Icma.az
close
up
RU
Titulların hamısına sahib çıxmaq niyyətindəyik Dembele

Titulların hamısına sahib çıxmaq niyyətindəyik Dembele

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

PSJ-nin futbolçusu Usman Dembele UEFA Çempionlar Liqasının "Arsenal"a qarşı keçiriləcək final oyunu barədə danışıb.

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən fransalı hücumçu matça hazır olduqlarını bildirib:

"Hər məqamdan maksimum yararlanırıq və tamamilə oyuna köklənmişik. Kuboklar qazanmaq istəyən gənc komandamız var. Titulların hamısına sahib çıxmaq niyyətindəyik. Biz iddialı rəqibik. Əgər böyük olmaq istəyiriksə, titullar qazanmalıyıq.

"Arsenal" çox yaxşı komandadır. Bunu onların Premyer Liqadakı və bu turnirdəki qələbələrindən də gördük. Onlar burada olmağa layiqdirlər, İngiltərə çempionu olublar. London klubu gözəl futbol oynayan, həm hücumda, həm də müdafiədə güclü olan və standart vəziyyətlərdə çox təhlükəli təsir bağışlayan bir komandadır. Mikel Arteta möhtəşəm iş görüb.

Hər zaman bu finalda oynamaq istəyirik. Keçən il hamımız xoşbəxt idik. PSJ üçün tarixi bir gecə idi. Böyük ambisiyaları olan gənc komandamız var. Amma əldə olunanlarla kifayətlənmək istəmirik. Final görüşü tarixi bir an ola bilər. Güclü komanda ilə qarşılaşmada diqqətimizi tam qoruyacağıq.

​Finalı qaçıracağımdan qorxmurdum. Hazırlaşmaq üçün 10-15 günüm var idi. Məşqçilər heyəti mövsümə hazırlıq işinin öhdəsindən çox yaxşı gəldi. Özümü oyuna 100 faiz hazır hiss edirəm. Komanda hazırdır. Qarşılaşmaya sakit şəkildə hazırlaşmışıq. Ümid edirik ki, oyun yaxşı keçəcək.

​Hesab edirəm ki, Luis Enrike karyeram boyu işlədiyim ən yaxşı məşqçilərdən biridir. O, həm toplu, həm də topsuz oyunda çıxışımı təkmilləşdirməyə çox kömək etdi. Yaşlaşdıqca daha çox təcrübə qazanıram. Üstəlik, ətrafımda inanılmaz oyunçular var, bu da öz növbəsində kömək edir.

​Bu finalın ətrafındakı ajiotaj və həyacan böyükdür. Bütün azarkeşlərin burada olması bizə həqiqətən də güc verir. Onlar bizdən çox şey gözləyirlər. Ümid edirik ki, bu etimadı doğrulda biləcəyik".

Qeyd edək ki, bu gün Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq PSJ - "Arssenal" qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sportal.az
archiveBu xəbər 30 May 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri