Titanikin “qardaşı” batdı: Dəyərli əşyalar çətin əməliyyatla çıxarıldı
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yunanıstanın Kea adası sahillərində aparılan dalğıc əməliyyatı zamanı Titanikin “qardaşı” sayılan HMHS Britannic gəmisinin batmış qalıqlarından çoxsaylı tarixi əşyalar üzə çıxarılıb.
News24.az xəbər verir ki, təxminən 120 metr dərinlikdə, 11 nəfərlik beynəlxalq peşəkar dalğıc qrupu tərəfindən həyata keçirilən çətin əməliyyat uğurla başa çatıb. Tapılanlar arasında gəminin zəngi, liman işıqlandırma lampası, qızıl örtüklü çörək qabları, qablar və gəmidəki türk hamamına məxsus keramika plitələri var.
1914-cü ildə lüks sərnişin gəmisi kimi inşa edilən Britannic Birinci Dünya Müharibəsi zamanı xəstəxana gəmisi kimi istifadə olunub. 1916-cı ildə Kea sahillərində batıb. Gəmidə olan 1065 nəfərdən 30-u həlak olub.
Bir həftə davam edən işlər nəticəsində tapılan əşyalar xüsusi qoruyucu torbalara yerləşdirilərək Kea polisinin müşayiəti ilə Afinadakı laboratoriyaya aparılıb. Bu tarixi eksponatlar Pireydə açılacaq Milli Sualtı Antik İncəsənət Muzeyində sərgilənəcək.
Britannic Titanic və Olympic Şimali İrlandiyanın Belfast şəhərində inşa edilmiş üç “qardaş” gəmidən biridir.
Xeyrənsə Piriyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 01 Oktyabr 2025 01:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















