Icma.az
close
up
RU

titl

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistan bu məsələyə görə Rusiyanın ciddi təzyiqi ilə üzləşə bilər 


Ermənistan hökumətinin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesini başlatması ciddi müzakirələrə yol açıb. Baş nazir Nikol Paşinyan bəyan edib ki, Parlamentin müvafiq qanunu qəbul edib-etməyəcəyindən asılı olmayaraq, ölkənin sözügedən qurumun üzvlüyü ilə bağlı son qərar ümumxalq referendumunda verilməlidir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsi vətəndaş təşəbbüsü kimi parlamentin müzakirəsinə çıxarılıb, indi hökumət buna müsbət mövqe bildirməyi təklif edir. Mirzoyan qeyd edib ki, son illərdə Ermənistan və Aİ arasında kifayət qədər intensiv və dinamik əlaqələr var, bunlar müxtəlif, eləcə də təhlükəsizlik sektorunu əhatə edir. “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan bildirib ki, Ermənistanın bu addımı Rusiyaya qarşı və Aİİ-dən çıxmanın başlanması kimi qəbul edilib: “Ermənistanın Aİİ-dən çıxması təkcə iqtisadi deyil, həm də ciddi siyasi problemləri ehtiva edir və birbaşa Ermənistanın təhlükəsizliyi ilə bağlıdır. Yeri gəlmişkən, KTMT ilə münasibətlərdə yaranmış böhran vəziyyətində hətta Ermənistan Aİİ-nin əhəmiyyətini və ondan əldə edilən böyük faydanı bəyan etsə də, Moskva xəbərdarlıq edib ki, onlar son addıma “göz yummaq” fikrində deyillər. İqtisadçılar bu prosesin ağır iqtisadi nəticələrindən danışacaqlar, lakin bu, siyasi və təhlükəsizlik baxımından ölkəni zəiflədəcək”. 

Rusiya Ermənistanda Aİ-yə daxil olmaq haqqında qanun layihəsinin müzakirəsini respublikanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirib. Baş nazirin müavini Aleksey Overçuk deyib ki, Ermənistanın Avropa Virliyinə (Aİ) daxil olması ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bir araya sığmır. O bildirib ki, Aİİ ilə əlaqələr məhdudlaşdırılarsa, Ermənistanda enerji qiymətləri artacaq və ixrac azalacaq: "Aİİ və AB bir-birinə uyğun gəlmir. Hər iki birlik gömrük sərhədlərinin olmamasını və malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur. Buna görə də Ermənistanda baxılan “Avropa Birliyinə qoşulma prosesinin başlanması” qanun layihəsi bu ölkəni seçim qarşısında qoyur”. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlyov da bildirib ki, coğrafi baxımdan Ermənistanın nə Avropa, nə də NATO ilə bir əlaqəsi var. Rusiyalı parlamentari qeyd edib ki, Ermənistan rəhbərliyinin hərəkətlərini qlobusa bayquş sığdırmaq istəyi ilə müqayisə etmək olar: "Avropa İttifaqında İrəvan heç kimə lazım deyil və bütün bu vədlər Ermənistanı böyük ehtimalla ölüm gözlədiyi yerə şirnikləndirmək üçün eşşəyin qarşısında çubuqda sallanmış kök kimi istifadə olunur". Juravlyov əlavə edib ki, Ermənistan hakimiyyətinin ölkənin Avropa İttifaqına daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləməsi heç nə demək deyil. Deputatın sözlərinə görə, bu məsələ ilə bağlı qərar yalnız referendum yolu ilə verilə bilər. Dumanın MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov isə qeyd edib ki, əgər Ermənistan Avropaya inteqrasiya yolu ilə getmək qərarına gəlibsə, o zaman Avrasiya İqtisadi İttifaqından çıxarılmalıdır və Birlik sayəsində əldə etdiyi üstünlüklərdən məhrum edilməlidir.


Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın Aİ-yə üzvlük məsələsi indiki halda, yəni qonşu Azərbaycan ilə ciddi və normal münasibətlərin mövcud olmadığı, Türkiyəyə qarşı əsassız iddiaların geri çəkilmədiyi bir zəmində inandırıcı və real deyil. Ekspertin sözlərinə görə, Ermənistanı bu ittifaqa üzv etmək arzusunda olan Fransa kimi dövlətləri İrəvanın qonşularla münasibəti və onların maraqları, təhlükəsizliyi maraqlandırmır: 

"Ancaq Azərbaycanı və əsasən də Türkiyəni bu məsələ ciddi şəkildə maraqlandırır. Gürcüstan və Ukrayna barədə Qərbin vədləri, son nəticədə isə onları Rusiya ilə üz-üzə qoyması faktı ortadadır. Əgər Ermənistanla da bu hal baş verərsə, regionda gərginlik arta bilər. Sərhədlərin müəyyənləşməsi və sülh prosesi hələ ləngiyir. Ermənistanın belə bir arzusu varsa, öncə Azərbaycanın tələblərini yerinə yetirməli, sülhə getməlidir. Üstəlik, təzminat və Qərbi Azərbaycan əhalisinin qayıdışı məsələsi də həllini tapmalıdır. Əks halda faşist və işğalçı ideologiya ilə, başqa dövlətlərin ərazisinə qarşı iddianı Konstitusiyasına salmış bir rejim necə Avropa İttifaqının üzvü ola bilər?! Onda belə çıxır ki, Avropa İttifaqının özü faşizmi dəstəkləyir, yaxud faşistləşir?!".


Siyasi şərhçinin fikrincə, Qərbin məqsədi, ümumiyyətlə, regionda Azərbaycan və Türkiyəyə qarşı Ermənistanı hər vəchlə gücləndirməkdir: 

"Rusiyanın müəyyən qədər zəiflədiyini və bölgədə təsirini itirdiyini görürlər və ona görə də Ermənistana mümkün dəstəyi verirlər ki, Azərbaycanın qarşısında bir maneəyə çevirsinlər. Ermənistan hələ ki, bu prosesə hazır deyil. Avropa bunu istəsə də, təkid etsə də, indiki halda mümkünsüzdür. Fransa başda olmaqla bəzi Qərb dövlətləri Ermənistana təhlükəsizlik statusu qazandırmaq istəyirlər. Fransa silahlandırır və bununla qane olmur. Çünki görür ki, müharibə şansı azdır. Ermənistan bir dəfə məğlub olub və qarşısında Azərbaycan və Türkiyə kimi güclü dövlət var. Ermənistana Fransa kimi beş dövlət də silah versə, yenə də bu güc qarşısında nəyəsə nail olması qeyri-mümkündür. Ona görə onu Aİ-yə üzv etmək təşəbbüslərinə meyl edirlər". 

T.İrfan vurğulayıb ki, Ermənistan bu məsələyə görə Rusiyanın ciddi təzyiqi ilə üzləşə bilər: "Qərb eyni zamanda bu addımı Rusiyanı tam təcrid edərək çökdürmək planının tərkib hissəsi kimi atmaq istəyir. Amma Azərbaycan və Türkiyə kimi region dövlətlərinin təhlükəsizlik məsələsi və Ermənistan ilə həll edilməmiş ciddi mövzular yoluna qoyulmadan buna rəvac verilməsi inandırıcı deyil. Əgər Qərb həqiqətən regionda sabitlik istəyirsə, Ermənistana silah vermək əvəzinə işğalın yaratdığı problemləri aradan qaldırmağı tövsiyə etməlidir ki, Aİ-yə üzv olmaq kimi proseslərə yol açılsın. Əks halda bu ondan xəbər verir ki, Ermənistanın mövqeyini möhkəmləndirib Azərbaycana qarşı yenidən qaldırmaq istəyirlər. Bu da Azərbaycan, Türkiyə, hətta Rusiyanın da region dövləti olaraq təhlükəsizliyinə təhdiddir. Məqsəd Ermənistanda kəşfiyyat qurumları, hərbi bazalar qurmaq və regionda Qərbin reket dövləti halına gətirməkdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBu mövzuda digər xəbərlər:
seeBaxış sayı:170
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Yanvar 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri