Icma.az
close
up
RU
TikTokun əleyhinə MƏHKƏMƏ QƏRARI

TikTokun əleyhinə MƏHKƏMƏ QƏRARI

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Bu ilin aprel ayında ABŞ prezidenti Joe Biden ölkədə TikTok-un qadağan edilməsinə hədəflənmiş qanun layihəsini imzalamışdı. ABŞ prezidenti tərəfindən imzalanmış qanun layihəsinə əsasən ByteDance şirkəti TikTok-u ABŞ-ın yerli şirkətlərindən birinə satmayacağı təqdirdə bu sosial platforma ölkədə bloklanacaq.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ hökumətinin bu sosial platformanı ölkədə qadağan etmək istəməsində əsas səbəb TikTok-un Çin hökuməti ilə əlaqəli ola bilməsində və propaqanda məqsədilə platformada dezinformasiyanın yayılmasındadır. ABŞ hökuməti narahatdır ki, Çin hökuməti TikTok vasitəsilə amerikalıların konfidensial məlumatlarını yığır.

ByteDance şirkəti öz növbəsində ABŞ Konstitusiyasına edilmiş birinci düzəlişin əks etdirdiyi hüquqların pozulduğunu iddia edərək apellyasiya məhkəməsinə müraciət etdi. Qeyd etmək lazımdır ki, ABŞ Konstitusiyasının birinci düzəlişi söz azadlığının təmin olunmasına zəmanət verir. Lakin məlum olub ki, apellyasiya məhkəməsi bu mövzuda tamamilə fərqli fikirə sahibdir. Belə ki, ABŞ Federal Apellyasiya Məhkəməsinin 6 dekabr tarixində qəbul etmiş olduğu qərara əsasən TikTok-un ölkədə qadağan edilməsinə istiqamətlənmiş qanun layihəsi ABŞ Konstitusiyasının birinci düzəlişini pozmur.

Beləliklə ByteDance şirkətinin 19 yanvar tarixinə kimi vaxtı var. Həmin tarixə qədər şirkət TikTok-u ABŞ-ın yerli şirkətlərindən birinə satmasa, bu sosial platforma ölkədə bloklanacaq. Maraqlısı ondadır ki, öz keçmiş prezidentlik dövrü ərzində TikTok-un ABŞ-da qadağan olunmasının əsas tərəfdarı olmuş Donald Trump artıq geridə qalmış prezident seçkiləri ilə bağlı keçirtmiç olduğu seçki öncəsi kampaniyasını üstəlik TikTok üzərindən də reallaşdırırdı. Ola bilsin ki, Trump bu sosial platforma barəsində fikrini dəyişib və onun yenidən Ağ Evə gəlməsi TikTok üçün çıxış yolu ola bilər. Lakin hətta bu halda belə ABŞ-ın yeni prezidenti üçün Federal Apellyasiya Məhkəməsinin qərarını ləğv etmək çətin olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Dekabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see309

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see307

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see259

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see256

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see252

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see237

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see233

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see232

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see224

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see215

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see213

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see207

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see205

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see200

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see198

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see198

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see195

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see188

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see186

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri