Icma.az
close
up
RU
Tofiq Zülfüqarov: 13 14 ay sonrakı Ermənistan belə olacaq MÜSAHİBƏ

Tofiq Zülfüqarov: 13 14 ay sonrakı Ermənistan belə olacaq MÜSAHİBƏ

Icma.az bildirir, News24 portalına istinadən.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Nikol Paşinyan ilk dəfə açıq şəkildə bildirib ki, Ermənistanın yeni konstitusiyasında 1990-cı il müstəqillik bəyannaməsinə istinad olunmamalıdır. Çünki həmin bəyannamə 1989-cu ildə sovet Ermənistanı və “Dağlıq Qarabağ”ın qanunvericilik orqanları tərəfindən qəbul edilmiş “birləşmə aktına” istinad edir. Yəni Azərbaycanı narahat edən maddələr yeni konstitusiyadan çıxarılmalıdır...

- Burada yenə də Paşinyanın atmağa çalışdığı yarımçıq addımlar ortaya çıxır. Ermənilər indiki dövlətlərini üçüncü respublika adlandırırlar. Tarixi Azərbaycan ərazilərində, yəni İrəvan xanlığının torpaqlarında 1918-ci ildə ermənilərin özlərinə qurduqları dövlət birinci respublika sayılır. İkinci respublika isə Ermənistan SSRİ hesab olunur. Sovet dövründə onların bu dövrə aid xüsusi konstitusiyası var idi. Əslində, birinci erməni respublikası Ermənistan deyil, Ararat Respublikası adlandırılırdı. İndiki Ermənistanı isə üçüncü respublika kimi qələmə verirlər. Bu respublikanın bünövrəsini təşkil edən “konsepsiya” isə Azərbaycana qarşı ərazi iddialarından ibarət olub. Təkcə Azərbaycana deyil, qardaş Türkiyəyə qarşı da ərazi iddiaları mövcuddur. Bu baxımdan onlar müstəqilliyin bərpasını “miatsum” (birləşmə) layihəsinin üzərində qurublar. Bundan sonra isə ermənilər özlərinin yeni konstitusiyaları ilə dördüncü respublikanı elan etməlidirlər. Tarixdə buna aid nümunələr çoxdur. Fransa və Almaniyanın tarixindəki nümunələri buna misal göstərmək olar. Ermənilərin də belə bir addım atması qaçılmazdır.

- Dəyişiklik olmadan Ermənistanın indiki durumu bölgənin gələcəyi üçün hansı təhlükələr yarada bilər?

- Gələcəkdə bu bölgədə yaşamaq istəyirlərsə, onları bu şəkildə heç kəs qəbul etməyəcək. İstər konstitusiya, istərsə də Ermənistanın müstəqillik bəyannaməsində olan iddialardan onların birmənalı imtina etməyəcəkləri hamıya bəllidir. Bunların dövlətçilik “məfkurəsi” məhz bu iddialar üzərində qurulub. Misal üçün, Azərbaycan və Gürcüstan 1918-ci ildə elan edilmiş respublikalara istinad edir. Amma rəsmi İrəvan özünü Ermənistan SSRİ-nin varisi hesab edir. Bu baxımdan onların siyasi tarixi qalmaqallıdır və yalan üzərində qurulub. Paşinyan bu mövzuya aid müxtəlif fikirlər səsləndirib ki, anormallıq burada özünü daha qabarıq şəkildə göstərib. İddia edirdilər ki, Ağrı dağı onların “simvolu”dur və başqa ölkənin, yəni Türkiyənin ərazisində yerləşir. Ona görə də ermənilərin ambissiyaları balaca dövlətlərinin sərhədlərinə sığmır. Bu baxımdan ermənilərin yaratdığı problem birinci deyil və heç də axırıncı olmayacaq.

- Bir müddət öncəyə qədər 2027-ci ildən danışırdılar. İndi isə 2026-ci ilin iyunundan söhbət gedir. Ermənistan konstitusiyasını nə vaxt dəyişəcək? Sizcə, 13-14 ay sonra bu problem aradan qaldırıla bilərmi?

- 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçirilməlidir. Artıq bu seçkilərə hazırlıq ilin əvvəlindən başlayıb. Yəni müxalifət partiyaları və xüsusəndə keçmiş prezidentlər olan hərbi canilər Robert Köçəryan və Serj Sarkisyan partiyaları çərçivəsində revanşist ideyaları təbliğ edirlər. Onlar gələcək seçkilərə hazırlıq kimi əsas mövzuları gündəmə gətirirlər. Erməni cəmiyyətində yenidən absurd ideyaları təbliğ edirlər ki, “biz Şuşaya, Hadruta qayıtmalıyıq”. Görünən odur ki, seçki ərəfəsində Ermənistanda vəziyyət gərginləşəcək. Bu halda Paşinyanın vəziyyətinin nə qədər uğurlu olacağı məlum deyil.

- Ermənistanın rusiyayönümlü müxalifəti, revanşistlər bu dəyişikliyə necə reaksiya verəcək?

- Bu onların problemidir və cəmiyyət kimi nəyin öhdəsindən necə gələcəklərini özləri aydınlaşdırmalıdırlar. Əslində, dəyişikliklər Azərbaycana yox, ermənilərə lazımdır. Bu dəyişikliklər olmasa, Azərbaycanla və Türkiyə ilə heç bir münasibət qurulmayacaq. Hətta hansısa yolların açılması heç də münasibətlərin qurulması demək deyil. Çünki həmişə yaddaşda o olacaq ki, onların dövlətçilik bünövrəsində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Bu baxımdan onlar bizə heç vaxt dost və ya normal qonşu ola bilməzlər. Bizə düşmən gözü ilə baxan necə dost ola bilər ki? Ona görə də mümkün dəyişikliklər ermənilərin normal yaşamaları üçün şərtdir. Revanşist ideyaları təbliğ etməklə münasibətləri irəliyə aparmaq olmaz. İndi Ermənistanda reallığı dərk edənlər ölkədən qaçırlar. Çünki iki güclü qonşuya qarşı ərazi iddiası ilə çıxış edib, normal dövlət qurmaq mümkün deyil.

- Paşinyanın devrilməsi proseslərin sonrakı gedişi üçün nə vəd edir?

- İndi bu mövzunu da gündəmə gətirirlər. İddia edirlər ki, Azərbaycan mövqeyində güzəştlər etməsə, revanşistlər Paşinyanı devirəcəklər. O devrilsə, nə olacaq ki? Paşinyan da bir neçə dəfə zərbə aldıqdan sonra reallığa qayıtmağa məcbur olub. Onun da işi-gücü prosesi uzatmaqdan ibarət idi. Nəhayət, "Dəmir Yumruq" başlarından dəyəndən sonra yola gəldilər. Bu mənada ya qorxusundan, ya da sonluğun onun üçün necə qurtaracağına görə atdığı addımlar bizi maraqlandırmır. Sözsüz ki, növbəti dəfə səhv yolu seçsələr, yenə məğlub olacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Aprel 2025 04:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see354

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see197

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see173

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri