Icma.az
close
up
RU
Tofiq Zülfüqarov bütün detalları açdı:“Dünyada kim varsa, Zəngəzura gətiriblər” MÜSAHİBƏ

Tofiq Zülfüqarov bütün detalları açdı:“Dünyada kim varsa, Zəngəzura gətiriblər” MÜSAHİBƏ

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülhə nail olunması və nəqliyyat-kommunikasiya əlaqələrinin blokdan açılmasını nəzərdə tutan görüş olacaq. Ağ Evdə imzalanacaq razılaşma Azərbaycan- Ermənistan sülh prosesində dönüş mərhələsi yarada,   tərəfləri yekun sülh müqaviləsinə xeyli yaxınlaşdıra bilər.

Eyni zamanda, Prezident Trampın təşəbbüsü ilə Zəngəzur dəhlizinin açılacağı da istisna olunmur. 

Vaşinqton görüşünün mümkün nəticələri barədə “Cümhuriyət” sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibədə aydınlıq gətirməyə çalışıb.

“Cebheinfo.az” müsahibəni  təqdim edir:

-Ağ Evdə Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə imzalanacaq sənəd müxtəlif cür adlandırılır. Bəzi məlumatlarda bu “niyyət məktubu”, başqa mənbələrdə “sülh memorandumu” adlandırılır. Digərləri isə sülh müqaviləsinin imzalanacağından danışırlar. Sizcə, həmin sənəd necə adlanacaq? Çünki sənədin mahiyyəti tərəflər arasında sülhə nail olunmasında mühüm rol oynaya bilər. 

- ABŞ-də imzalanacaq sənəd, ümumiyyətlə, çərçivə sülh sazişi bir mərhələdir. Ona görə ki, postkonflikt proses uzunmüddətlidir. Məlumdur ki, Azərbaycan və Ermənistan çərçivə sülh sazişini razılaşdırıblar. Bunu Əbu-Dabi görüşündə şifahi olaraq paraflayıblar. İndi isə paraflamadan daha yüksək olan hansısa sənədi imzalamaqla tərəflər bəyan edəcəklər ki, gələcəkdə sülh sazişi çərçivə sazişi yaradan prinsiplər əsasında davam edəcək. Yəni çərçivə sülh sazişi qol çəkilmədən ona bu sənədlə dəstək veriləcək. Məndə olan məlumata görə, ABŞ Azərbaycanın şərtini məntiqli hesab edir. Çünki bir ölkə digərinə ərazi iddiası irəli sürdüyü halda çərçivə sülh sazişi imzalana bilməz. Söhbət Ermənistan konstitusiyasının dəyişməsindən gedir.

Amma indi əldə olunan nailiyyət ondan ibarətdir ki, Azərbaycan və Ermənistan çərçivə sülh sazişi olan bu addımlar xəritəsini qəbul edirlər. Yəni gələcəyi bu şəkildə görürlər və ona dəstək olaraq sənədi imzalayacaqlar. Gəlin, biz ümumi səhvə yol verməyək. İndi hamı daha çox sülh sənədindən danışır. Lakin əsas mövzu “Tramp körpüsü” adlandırılan nəqliyyat-tranzit dəhlizinin açılmasından ibarətdir. Memorandum və ya bəyanat isə müzakirələr üçün müsbət siyasi mühit yaradır. Çünki əsas təklif Zəngəzur dəhlizi ilə bağlıdır. Bu, çox maraqlı layihədir. Rusiya, İran buna qarşı çıxsa da, bu layihə hər iki ölkəyə xeyir gətirə bilər.

Təəssüflər olsun ki, Rusiya və İran mütəxəssisləri məsələnin bu tərəfini şərh etmirlər. Halbuki, Azərbaycan, Rusiya və İranın dövlət başçıları Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bir neçə dəfə müzakirələr aparıblar. Zəngəzur dəhlizinin açılması isə yalnız Şərq-Qərb və ya Qərb-Şərq istiqamətində nəqliyyat-kommunikasiya vasitələrinin açılmasının ikinci variantı deyil. Çünki Gürcüstan üzərindən belə bir marşrut var. Bu, həm də Şimal-Cənub nəqliyyat dəhlizinin açılması deməkdir.

Zəngəzur dəhlizi vasitəsilə dəmir yolları Naxçıvan Muxtar Respublikasının Culfa şəhərinə çıxışı təmin edəcək. Hələ Sovet dövründə SSRİ və İran dəmir yollarının Culfa stansiyasından əlaqəsi var idi. Zəngəzur dəhlizi ilə bu əlaqə bərpa olunarsa, Astara-Rəşt dəmir yolunu inşa etməyə ehtiyac olmayacaq. Zəngəzur dəhlizi vasitəsilə İran, onun vasitəsilə Hindistan, Pakistan, ərəb körfəzi, eyni zamanda, Rusiya, Skandinaviya ölkələri dəmir yolu bağlantısı həyata keçirəcək. Tramp da buna böyük diqqət göstərəcək.  Bəzən deyirlər ki, ABŞ bu marşruta nəzarət edəcək. Əvvəla, tranzit yolların mahiyyəti ondan ibarətdir ki, hər bir iştirakçı yola nəzarət edə və ya onu bağlaya bilər. 

- Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi olmadığına görə hərəkətin təhlükəsizliyinin təmin olunmasına ehtiyac var. Bölgədə marağı olan dövlətləri qarşı-qarşıya gətirən də məhz bu məsələdir. 

- Bizim əsas məqsədimiz nəqliyyat-kommunikasiya vasitələrinin blokdan açılmasından başqa, ölkəmizin iki əsas hissəsi arasında əlaqəni təmin etmək olmalıdır. Bu, bizim üçün strateji əhəmiyyət daşıyır. Xarici siyasətimiz bu məsələni elə bir səviyyəyə qaldırıb ki, Zəngəzur dəhlizinə maraq göstərən tərəflərin sayı artır. Azərbaycan vətəndaşları da bu marşrutdan təhlükəsiz şəraitdə istifadə edəcək. Eyni zamanda, bu yolu Türkiyə, Çin, Mərkəzi Asiya ölkələri, Rusiya, Skandinaviya məhz Azərbaycan üzərindən daşımalar həyata keçirəcək. Ona görə də Vaşinqtondakı görüş böyük əhəmiyyətə malikdir. 

- Ağ Evdə imzalanacaq sülh sənədi Azərbaycana və Ermənistana Zəngəzur dəhlizinin təhlükəsizliyini birgə həyata keçirməyə imkan verə bilərmi? 

- Bu barədə məlumatlar çox azdır. Əldə olunan informasiyalara görə, ABŞ tranzit haqlarının 40 faizini istəyir. Qalan hissənin 30 faizini Azərbaycan, 30 faizini isə Ermənistan götürməlidir. Amma Azərbaycan və Ermənistan bu yoldan xərc çəkmədən istifadə edəcək. Hələ Sovet dövründə Qafana və molibden kombinatına yüklərin daşınması üçün dəhlizdən şimala-Mincivan stansiyasına gedən dəmir yolu xətti inşa olunmuşdu. İndi Ermənistan istəyər ki, molibdeni dəmir yolu ilə ixrac etsin. Yəni burada bütün tərəflər mənfəət götürəcək. Azərbaycan da, Ermənistan da, ABŞ də, Rusiya da, İran da. Azərbaycanın Türkiyə ilə ikinci quru nəqliyyat əlaqəsi yaranacaq. 

- 10 noyabr Bəyanatında Zəngəzur dəhlizinin təhlükəsizliyinin Rusiya tərəfindən təmin olunacağı aydın şəkildə göstərilmişdi. Ağ Evdə imzalanacaq sənəddə təhlükəsizliyi təmin edəcək tərəf aydın şəkildə göstəriləcəkmi?

 - Əslində, bu, Ermənistanın qarşısında duran məsələdir. Rusiya hərbçiləri onsuz Ermənistan sərhədini qoruyurdu və orada erməni sərhədçiləri yox idi. Sadəcə olaraq, Rusiya 5 ildir bu məsələni açmaqla bölgədə münaqişəli vəziyyəti idarə etməyə çalışır. İndi isə bu “oyun”a son qoymaq üçün imkanlar yaranıb. 

- Ona görə də ABŞ-nin hər hansı təhlükəsizlik şirkətinin Zəngəzura yerləşdiriləcəyi təqdirdə Rusiya ilə toqquşma yarana biləcəyi ehtimal edilir. 

- Nə üçün? Bundan qabaq Avropa İttifaqı müşahidəçiləri bölgəyə gəliblər. Toqquşma baş verdimi, yox. Bu, Ermənistanın problemidir. Dünyada kim varsa, Zəngəzura gətiriblər. Orada Ermənistandan başqa hamı var. Bizə isə Naxçıvanla əlaqə lazımdır. Tramp da təklif edir ki, mən bunu 100 illiyə təmin edim, bu müddət başa çatdıqdan sonra özünüz baxın. Rusiya isə deyir ki, heç kim bu marşrutun açılmasında iştirak etməsin.

Əgər Rusiya imperiya iddialarını kənara qoyub normal iqtisadi əlaqələrin inkişafı ilə məşğul olsa, bunun xeyrini görəcək. Əksinə, Kreml köhnə “oyun”larını davam etdirsə, Türkiyənin, Azərbaycanın və ABŞ-nin təzyiqi ilə qarşılaşacaq. Tramp açıq deyir ki, ABŞ-nin bu regiondakı əsas müttəfiqi Türkiyədir. Biz beş il gözləsək də Rusiya Zəngəzur dəhlizini açmadı. Halbuki, Rusiya sərhədçiləri orada idi. 

- Ağ Evdə Azərbaycan və Ermənistan arasında yeni bir razılaşmanın imzalanmasından sonra 2020-ci il 10 noyabr Bəyanatını qüvvədən düşmüş hesab etmək olarmı? Çünki bu, nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına dair yeni bir sənəddir.

 - 10 noyabr Bəyanatının qüvvədən düşdüyünü demək düzgün olmaz. Çünki üçtərəfli Bəyanatda atəşkəs rejimi bərqərar olub. Orada göstərilir ki, Azərbaycan və Ermənistan arasında sərhəd yoxdur, təmas xətti var. Əgər onu başqa bir razılaşma əvəz etsə, yeni sənəd qüvvədə olacaq. Çərçivə sülh sazişi imzalandıqdan sonra sülh qismən də olsa, bərqərar olacaq. Çünki sərhədlərin müəyyənləşməsi, kommunikasiyalar mövzusu, humanitar məsələlər öz həllini tapmalıdır. Çərçivə sülh sazişi isə gələcək razılaşmaların prinsiplərini müəyyən edir. 
Birinci sənəd 10 noyabr Bəyanatıdır.

Sonra Azərbaycan ikinci mərhələyə, yəni postkonflikt sülh prosesinin prinsiplərinin müəyyən olunması mərhələsinə keçdi. Bunlar razılaşdırılsa da, qəbulu mümkün deyil. Çünki Ermənistan ev tapşırıqlarını yerinə yetirməyib. Yəni konstitusiyaya dəyişiklik edilməyib. İndi isə bununla paralel olan digər bir mövzu var. Söhbət Zəngəzur dəhlizinin açılmasından gedir. Biz şərt qoymuşuq ki, bu məsələ öz həllini tapmasa, başqa kommunikasiyalar açılmayacaq. Tramp da deyir ki, gəlin bu məsələni həll edək. Sərhədlər mövzusu, digər məsələlər hələ qalacaq, amma kommunikasiyaların açılmasına başlanacaq. 

- Amma Trampın iştirakı ilə imzalanacaq sənəd hüquqi öhdəlik yaratmır... 

- Bu, siyasi çağırışdır. İmzalanacaq sənəd Azərbaycanın və Ermənistanın siyasətini razılaşdırılmış prinsiplərə uyğun həyata keçiriləcəyini təsdiq edir. Yəni Azərbaycan prinsiplərə sadiq olduğunu bəyan edir, amma Ermənistan konstitusiyasına dəyişiklik edənə qədər onu siyasi baxımdan dəstəkləməkdə davam edəcək. 

- Hətta bəzi amerikalı senatorlar sülh müqaviləsinin imzalanacağını bildirirlər... 

- Məndə olan məlumata görə, sülh müqaviləsi nəzərdə tutulmur. Çünki Azərbaycan öz mövqeyindən dönməyəcək. Senatorlar isə məsələnin incəliklərini bilmirlər. Konstitusiyanın dəyişilməsi ilə bağlı Azərbaycanın tələblərini Qərbdə məntiqli hesab edirlər. Ona görə də memorandum qəbul olunacaq və ABŞ-nin sülhün əldə olunması və kommunikasiyaların açılması təşəbbüsü dəstəklənəcək. 

Müşfiq Abdulla
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Avqust 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see224

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see167

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see162

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see161

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see147

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see141

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see141

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see132

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see131

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Lopeslə Afflekin uğursuz malikanəsi : Milyonlarla dollara dəyəri var, amma...

20 Sentyabr 2025 22:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri