Icma.az
close
up
RU
Tokayev Putini müharibəni dondurmağa çağırdı

Tokayev Putini müharibəni dondurmağa çağırdı

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukraynada hərbi əməliyyatların dondurulmasının və sülh danışıqlarına başlanmasının zəruri olduğunu bildirib.

Modern.az xəbər verir ki, Tokayev bunu Almaniya kansleri Fridrix Merts ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O, bu məsələdə şəxsi mövqeyini Rusiya Prezidenti Vladimir Putinlə də bölüşdüyünü qeyd edib.

“Mən Prezident Vladimir Putinə bu məsələ ilə bağlı şəxsi mövqeyimi böyük anlayışla qəbul etdiyinə görə təşəkkür edirəm. Çünki hamımız – dövlət başçıları – Ukrayna ərazisində hərbi əməliyyatların dayandırılmasının tərəfdarıyıq”, - deyə Tokayev bildirib.

Qazaxıstan Prezidenti əlavə edib ki, Ukrayna xalqına, onun tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və dilinə böyük hörmətlə yanaşır.

Bununla yanaşı, Tokayev hazırkı şəraitdə müharibənin dərhal başa çatdırılmasının real olmadığını düşündüyünü deyib.

Qazaxıstan lideri daha əvvəl də Putinlə görüşündə Ukraynada hərbi əməliyyatların dayandırılmasını təklif etmişdi.

“Bəlkə də bu münaqişəni artıq dondurmaq və “İstanbul formulu”na qayıtmaq lazımdır. Çünki orada əhəmiyyətli nəticələr əldə edilmişdi. Təbii ki, böyük dövlətlərin zəmanəti ilə”, - deyə Tokayev iyulun sonunda Omskda keçirilən görüş zamanı bildirmişdi.

O, həmin vaxt Avropa və ABŞ-dan Ukraynadakı müharibə ilə bağlı çoxlu siqnallar aldığını da qeyd etmişdi.

Bununla belə, Tokayev münaqişənin nizamlanmasında vasitəçi rolunu oynamaqdan imtina edib. 

Qeyd edək ki, Tokayevin son açıqlamasına görə, onun mövqeyi Ukraynada hərbi əməliyyatların dərhal dayandırılması deyil, döyüşlərin dondurularaq diplomatik danışıqlara yol açılmasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Sentyabr 2026 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see158

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Ən bahalı Ayfonlarda bu qüsur AŞKARLANDI

28 Sentyabr 2026 23:20see146

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

Harvardda proqram keçib, 4 dil bilir Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası

28 Sentyabr 2026 21:08see142

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Yığmaya rəhbərlik edən məşqçilər arasında ən zəif nəticələrdən biri

29 Sentyabr 2026 00:20see142

İrandan nüvə proqramı ilə bağlı gözlənilməz addım: Tehran razılaşdı

28 Sentyabr 2026 22:53see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri