Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Tofiq Zülfüqarov: “Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” MÜSAHİBƏ

Tofiq Zülfüqarov: “Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” MÜSAHİBƏ

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Prezidenti İlham Əliyev iyulun 19-da Xankəndi şəhərində keçirilən Şuşa 3-cü Qlobal Media Forumunda Azərbaycan-Ermənistan sülh prosesi, həmçinin Zəngəzur dəhlizinin açılması ilə bağlı bir sıra mühüm siyasi mesajlar verib. 

Azərbaycan və Ermənistan liderlərinin iyulun 10-da Əbu-Dabi şəhərində keçirilən görüşündən sonra Prezident İlham Əliyevin verdiyi açıqlamalar iki ölkənin sülh sazişi üzrə bir sıra razılaşmalara yaxın olduğunu göstərib. Dövlət başçısının çıxışında qeyd etdiyi məsələlərə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Cebheinfo.az”-a müsahibəsində aydınlıq gətirib:

-Azərbaycan Prezidenti bildirib ki, Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması həll edilən kimi sülh müqaviləsi imzalana bilər. “Biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq”,-deyə Prezident vurğulayıb. Artıq Ermənistanın konstitusiya dəyişiklik edilməsi və Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycanın tələblərini qəbul etdiyini söyləyə bilərikmi?

- Ermənistanın hakimiyyəti də, cəmiyyəti də başa düşür ki, bu konstitusiya ilə onların regionda gələcəyi yoxdur. Onların ərazi iddiaları yalnız Azərbaycana deyil, həm də Türkiyəyə qarşı yönəlib. Ermənistan tərəfi yeni konstitusiyanın mətninin hazırlanması ilə bağlı komissiya yaradıb. Əslində, nəticənin əldə olunması Ermənistandan asılıdır.

- Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Əbu-Dabidə keçirilmiş görüşündə Ermənistan konstitusiyasının preambula hissəsinin yeni mətndən çıxarılması, həmçinin Minsk qrupunun buraxılmasına dair rəsmi İrəvanla razılaşmanın əldə edildiyini demək mümkündürmü?

- Mən bunu istisna etmirəm. Razılaşmalar konfidensial saxlanılır. Bu mövzuya cənab Prezident də toxunub. Ermənistan tərəfi bu mövzunu şərh etməyə başlayıb. Əbu-Dabi görüşündə bir sıra mövzulara dair razılaşmanın əldə olunduğu aşkar görünür. Məsələn, Zəngəzur dəhlizi ilə bağlı hansısa yaxınlaşmanın olduğu istisna edilmir. 

Sənədin paraflanması şifahi şəkildə artıq mövcuddur. Çünki dövlət başçıları artıq bunu bəyan ediblər. Prosedur qaydalara görə, paraflanma müxtəlif formada ola bilər. Amma heç prosedur da tələb olunmur. Paraflama zamanı hər səhifəyə səlahiyyətli şəxs imza atır.

- Ermənistan konstitusiyasına dəyişiklik edilmədən Azərbaycan sülh sazişinin mətnini paraflayacaqmı?

- Paraflama siyasi deyil, texniki prosedurdur. Onun siyasi əhəmiyyəti o zaman yaranır ki, bu, hansısa beynəlxalq müşahidəçilərə, hazırkı mərhələdə ABŞ Prezidentinə bir mesaj olur. Yəni sənəd imzalanmaq üçün hazırdır. Görürsünüz ki, Donald Tramp bu mövzu ilə bağlı iki dəfə açıqlama verib. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında paraflama olunmuş sənəddən danışılması bunun mümkün olduğunu göstərir.

- Tramp bir növ nəticədən danışır və sülhə nail olduqlarını deyir...

- Əslində, bu sənədin mahiyyəti çərçivə sazişidir. Bu baxımdan, münaqişənin tam həlli danışıqların gedişindən asılıdır. Yəni sərhədlərin delimitasiyası və demarkasiyası aparılmalı, kommunikasiyaların açılması, Azərbaycana dəymiş ziyana görə təzminatın ödənilməsi, siyasi və hüquqi məsuliyyət mövzusu həllini gözləyir.

- Deməli, söhbət yekun deyil, çərçivə sülh sazişindən gedir....

- Bu, yekun sülh sazişi deyil, çərçivə sənədidir. Delimitasiya və demarkasiya prosesi illərlə davam edə bilər. Amma bu, sülh prosesinin bir hissəsidir. Yaxud təzminat məsələsi və s. Onlara aid danışıqlar aparılacaq. 

Bütün bunlar yekun bir sənəddə də öz əksini tapa bilər, müxtəlif treklər üzrə də baş verə bilər. Bu texnologiyadır.

- ABŞ sanki nəticə əldə etməyə tələsir. Siz isə deyirsiniz ki, görüləcək işlər çoxdur. Çərçivə sülh sazişinin imzalanması ilə prosesi yekunlaşmış hesab etmək olarmı?

- Yaxın Şərqdə Oslo prosesi var. Əvvəllər deyirdilər  ki, sülhə nail olunub. “Oslo-1” və “Oslo-2” sazişləri var. Amma vəziyyət göz qabağaındadır. Söhbət ondan gedir ki, münaqişədə olan iki ölkə arasında ilk dəfə olaraq sənəd imzalanacaq. Bu, böyük bir siyasi hadisədir. 

Ona müxtəlif adlar vermək olar. Lakin münaqişənin həlli prosesi davam edəcək. Bu məqsədlə bir sənəd də qəbul oluna bilər bilər, bir neçə sənəd də.

- Azərbaycan Prezidenti bəyan edib ki, onlar, yəni Ermənistan öz ev tapşırıqlarını yerinə yetirməlidir. Ev tapşırıqları nədən ibarətdir?

- Əgər razılaşmalar varsa, hər bir tərəf öz ev tapşırığını yerinə yetirməlidir. Bu, diplomatik ifadədir və prosesi ləngidən tərəfin məsuliyyətini müəyyən edir. Hamı başa düşür ki, Ermənistan nə etməlidir. Məsələn, Tramp başa düşür ki, kimin hansı ev tapşırırğı varsa, onu icra edəcək. Yaxud sənəd hazır olanda, imzalana bilər. Bu prosesdə Trampın da iştirak etmək istəyi açıq görünür.

- Əgər Rusiya buna mane olmasa...

- Tarixə baxsaq, görərik ki, sülhə kimsə həmişə mane olur. Rusiya da, Fransa da sülhə əngəl olmaq istəyib. Amma biz davam etməli və dövlətçiliyi gücləndirməliyik. Çünki xaricdən təsir mexanizmləri azaldıqca, dövlətçilik möhkəmlənir.

- Prezident İlham Əliyev bildirib ki, separatçılığın tabutunun üzərini dəmir betonla qapadacaq sənədlər sülhə zəmanət olmalıdır. Sizcə, söhbət hansı sənədlərdən gedir?

- Ermənistanla açıq şəkildə gedən müzakirələr həmin o “tabut” məsələsinin tərkib hissəsidir. Çünki ermənilərin dövlətçiliyinin bərpası Qarabağ məsələsindən başlayıb. Onların ideoloji sütununu Azərbaycana qarşı ərazi iddiaları təşkil edir. Onların ideologiyası dəyişməlidir. Ona görə biz Ermənistan konstitusiyasından danışırıq. İşğalın müxtəlif formaları- hərbi, hüquqi, iqtisadi işğal var. 

Biz hərbi işğalın nəticələrini aradan qaldırmışıq. Hüquqi baxımdan konstitusiyanı və qanunvericiliyi dəyişməyi tələb edirik. Bu da geniş siyasi proses şəklində-referendum yolu ilə olmalıdır. İndi biz baxaq görək erməni cəmiyyəti “Miatsum” ideologiyasını səhv kimi qəbul edəcək, yoxsa yox? Bizə ictimai müzakirə lazımdır.

- Zəngəzur dəhlizinin icarə əsasında açılması məsələsi gündəmə gəlib. Siz Cənubi Qafqaz Dəmir Yollarının Azərbaycanın mülkiyyətində olduğunu sübut etmisiniz. Ermənistan isə 2007-ci ildə bu dəmir yolu şəbəkəsini Rusiyanın konsessiyasına verib. 

İndi isə ABŞ Zəngəzur dəhlizini 100 il müddətinə autsorsinq prinsipi əsasında icarəyə götürmək istəyir. Yəni burada müxtəlif mülkiyyətçilər və icarədarların olması dəhlizin açılmasını çətinləşdirə bilərmi?

- Azərbaycan Zəngəzur dəhlizinin vacibliyi məsələsini beynəlxalq səviyyəyə çıxara bilib. Əgər Ağ Evin Oval kabinetində bu məsələ müzakirə olunursa, deməli, böyük irəliləyiş əldə olunub. Azərbaycanın maraqları nəzərə alınmadan onun həlli mümkün deyil. 

Ermənistan deyə bilər ki, məsələyə son qoyulub. Amma belə məlum olur ki, məsələ öz həllini tapmalıdır. Ona görə də indi baş verənləri biz proses kimi qəbul etməliyik. Artıq birinci uğurlu addım baş verib. Bir ölkənin iki hissəsi arasında əlaqənin qurulmasının vacibliyini hamı başa düşür. Dövlətin iki hissəsi arasında eksterrirtorial bağlantı olmalıdır.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Açar sözlər: Zəngəzur dəhlizi Tofiq Zülfüqarov müsahibə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 İyul 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri