Titanik sərnişininin məktubunun məzmunu AÇIQLANDI
Icma.az, Baku.ws saytına istinadən bildirir.
"Titanik" sərnişininin məktubunun məzmunu açıqlanıb.
BAKU.WS xəbər verir ki, "The Guardian"ın məlumatına görə, "Titanik" gəmisinin sərnişininə məxsus məktub auksionda 400 min dollara satılıb.
1912-ci il aprelin 10-na aid olan bu açıqca birinci dərəcəli sərnişin - polkovnik Arçibald Qreysə məxsus olub. O, məktubunda "Titanik" haqqında təəssüratlarını bölüşüb: "Bu, möhtəşəm bir gəmidir, amma səfərimin sonunu gözləyəcəyəm, sonra onun haqqında mühakimə yürüdəcəyəm", - deyə Qreys yazıb.
Nəşrin qeyd etdiyi kimi, məktub hazırkı satıcının babasının əmisi tərəfindən alınıb. O, Qreyslə Londondakı "Uoldorf" otelində tanış olub və bu açıqcanı ondan alıb. "Titanik"dən sağ qurtulan sərnişinlərin məktubları nadir hallarda satışa çıxarılır. Üstəlik, bu məktub indiyə qədər heç vaxt satışa təqdim olunmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 27 Aprel 2025 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















