Tofiq Musayevin növbəti döyüşünün yeri və vaxtı Tailandda hazırlıq İdman və Biz
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev növbəti döyüşlə bağlı hazırlıqlarını davam etdirir.
Bu barədə məlumatı İdman.biz-ə 34 yaşlı idmançını özü verib.
O bildirib ki, məşqlərini Tailandda davam etdirir: “Hazırlıqlar yaxşı gedir. Rafael Fiziyevlə birlikdə məşq edirik. Döyüşümə daha yaxşı hazırlıq üçün buranı seçmişəm. Düzdür, hələlik rəqib hələ bəlli deyil. Bir neçə günə dəqiqləşməlidir. Görüşün isə dekabrın 31-də, yaxud gələn il yanvarın 10-da baş tutması gözlənilir. Məkan isə ya ABŞ, ya da Yaponiya olacaq”.
Musayev hazırda yaxşı formada olduğunu və rinqə çıxmağı səbirsizliklə gözlədiyini deyib: “Döyüşü gözləyirəm. Həyəcanla anonsun verilməsini gözləyirəm”.
Qeyd edək ki, Musayevin son döyüşü ötən ilin noyabrında Bakıda “Landmark 7” turnirində olub. O, yaponiyalı Koji Takedaya qalib gəlib.
Emin Ağa
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 21 Noyabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















