki tutulma tarixindən hesablanacaq.

Məhkəmə üç mülki iddianı təmin edərək təqsirləndirilən şəxsdən 32 000 manat maddi ziyanın və dövlət rüsumunun zərərçəkənlərin xeyrinə tutulmasına qərar verib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Oktyabr 2026 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see290

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see284

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see272

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see267

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see267

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see263

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see259

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see258

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see252

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see236

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see235

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see232

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see227

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see226

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see225

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see225

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see221

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see220

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri