TKTA saxta diplomlarla bağlı xəbərlərə aydınlıq gətirdi
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Hesablama Palatasının audit nəticələrinin mediada işıqlandırılması ilə bağlı açıqlama yayıb.
Modern.az xəbər verir ki, agentlik bəzi media resurslarında dərc olunan “TKTA-da saxta diplomlar aşkarlandı” məzmunlu başlıqların auditdə göstərilən faktların mahiyyətini düzgün əks etdirmədiyini bildirib.
Qurumun açıqlamasına görə, Hesablama Palatasının məlumatında xarici kvalifikasiyaların tanınması üçün təqdim olunan sənədlərin həqiqiliyinin yoxlanılması, saxta sənədlərin müəyyən edilməsi və bununla bağlı TKTA-nın gördüyü tədbirlərdən bəhs olunub.
Agentlik qeyd edib ki, ərizəçilərin təqdim etdiyi sənədlərin həqiqiliyini müəyyənləşdirmək üçün xarici ali təhsil müəssisələrinə sorğular göndərilir. Sənədin həqiqi olmadığı müəyyən edildikdə qanunvericiliyə uyğun qərar qəbul olunur, saxtakarlıqla bağlı məlumatlar isə hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim edilir.
TKTA auditin maliyyə fəaliyyəti ilə bağlı hissəsinə də münasibət bildirib. Qeyd olunub ki, hesabatda maliyyə idarəçiliyi, dövlət satınalmaları, müqavilələrə nəzarət, uçot və hesabatlılıq, həmçinin gəlir və xərclərin nisbəti ilə bağlı məsələlərə toxunulub.
Agentlik media nümayəndələrini audit nəticələrini işıqlandırarkən hesabatın məzmununa və faktların mahiyyətinə əsaslanmağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 27 Oktyabr 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















