Tofiq Əliyev: “Finalda risk etməli idim, amma bunu etmədim”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Azərbaycan gimnastı Tofiq Əliyev Çinin Nankin şəhərində keçirilən dünya çempionatında gümüş medalla başa vurduğu fərdi yarışdakı çıxışını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, idmançı dörd günlük yarış ərzində altı kombinasiya yerinə yetirdiyini və bunlardan beşini səhvsiz tamamladığını söyləyib.
Əliyevin sözlərinə görə, çətinlik yalnız finaldakı son çıxışında yaranıb. O, qızıl medal uğrunda mübarizədə daha çox riskə getməli olduğunu düşünür:
“Finalda risk etməli idim, amma bunu etmədim. Portuqaliyalı rəqibimlə aramızdakı xal fərqi də çox deyildi”.
Dünya çempionatlarında fərdi yarışlar üzrə ilk medalına sahib çıxan gimnast nəticənin onu ruhdan salmadığını qeyd edib:
“Gümüş medal qazanmağıma baxmayaraq, ruhdan düşmürəm. Qarşıda hələ çox dünya çempionatı olacaq. Ümid edirəm ki, gələcəkdə qızıl medal da qazanacağam”.
Tofiq Əliyev çempionatın çətin keçdiyini də söyləyib. O, Azərbaycan yığmasının komanda hesabında ardıcıl üçüncü dəfə qızıl medal qazanmasını xüsusi qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 10 Noyabr 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















