Icma.az
close
up
RU
Tıxaclı küçələrdə ödəniş, yoxsa ödənişsiz ictimai nəqliyyat... Bakının tıxacını hansı bitirər? Ekspert şərhi

Tıxaclı küçələrdə ödəniş, yoxsa ödənişsiz ictimai nəqliyyat... Bakının tıxacını hansı bitirər? Ekspert şərhi

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nyu York, yollarda nəqliyyatın hərəkətini asanlaşdırmaq və yerli tranzit üçün milyardlarla dollar toplamaq məqsədi daşıyan mübahisəli sxem illərlə gecikmələr və qanuni çətinliklərlə üzləşdikdən sonra tıxaclar üçün ödəniş zonasını işə salan ilk ABŞ şəhəri oldu. Pik saatlarda Manhettenin ən işlək məhəllələrindən bəzilərinə girən sürücülər 9 dollar tıxac haqqı ödəyəcəklər.

Balkan ölkəsi Serbiyanın paytaxtı Belqradda yanvarın 1-dən ictimai nəqliyyat pulsuz olub. Bildirilib ki, ictimai nəqliyyatın subsidiyasına hər il 250 milyon avro ayrılıb. Belqrad Avropada 500 mindən çox əhalisi olan pulsuz ictimai nəqliyyat təklif edən yeganə şəhərdir.

Bəs Bakıda tıxacın qarşısını almaq üçün nə etməli?

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda bu sahədə işlərə artıq start verilib: Bu işlərin ardı olmalıdır. “Relsli nəqliyyatın inkişafına gətirib çıxaran daha sərt islahatlar aparılmalıdır. Bu da daha çox investisiya tələb edən ictimai nəqliyyatın daha çox sərnişin daşıyan növü, şəhərin daxilində və şəhər ətrafında elektrik qatarıdır. Bu nəqliyyat vasitəsi yerüstü metro funksiyasını daşıya bilər. Gələcəkdə tramvayların çəkilməsi də planlaşdırılmalıdır”.

Rauf Ağamirzəyev

Rauf Ağamirzəyev deyir ki, bununla yanaşı artıq çəkindirən alətlər də fəaliyyət göstərir və onların da ilkin elementləri müşahidə edilir.

“Saatlı parkinq sistemi işə salınıb. Hər zonaya uyğun saatlı qiymətlər və cərimələr tətbiq olunub. Paralel olaraq, ictimai nəqliyyatın üstünlüyünü təşkil edən təkmilləşdirici elementlər də şəhər küçələrində artıq müşahidə olunur. Həmçinin, şəhərin mərkəzində artıq 30 kilometrlik zona və piyada zonalarının genişlənməsi işləri də keçən il davam etdirib. Bu da çəkindirən alətlərdəndir.

Düşünürəm ki, buna qədər olanlarla yanaşı səkilərin abadlaşdırılmasına ehtiyac var. Baryerlərin aradan qaldırılmasına və ictimai nəqliyyatın fərqli növlərinə ciddi investisiyalar olunmalıdır. Buna qədər elan olunmuş, amma, hələ təsdiq olunmayan brutto müqavilələrə keçid daşıyıcıları maliyyə dayanıqlığını təmin edir”-deyə ekspert əlavə edib.

Rauf Ağamirzəyev qeyd edib ki, metro şəbəkəsini genişləndirməklə yanaşı, dəmiryol şəbəkəsində də ciddi islahatlar aparılmalıdır.

“Şəhərin daxilində əlavə stansiyaların açılması, sərnişin axınının parçalanmasına gətirib çıxara bilər. Ümumi olaraq dəmir yoluna baxsaq, şəhər ətrafı 26-27 kilometrlik məsafədə olan Binə və Maştağa istiqamətində dəmir yolunun bərpası, o istiqamətdə yerləşən çoxluğun mobilliyinə təsir edər və şəhər istiqamətində avtomobil gəlişinin bir hissəsini alternativ ictimai nəqliyyata yönəldər. Həmçinin, Bakıdan 100 kilometr radiusa baxsaq, bu da böyük şəhərlərin sərhədi sayıla bilər. O istiqamətdə də dəmir yolumuz var, amma intensiv qatarların fəaliyyətinin təmin olunması həmin istiqamətdən şəhərə gələn avtomobil axınına birbaşa alternativ sayılar. Yəni, insanlar üçün artıq qeyri-qanuni sərnişin daşıyan növlərdənsə, çoxluğun mobilliyini təmin edən dəmir yolu ilə gəlmək imkanı yaranar. Nəqliyyat əlçatanlığı təmin olduğu halda, insanların həmin ərazilərə meyl etməsinə, yəni, orada yaşayıb Bakıda işləməsinə gətirib çıxarar.

Üzü cənub istiqamətinə baxsaq, yaşayış məntəqələri var: Sahil qəsəbəsi Səngəçal, Qobustan, Ələt, Hacıqabul, Salyan, Şirvan şəhəri. Amma, bu gün qatarlar o istiqamətdə hərəkət etmir. Yəni, ciddi sifarişlərə ehtiyac var və bu sahədə, həmçinin paralel olaraq əlimizdə olan nəqliyyat vasitələrinin hərəkət tərkibini əgər təmir edib tez xətdə buraxmaq mümkün olarsa, bu variantları da sınamaq və yeni sifarişlərlə də bu mobilliyi təmin etmək lazımdır”-deyə ekspert vurğulayıb.

Bir çox şəhərlərdə pulsuz nəqliyyat, ictimai nəqliyyatın təklifi ilə bağlı Rauf Ağamirzəyev qeyd edib ki, bunun da subsidiya məbləğini formalaşdıran yerli biznes olur.

“Bir tərəfdən pulsuz edirlərsə, bunu əvəzinə pulu ödəyən bir biznes var. Yəni, şəhərin mərkəzində və ictimai nəqliyyatın keçdiyi ərazilərdə olan biznesin vergisi qaldırılır və bunun hesabına həmin subsidiyalar formalaşır. Azərbaycanda hələ ki, ümumi olaraq görülən islahatların tamamlanmasına ehtiyac var. Yəni, buna qədər olan işləri tamamlamaq lazımdır. Nağdsız ödənişə tam - 100% faizlik keçid təmin olunmalıdır. Azərbaycandakı avtobuslarda bu rəqəm hələ ki, 77% faizdir”-deyə Rauf Ağamirzəyev qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Yanvar 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri